Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-528/2021 26.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında qərardan şikayət vermiş X1 iştirakı ilə, 26.05.1986-cı il tarixdə Bərdə rayonu Piyadalar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, Bərdə rayonu Piyadalar kəndində qeydiyyatda olmaqla yaşayan X1 barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin Dövlət X4 inzibati tənbeh tətbiq etmə haqqında 19 mart 2021-ci il tarixli, TP ******* saylı qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin Dövlət X4 inzibati tənbeh tətbiq etmə haqqında 19 mart 2021-ci il tarixli, TP ******* saylı qərarından şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Bakı kənar dairəvi yol 20a Qaradağ rayo DYPŞ yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılaraq barəsində 19 mart 2021-ci il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən cərimə edilmişdir. Buna səbəb avtomobilin arxa farasının ətrafına 15 faizlik plyonka vurması olmuşdur. Əslində o, heç bir inzibati xəta törətməmişdir. Plyonka avtomobilin xarici işıqlarının kənarlarını xarici təsirdən qorumaq üçündür. Qeyd olunanlara əsasən Qaradağ rayo DYPŞ yol patrul xidməti inspektoru, polis baş serjantı Mahmudov Orxan ilham oğlu tərəfindən qəbul edilmiş 19 mart 2021-ci il tarixli, TP ******* saylı qərarı ləğv edərək iş üzrə icraata xitam verilməsini xahiş edir. İnzibati xəta haqqında qərardan şikayət vermiş şəxs X2 verilmiş şikayətini müdafiə etdiyini qeyd edib əlavə olaraq izahatında göstərmişdir ki, 19 mart 2021-ci il tarixli, TP ******* nömrəli qərar ilə o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5 -ci maddəsində təqsirli bilinib 50 manat məbləğində cərimə edilsə də, həmin xətaların tərəfindən törədilməsi ilə bağlı Qaradağ rayon Polis İdarəsinin Dövlət X4 əməkdaşları tərəfindən heç bir sübut təqdim edilməmişdir. Belə ki, idarə etdiyi avtomobilin arxa farası çat olduğuna görə həmin yerə 15 faizlik plyonka vurmuşdur ki, faranın çatı görsənməsin. Buna baxmayaraq barəsində qanunsuz olaraq qərar qəbul edilmişdir. Buna görə də hesab edir ki, avtomobilinin arxa farasının üzərinə çəkdiyi plyonka yerində sökülərək qüsurun aradan qaldırıla bilən qüsur olduğundan onun barəsində əsassız olaraq protokol tərtib edilmiş və o, protokola etiraz etməsinə baxmayaraq onun iştirakı olmadan aparılan inzibati xətaya dair araşdırma nəticəsində qanunsuz olaraq barəsində inzibati tənbeh edilməsinə dair qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq barəsində qəbul edilmiş 19 mart 2021-ci il tarixli, TP ******* nömrəli qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Səlahiyyətli orqan olan Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin Dövlət X5 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsinə əsasən Xarici işıq cihazları və ya qabaq şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriki, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə əlli manat məbləğində cərimə edilir. 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, kollegial orqanın üzvü, vəzifəli şəxs işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 134.1.4-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protestə baxıldıqda bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. İnzibati xəta haqqında qərarı, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatını nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək məhkəmə hesab edir ki, X1 barəsində 19 mart 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarı ləğv edilməlidir. Məhkəmə, X2 tərəfindən 19 mart 2021-ci il tarixdə yol verildiyi ehtimal edilən xətaya görə onun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməli olmasından ibarət səlahiyyətli orqanın gəldiyi qənaəti təsdiq və ya təkzib edə biləcək sübutların səlahiyyətli orqan tərəfindən təqdim edilməməsi işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneçilik törədəcək dərəcədə pozuntu kimi qiymətləndirilir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, yuxarıda sadalanan qanunun tələbləri və işin halları baxımından X2 tərəfindən verilmiş şikayət qismən təmin olunaraq, X1 barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin Dövlət X4 inzibati tənbeh tətbiq etmə haqqında 19 mart 2021-ci il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılması səlahiyyətli orqana həvalə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 115, 129.1.3, 133 və 134-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 tərəfindən verilmiş şikayət qismən təmin olunsun. Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin Dövlət X4 inzibati tənbeh tətbiq etmə haqqında 19 mart 2021-ci il tarixli, TP ******* nömrəli qərarı ləğv edilsin və inzibati xəta haqqında iş yenidən baxılması üçün səlahiyyətli orqana göndərilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-528/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-528/2021
26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver