Məhkəmə qərarları › İş №3(002)-510/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-510/2024

21.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-510/2024 21.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şəxs iştirakı ilə, 15 avqust 1987-cı ildə ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsindən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-sı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İşdə olan İXP ******* saylı 18 yanvar 2024-cü il tarixli protokoldan və işə əlavə edilmiş sənədlərdən aydın olur ki, Şəxs “Volvo 460 minik” markalı ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili qanunla müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən idarə etdiyinə görə İXM-nin 339.1-1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 12 sentyabr 2023cü il tarixdə EQ 16850422 saylı electron qərar tərtib edilmişdir. Həmin qərar üzrə qəbul edilmiş inzibati cərimə növündə qərarı qanuni qüvvəyə mindiyi gündən 03 ay ərzində icra etməmişdir. Buna görə də onun barəsində İXM-nin 529.3-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs barəsində tərtib olunmuş protokolu qəbul etməyərək bildirmişdir ki, mülkiyyətində olduğu “Volvo 460 markalı” ** HR *** dövlət qeydiyyat nişanlı avtomobili təqribən dörd ilə yaxındır ki, istismara yararsız olduğu üçün idarə olunmur. Belə ki, həmin avtomobil nasaz olduğu üçün həyətlərində istismara yararsız vəziyyətdə saxlanılmışdır. Odur ki, əməlində inzibati xəta tərkibi olmadığına görə barəsində başlanılmış inzibati xəta üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-na rəsmi məlumat verilsədə nümayəndə məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə də heç bir məlumat verməmişdir. Məhkəmə işə İXM-nin 61.3-cü maddəsinə əsasən nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə yuxarıda qeyd olunan halı araşdıraraq belə nəticəyə gəlmişdir ki, Şəxs barəsində olan inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Belə ki, Şəxs məhkəmə iclasında təqdim etdiyi fotoşəkillərdən də aydın olur ki, “Volvo 460 markalı” ** HR *** dövlət qeydiyyat nişanlı avtomobil işlək vəziyyətdə deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Yuxarıda göstərilənləri və İXM-nin 128-ci, 129-cu, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs İXM-nin 529.3-cü maddəsi ilə təsirli bilinməsinə dair İXP ******* saylı 18 yanvar 2024-cü il tarixli protokol üzrə inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar