Məhkəmə qərarları › İş №3(002)-519/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-519/2022

31.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-519/2022 31.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakı ilə, 22 avqust 1988-ci ildə Qusar rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Qusar şəhəri, Lezgintsev küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşayan Şəxs barədə, Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 20 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, 09 mart 2022-ci il tarixdə, təxminən 10:00 radələrində “Meyvəli” TM-də vətəndaş Şəxs etibarnamə əsasında idarə etdiyi “Ford Transit” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı yük avtomobilini park edərkən arabaçı X2 arabanı dik yerə qaldırdığı üçün arabanın ağırlığı onu geriyə itələmiş, və o, bir neçə addım geriyə gedərək avtomobilin təkərinə toxunaraq xəsarət almışdır. Hadisə nəticəsində X2 yüngül dərəcəli bədən xəsarəti almışdır. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın baş təhqiqatçısı, polis mayoru X3 tərəfindən qəbul edilmiş 19 mart 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, qərarın təsviri hissəsində göstərilənlərə əsasən toplanmış material üzrə cinayət tərkibi olmadığı üçün Azərbaycan Respublikası CPM-in 39.1.2-ci maddəsinə əsasən cinayət işinin başlanması rədd edilmiş, “Ford Transit” markalı, ** BN *** dövlət qeydiyyat nişanlı avtomaşının sürücüsü Şəxs İXM-in 327.8-ci maddəsi üzrə məsuliyyətə cəlb edilməsi üçün Qaradağ RPİ-nin DYPŞ-na göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna və maraqlı tərəflərə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, 2013-cü ildən bəri BC kateqoriyalı sürücülük vəsiqəsinə malik olmaqla sürücülüklə məşğul olur. 09 mart 2022-ci ildə təxminən saat 10:00 radələrində Qaradağ rayonunda yerləşən “Meyvəli” bazarına alma satmq məqədilə gəlmişdir. Bazarın içində avtomobili park edərkən parkın girişində arabaların yolunu kəsdiyini görüb arxadan arabaların rahat keçməsi üçün avtomobilini bir-iki metr irəli vermişdir. Bu zaman avtomobilin qabağında hərəkət edən arabaçı yüklü arabasını dik yerə qaldırmış, bu zaman gücü çatmadığı üçün arabanın ağırlığı onu bir neçə addım arxaya getməyə məcbur etmiş, nəticədə arabaçının sağ ayağı idarə etdiyi avtomobilin ön sol təkərinə toxunmuşdur. Arabaçı ayağını tutub yerə oturmuş, araba isə avtomobilin önünə çırpılmışdır. O arabaçının ona heç nə olmmasını deməsinə baxmayaraq onu “Səhhət” klinikasına aparıb rentgen etdirmişdir. O, öz izahatında zərərçəkmişin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, bu barədə notarial qaydada ərizə verməsini, hadisədən əvvəl heç bir spirtli içki qəbul etmədiyini və ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkən şəxs X1 və Qaradağ RPİ-yə rəsmi məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materialına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qayadalarına əlavə 09 mart 2022-ci il tarixli, 2/8501 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs 09 mart 2022-ci il tarixdə, saat 14:30 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X5-Təcrübi və Tədris Birliyinin” Qaradağ rayon şöbəsindən daxil olmuş 15 mart 2022-ci il tarixli, 156 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs aldığı xəsarətlər; sağ aşıq-baldır oynağının cüzi hərəkət məhdudluğu ilə müşayiət olunan sağ iç topuq nahiyəsinin şişkinlik halında qançır-səthi əzilmiş yarası bərk küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən və onun tibbi yardım üçün Səhhət klinikasına müraciət etdiyi 09 mart 2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, piyada qismində olarkən hərəkətdə olan avtomaşının onu vurması nəticəsində əmələ gələ bilərdi. İş materiallarında olan Zərərçəkmiş şəxs 10 mart 2022-ci il tarixli, notarial qaydada təsdiqlənmiş ərizəsindən görsənir ki, onun Şəxs qarşı iddia və tələbi yoxdur. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də zərərçəkmiş şəxsin hal-hazırda hər hansı bir şikayəti barədə məlumatın olmamasının nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsini daha ədalətli və məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 200 (iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar