Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-507/2021 07.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, tələbkar X7 etibarnamə üzrə nümayəndəsi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxxx 1980-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1348/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən xx xxxxxx 2005-ci il təvəllüdlü X8, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxx 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2019-cu il tarixdən başlayaraq Şəxs X5 xeyrinə hər ay hər uşaq üçün 130 manat, ümumilikdə 390 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərarlar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular edilmiş, borclunun adına hərhansı gəlir və əmlak aşkar edilməmişdir. Borclu Şəxs xx xxxxx 2021-ci il tarixdə izahatı alınmış, o, izahatında icra sənədlərindən xəbərdar olduğunu, son vaxtlar ödənişləri vaxtında etdiyini, borcunun əvvəlki illər üzrə yarandığını, icra sənədi üzrə 2020-ci ildə 2281 manat və 2021-ci ildə 1190 manat tələbkarın xeyrinə ödəniş etdiyini bildirmişdir. Borclunun bu günə olan aliment borcu 3520 manat təşkil edir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən borclu Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx xxxxx 2021-ci il tarixli, MN ******* nömrəli protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd etdib izahatında bildirmişdir ki, Borclu vaxtlar öhdəliyini tam və vaxtı-vaxtında icra etsə də, icra sənədinə əsasən əvvəlki illər üzrə hazırkı tarixə 3520 manat aliment borcu qalmışdır. Borclu şöbəyə dəvət olunaraq izahatı alınmış və o, izahatında son vaxtlar ödənişləri vaxtında etdiyini, borcunun əvvəlki illər üzrə yarandığını, icra sənədi üzrə 2020-ci ildə 2281 manat və 2021-ci ildə 1190 manat tələbkarın xeyrinə ödəniş etdiyini bildirmişdir. Borclu Şəxs tərəfindən icra sənədi tam icra edilmədiyindən barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında tələbkar X7 etibarnamə üzrə nümayəndəsi X10 öz izahatında göstərmişdir ki, Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1348/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən xx xxxxxx 2005-ci il təvəllüdlü X8, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxx 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2019-cu il tarixdən başlayaraq Şəxs X5 xeyrinə hər ay hər uşaq üçün 130 manat, ümumilikdə 390 manat sabit pul məbləğində aliment tutulması qət edilsə də, borclu Şəxs icra sənədi üzrə son vaxtlar ödənişlər etsə də, əvvəlki illər üzrə 3520 manat borcu yaranmışdır. Borclu Şəxs mövcud ümumi 3520 manat məbləğində aliment borcundan məhkəmə baxışı gedişində 400 manat ödəniş etmişdir. Hazırda barəsində inzibati icraat aparılan Şəxs ilə icra sənədi üzrə alınmalı borcun hissə-hissə ödənilməsi ilə bağlı aralarında qarşılıqlı razılıq əldə etmişlər. Sonda tələbkarın etibarnamə üzrə nümayəndəsi X1 Vüsal Elbrus oğluna qarşı şikayət və tələbinin olmamasını nəzərə alınaraq, sonuncu barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmiş və bu barədə müvafiq ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Qaradağ rayon Məhkəməsinin 2(002)- 1348/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən yaranmış ümumi 3520 manat məbləğində aliment borcunu maddi imkanı aşağı olduğundan ödəmək iqtidarında olmamış, buna baxmayaraq son vaxtlar ödənişləri vaxtında etmiş, borc məbləğləri əvvəlki illər üzrə yaranmış, yalnız maddi imkanı çatdığı həddə icra sənədi üzrə 2020-ci ildə 2281 manat və 2021-ci ildə 1190 manat olmaqla son bir ildə ümumilikdə tələbkarın xeyrinə 3471 manat ödəniş etmişdir. Hazırda məhkəmədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparıldığı dövrdə 400 manat miqdarında borcun ödənilməsini təmin etmişdir. Gələcəkdə müəyyən vaxt verildiyi təqdirdə yaranmış ümumi aliment borcunu hissə-hissə ödəmək niyyətindədir. Hazırda tələbkar ilə icra sənədi üzrə alınmalı borcun hissə-hissə ödənilməsi ilə bağlı aralarında qarşılıqlı razılıq əldə etmişlər. Göstərilənləri nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 2(002)-1348/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədinə əsasən xx xxxxxx 2005-ci il təvəllüdlü X8, xx xxxxxxxx 2007-ci il təvəllüdlü X3 və xx xxxx 2010-cu il təvəllüdlü X9 yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxx 2019-cu il tarixdən başlayaraq Şəxs X5 xeyrinə hər ay hər uşaq üçün 130 manat, ümumilikdə 390 manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İcraata başlama haqqında xx.xx.2019-cu il tarixli qərarın surətindən görünür ki, Qaradağ Rayon Məhkəməsinin 2(002)-1348/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədi əsasında iş üzrə icraat başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu Şəxs, məlumat üçün isə tələbkara göndərilmişdir. tələbkar X7 etibarnamə üzrə nümayəndəsi X10 tərəfindən məhkəməyə təqdim edilmiş xx xxxxx 2021-ci il tarixli ərizədən görünür ki, borclu Şəxs 3520 manat aliment borcundan 400 manat ödəniş etmiş, qalan borcun isə hissə-hissə ödənilməsi barədə qarşılıqlı razılığa gəlmişlər. Göstərilənləri nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. ödəniş qəbzlərinin surətlərindən görünür ki, Şəxs tərəfindən xx.xx.2021-ci il tarixdə 450 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 390 manat olmaqla ümumilikdə tələbkar X7 xeyrinə 1190 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Məhkəmə qeyd edir ki, Şəxs icra sənədinin icrasından qərəzli olaraq yayınmasını əks etdirən hallar məhkəmə araşdırması zamanı müəyyən olunmadı, bu da onun hərəkətlərində İXM-in 528.1-ci maddəsinin tərkib əlamətlərinin mövcudluğunu istisna edir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 114.2.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında protokol, icra məmurunun, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, tələbkarın etibarnamə üzrə nümayəndəsinin izahatlarını, eləcə də inzibati materialda olan sənədləri nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Belə ki, Qaradağ rayon Məhkəməsinin 2(002)-1348/2019 saylı, xx xxx 2019-cu il tarixli icra sənədi üzrə borclu Şəxs tərəfindən mütamadi ödənişlər olmuş, sonuncu dəfə xx.xx.2021-ci il tarixdə 450 manat, xx.xx.2021-ci il tarixdə 350 manat, xx.xx.2021-ci il tarixdə 390 manat, məhkəmə baxışı zamanı 400 manat olmaqla ümumilikdə ümumi borcundan 1590 manat vəsaitin tələbkar X5 xeyrinə ödənilməsi təmin edilmiş, həmçinin məhkəmə iclasında tələbkar X5 etibarnamə üzrə nümayəndəsi X10 ərizə ilə məhkəməyə müaricət edərək borclu ilə aralarında qalan aliment borcunun hissə-hissə ödənilməsi barədə qarşılıqlı razılığa gəldiklərindən sonuncu barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Yuxarıda sadalanan qanunun tələbləri və işin həqiqi halları baxımından məhkəmə belə qənaətə gəlir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin dispozisiyasına əsasən icra sənədinin borclu tərəfindən üzrsüz səbəbdən icra edilməməsi inzibati məsuliyyətə səbəb olduğundan, hazırkı halda isə borclu Şəxs tərəfindən icra sənədi üzrə ödənişlərin edilməsi təmin olunmaqla icra sənədinin üzrsüz səbəblərdən icra edilməməsi halının mövcudluğu istisna olunduğundan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-507/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-507/2021
07.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver