Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-511/2021 08.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun, Məmmədova Ülviyyə Nizami qızının katibliyi ilə, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru polis polkovnik-leytenantı X1, 10 saylı Vəkil bürosunun vəkili Vəkil, Barəsində inzibati icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 2000-ci il tarixdə Tovuz rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Tovuz rayonu, Vahidli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon Məhkəməsinə Azərbaycan Respublikası DİN-nin Qaradağ RPİ tərəfindən Şəxs barəsində İXM-nin 332.1 və 332.4-cü maddələri ilə inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs xx xxxxxx 2021-ci il tarixdə, saat 20:35 radələrində Qobustan qəsəbəsi, Salyan şosesi, əlavə yolda sürücülük vəsiqəsi olmadan idarə etdiyi “Vaz-2107” minik markalı **-DX-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən manevr qaydasını pozmuş, yolun sağından soluna manevr etmişdir və nəticədə qarşıdan gələn “Soren” minik markalı **-UT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəymişdir. Hadisə zamanı xəsarət alan olmamışdır. Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru polis polkovnik-leytenantı X2 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.1 və 332.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə xx xxxxxx 2021-ci il tarixli AP ******* nömrəli protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə inspektoru polis polkovnik-leytenantı X2 öz izahatında protokolu müdafiə edərək, sürücü Şəxs inzibati məsuliyyətə cəlb olunmasnı xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə, saat 20:35 radələrində sürücülük vəsiqəsi olmadan atasının etibarnamə əsasında idarə etdiyi “Vaz-2107” markalı avtomobili atası ona idarə etmək üçün vermişdir və yanında olmuşdur. Qobustan qəsəbəsində, yolüstü keçidin altında hərəkərdə olarkən “Soren” markalı maşın qarşı tərəfdən onun hərəkət etməli olduğu istiqamətdə üzərinə doğru gəlmiş və uzaqvuran işıqlardan istifadə edərək gözlərini qamaşdırmışdır. Bu zaman nəqliyyat vasitəsinə toxunmamaq məqsədi ilə yolunu dəyişərkən qarşıdan gələn həmin nəqliyyat vasitəsi də yolunu dəyişmiş və onun idarə etdiyi avtomobil ilə qarşılaşaraq avto qəza yaranmışdır. Hadisə nəticəsində heç kim xəsarət almamışdır. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, buraxılış ili 2008, ban nömrəsi XTA**********2976, tip sedan, mühərrik 9136818, rəngi ağ, “VAZ-21074 minik” markalı, ** DX *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin sahibi X5r. Azərbaycan Respublikası DİN BDYPİ QİŞ tərəfindən verilmiş etibarnamənin surətindən görünür ki, buraxılış ili 2008, ban nömrəsi XTA**********2976, tip sedan, mühərrik 9136818, rəngi ağ, “VAZ-21074 minik” markalı, ** DX *** dövlət dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi X7 etibar edilən X3r. Məhkəmə Şəxs barəsində tərtib edilmiş xx xxxxxx 2021-ci il tarixli AP ******* saylı protokolu və həmin protokolda qeyd olunan maddələri nəzərdən keçirib, hesab edir ki, onun təqsirli bilindiyi İXM-nin 332.1-ci maddəsi məhkəmənin səlahiyyətinə aid olmadığından o, İXM-nin 43-cü maddəsinə əsasən həmin Məcəllənin 332.4-cü maddəsi ilə təqsirli bilinməklə barəsində inzibati tənbeh tədbiri tədbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 332.4-cü maddəsinə əsasən bu Məcəllənin 332.2-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə dörd yüz manat məbləğində cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Şəxs tərəfindən yuxarıda qeyd olunan inzibati xətanın törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, yol-nəqliyyat hadisəsinin sxemi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edir ki, Şəxs İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsi ilə təqsirli bilinərək ona həmin maddənin sanksiyasında nəzərdə tutulan inzibati cərimə tətbiq edilməsi daha məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 332.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 400 (dörd yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-511/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-511/2021
08.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver