Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-52/2024 11.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X3, Zərərçəkmiş şəxsin nümayəndəsi X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, ünvan 1 ünvanında yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs bir uşağın yetkinlik yaşına çatana qədər saxlanılması üçün hər ay 80 manat sabit pul məbləğində aliment tutularaq X2 ödənilməsinə dair Şamaxı Rayon Məhkəməsinin 2(074)-2046/2016 saylı, 16 dekabr 2016cı il tarixli icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanunvericilikdən irəli gələn tələblərini icra etməkdən qəsdən yayınmışdır. Qeyd edilənlərlə bağlı Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə nəzərdə tutulan MN serialı ******* saylı xx.xx.2024-cü il tarixli və inzibati xəta haqqında protokol tərtib edilmişdir. Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X5 məhkəmə iclasında bildirmişdir ki, icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. Qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Dəfələrlə icra sənədinin icrası ilə bağlı rəsmi xəbərdarlıq edilməsinə baxmayaraq o, şöbəyə gəlməkdən imtina etmişdir. Bundan sonra borclu Şəxs barəsində axtarış qərarı qəbul olunaraq icra olunması üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmiş və xx.xx.2024-cü il tarixdə polis əməkdaşları tərəfindən saxlanılaraq şöbəyə gətirilmişdir. İcra sənədi üzrə borclunun 2960 manat aliment borcu yaranmışdır. Borclu icra sənədini qərəzli şəkildə icra etməkdən yayınır. Qeyd olunanlara əsasən Şəxs qanunamüvafiq qaydada cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, icra sənədindən xəbərdardır və müxtəlif vaxtlarda maddi imkanı olduqca ödənişlər etmişdir. Rusiya Federasiyasına işləməyə getmiş, lakin orada oğurluq adı ilə həbs edildiyi üçün işləyə bilməmişdir. Buna görə də ödəniş edə bilməmiş və aliment borcu yaranmışdır. Yaxın müddət ərzində aliment borcundan ödəniş edəcəkdir. Nəzərə alınmasını xahiş edir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxsin nümayəndəsi X4 bildirdi ki, Şəxs 2960 manat aliment borcu yaranmışdır. Borcun tam ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi onun izahatı ilə və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Azərbaycan Respublikası MPM-nin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. Lakin məhkəmə araşdırması zamanı Şəxs barəsində qəbul edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədini qərəzli şəkildə icra etmədiyi müəyyən edilmişdir. Bununla da məhkəmə hesab edir ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsilə düzgün tövsif olunmuşdur və o, həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. İnzibati Xətalar Məcəlləsinin 32-ci və 33-cü maddələrinə əsasən müvafiq olaraq məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. İnzibati xəta törədən şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, inzibati xəta törədənin şəxsiyyətini, tələbkarın borcun ödənilməsində israrlı olmasını nəzərə alaraq inzibati həbs növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 11 yanvar 2024-cü il tarixdən, saat 15:25-dən hesablansın. Şəxs saxlanılması üçün Daxili İşlər Nazirliyinin Bakı şəhər Baş Polis İdarəsinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-52/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-52/2024
11.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver