Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-514/2022 12.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs QSC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : Məhkəməyə təqdim edilmiş 22 aprel 2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Sahil ŞTQ, Bəxtiyar Əliyev, ev 33, mənzil 33-də fəaliyyət göstərən Şəxs QSC 50000.00 (əlli min) Avro məbləğində olan vəsaiti 19 mart 2020-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 50000.00 (əlli min) Avro məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 20 mart 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs QSC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Şəxs QSC-nin və Azərbaycan Respublikasının Mərkəzi Bankının səlahiyyətli nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs QSC-nin Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetir. Buna görə də, Şəxs QSC-nin həmin maddə ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 % (otuz faizi) məbləğində cərimə edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs QSC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 50000.00 (əlli min) Avro valyuta vəsaiti məbləğinin 30 faizi həcmində, yəni 15000 (on beş min) Avro miqdarında (ödənildiyi zaman Azərbaycan manatına olan məzənnə ilə) cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-514/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-514/2022
12.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver