Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-528/2023 11.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X1 vəkili X2, Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis baş leytenantı X3 iştrakları ilə, X1, Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 10 mart 2023-cü il tarixli, İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olan X4 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 10 mart 2023-cü il tarixli İXP ******* nömrəli protokol üzrə qəbul edilmiş qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis baş leytenantı X6 tərəfindən tərtib edilmiş 10 mart 2023-cü il tarixli, İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 14 mart 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 13 sentyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində idarə etdiyi “Chevrolet Aveo” minik markalı ** XT *** dövlət qeydiyyat nişanlı avtomaşınla Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Sədərək” TM-də yol nişanlarının tələblərinə əməl etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X1 vəkili X7 öz izahatında şikayəti onunla əsaslandırmışdır ki, 13 sentyabr 2022-ci il tarixdə, saat təxminən 12:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” TM-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford” markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən sola manevr edərək hüquqlarını məhkəmədə müdafiə etdiyi ərizəçi X1 idarə etdiyi “Cehvrolet- Aveo” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsindən vurmuş, bunun nəticəsində idarə etdiyi avtomobil idarəetmədən çıxaraq ətrafda olan səkiyə dəyərək maddi zərər almışdır. Qeyd edilən hadisə Qaradağ RPİ-nin DYPŞ-nın əməkdaşları tərəfindən rəsmiləşdirilmiş və digər avtomobilin sürücüsü hadisədə təqsirli olduğu üçün onun barəsində inzibati xəta haqqında protokol tərtib edilmişdir. Baş vermiş hadisədən 06 ay keçədndən sonra, 10 mart 2023-cü il tarixdə Qaradağ RPİ-nin DYPŞ-nın inspektoru, polis leytenantı X6 şikayətçi barəsində Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinə əsasən İXP ******* nömrəli protokol tərtib edilərək hadisədə onun təqsirli olması qeyd edilmişdir. İşin faktiki halarından göründüyü kimi, şikayətçi barəsində qanunsuz və əsassız formada Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən 10 mart 2023-cü il tarixli İXP ******* saylı protokol tərtib olunmuşdur. Həmin protokol ona 10 mart 2023-cü il tarixdə təqdim olunmuşdur. Bundan sonra 14 mart 2023cü il tarixdə asanpay.az vasitəsilə İXP ******* nömrəli protokol üzrə icra qərarı qüvvəyə minməsi barədə sms bildiriş gəlmişdir. İXP ******* nömrəli protokola əsasən o yol nişanlarının tələblərinə riayət etmədən hərəkətdə olarkən hadisə baş vermişdir. Hesab edir ki, həmin protokol əsassız və qanunsuz olduğu üçün həmin protokol və onun əsasında qəbul edilmiş inzibati xəta haqqında qərar ləğv edilməlidir. Belə ki, ümumiyyətlə həmin yolda yol nişanları düzgün quraşdırılmamışdır. Şikayətçinin Qaradağ RPİ-nin DYPŞ-də verdiyi izahatda göstərdiyi kimi idarə etdiyi avtomobillə Sədərək TM-nin daxilində hərəkətdə olarkən birinci qarşısına düz və sola (4.1.5) yol nişanı çıxdığı üçün hərəkətini düzünə davam etmişdir. Təxminən 100 metr sonra sağında hərəkətdə olan "Ford" markalı 99JN537 dövlət qeydiyyat nişanlı avtomobil qəfildən sola manevr edərək (dönmə işiğindan istifadə etməyərək) idarə etdiyi "Chevrolet Aveo" markalı 90XT268 dövlət qeydiyyat nişanlı avtomobilimin sağ yan hissəsindən vurmuşdur, bunun nəticəsində idarə etdiyi avtomobil idarəetmədən çıxaraq ətrafda olan səkiyə dəyərək maddi zərər almışdır. Hadisədən sonra şikayətçi orada çəkiliş apararkən görmüşdür ki, yolun sağ tərəfində torpaq sahədə, standardlara uyğun olmayan, sürücülərin görmədiyi ərazidə 4.1.3 yol nişanı quraşdırılmışdır. Həmin yol nişanı görünmədiyi üçün sürücülərin hamısı düzünə və sola hərəkət edirdilər, belə ki, həmin nişandan 100 metr avval 4.1.5 yol nişanı quraşdırılmışdır. 4.1.3 yol nişanının düzgün və standarlara uyğun olmayaraq quraşdırılmasını o fakt da təsdiq edir ki, həmin hadisədən sonra qeyd olunan yol nişanı oradan götürülmüş və orada standardlara uyğun olaraq 4.1.5 yol nişanı quraşdırılmışdır. Bundan başqa onu da qeyd etmişdir ki, şikayətçi barəsində tərtib olunmuş protokol qanunvericiliyin tələbləri pozularaq tərtib edilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 101-ci maddəsinə əsasən inzibati xətanın törədilməsi faktı aşkar edildikdən dərhal sonra inzibati xəta haqqında protokol tərtib edilir. Həmin məcəllənin 101.2-ci maddəsinə asasən işin hallarının, eləcə də barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin şəxsiyyətinin və ya hüquqi şəxs barəsində məlumatların əlavə aydınlaşdırılması tələb olunduğu hallarda, inzibati xəta haqqında protokol inzibati xətanın aşkar edildiyi vaxtdan iki gün müddətində tərtib edilir. Həmin məcəllənin 101.3-cü maddəsinə əsasən inzibati araşdırma aparıldığı hallarda, inzibati xəta haqqında protokol bu Məcəllənin 102.5-ci maddəsində göstərilən müddətdə tərtib edilir. İXM-nin 102.5-ci maddəsinə isə göstərilmişdir ki, inzibati araşdırma inzibati xəta haqqında iş üzrə icraatın başlama vaxtından bir aydan artıq olmayan müddətə aparılır. İcraatında inzibati xəta haqqında iş olan səlahiyyətli vəzifəli şəxsin əsaslandırılmış vəsatəti olduqda, bu müddət yuxarı vəzifəli şəxs tərəfindən bir ayadək müddətdə uzadılır. Göründüyü kimi inzibati xətanın törədilməsi faktı aşkar edildikdən maksimum iki ay sonra protokol tərtib edilə bilər. Lakin protokol inzibati xətanın törədilməsi faktı aşkar edildikdən altı ay sonra tərtib edilmişdir. Bu səbəbdən tərtib olunan protokol əsassız və qanunsuz olduğu üçün ləğv edilməlidir. Bütün qeyd etdiklərinin nəzərə alınaraq 10 mart 2023-cü il tarixli, İXP ******* saylı protokol üzrə qəbul edilmiş inzibati xəta haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis baş leytenantı X6 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 13 sentyabr 2022-ci il tarixdə, saat təxminən 12:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, “Sədərək” TM-də baş vermiş yol-nəqliyyat hadisəsi zamanı “Ford Transit” markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobil quraşdırılmış məcburi dönmə yol nişanının tələbinə əməl edərək sola manevr etməklə X1 idarə etdiyi “Cehvrolet- Aveo” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin sağ yan hissəsindən vurmuş, bunun nəticəsində sonuncunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq ətrafda olan səkiyə və dəmir dirəyə dəyərək maddi zərər almışdır. Qeyd edilən hadisə Qaradağ RPİ-nin DYPŞ-nın əməkdaşları tərəfindən rəsmiləşdirilmiş və “Ford Transit” markalı ** JN *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X5 İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 14 sentyabr 2022-ci il tarixli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Bundan sonra X5 onun barəsində tərtib edilmiş 14 sentyabr 2022-ci il tarixli qərardan Mingəçevir şəhər Məhkəməsinə şikayət vermiş, həmin Məhkəmənin 3(051)-841/2022 saylı, 19 dekabr 2022ci il tarixli qərarına əsasən 14 sentyabr 2022-ci il tarixli qərar ləğv edilmiş və iş yenidən araşdırılması üçün onlara geri qaytarılmışdır. Bundan sonra həmin məsələnin araşdırılması rəhbərlik tərəfindən ona həvalə edilmişdir. O da yol nəqliyyat hadisəsinin baş verməsində səbəb olan və “Sədərək” TM-də “Elegant” reklam lövhəsinin yaxınlığında quraşdırılmış 4.1.3 (sola hərəkət) məcburi nişanının qanuni olub-olmamasını sorğu etmişdir. Bakı Nəqliyyat Agentliyi tərəfindən Qaradağ RPİ-yə ünvanlanmış 13 yanvar 2023-cü il tarixli məktubda həmin nişanın Agentlik tərəfindən quraşdırılığı və “X10” Qanunun 65-ci maddəsinin tələbinə əsasən həmin nişanın qüvvəsinin qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişməsinə şamil edildiyi qeyd edilmişdir. Bununla da müəyyən edilmişdir ki, qeyd olunan nəqliyyat hadisəsinin törədilməsində təqsirkar “Cehvrolet- Aveo” markalı, ** XT *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X4 olmuşdur. Belə ki, sürücü həmin vaxt məcburi sola dönmə nişanının tələbinə əməl etməyərək düzünə hərəkət etmiş və bu zaman həmin nişanın tələbinə əməl edərək sola dönən digər nəqliyyat vasitsəi ilə toqquşmuşdur. Bütün bunlara əsaslanaraq o, X4 barəsində İXM-nin 327.1-ci maddəsi ilə 10 mart 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və onun əsasında 14 mart 2023-cü il tarixli TP ******* saylı qərar qəbul etmişdir. O öz izahatında daha sonra qeyd olunan inzibati qərarın gec qəbul edilməsinə səbəb kimi, hadisə ilə əlaqədar əvvəllər məhkəmə mübahisəsinin və sonradan yenidən inzibati araşdırmanın aparılmasını əsas göstərmişdir. Hal-hazırda da tərtib etdiyi proktolu və qərarı müdafiə edərək şikayətin təmin edilməsməsini xahiş etmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 10 mart 2023-cü il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 14 mart 2023-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X8 13 sentyabr 2022-ci il tarixdə, saat 12:30 radələrində idarə etdiyi “Chevrolet Aveo” minik markalı, ** XT *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsilə hərəkətdə olarən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, “Sədərək” TM-də yol nişanının tələblərinə əməl etmədiyinə görə Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə qeyd olunan yol nəqliyyat hadisəsinin baş verdiyi ərazini özündə əks etdirən videodiskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, hadisə baş verən ərəfədə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Sədərək” Ticarət Mərkəzinin girişində “Elegant” reklam lövhəsinin yaxınlığında Bakı Nəqliyyat Agentliyi tərəfindən 4.1.3 (sola hərəkət) məcburi hərəkət istiqaməti nişanı quraşdırılmışdır. Lakin hal-hazırda həmin ərazidə qeyd olunan 4.1.3 nişanının əvəzinə 4.1.5 nişanının olması şəxsin inzibati məsuliyyətdən azad edilməsi üçün əsas ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinin tələbinə əsasən ol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X10” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə qırx manat məbləğində cərimə edilir. “X10” Qanunun 65-ci maddəsində qeyd olunur ki, məcburi hərəkət istiqaməti nişanları sürücülərə nəqliyyat vasitələrinin hərəkətinin icazə verilmiş istiqamətini, sürətini müvafiq nəqliyyat vasitələrinin hərəkətini, eləcə də piyadaların hərəkəti üçün nəzərdə tutulan yolları göstərir. İİ. Bu nişanların dairəvi forması və mavi fonu vardır. İİİ. 4.1.1, 4.1.2, 4.1.3, 4.1.4, 4.1.5, 4.1.6 nişanları yalnız oxlarla göstərilən istiqamətlərdə hərəkətə icazə verir. Sola dönməyə icazə verən nişanlar geriyə dönməyə də icazə verir. 4.1.1-4.1.6 nişanlarının qüvvəsi avtomobil nəqliyyatı ilə sərnişin və baqaj daşıma qaydalarına uyğun olaraq təsdiq edilmiş marşrut sxemi üzrə reyslərin yerinə yetirilməsi zamanı ümumi istifadədə olan nəqliyyat vasitələrinə şamil edilmir. Məhkəmə baxışı zaman şikayətçi X1 etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim edilməmiş, o cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YPX-nın inspektoru, polis baş leytenantı X3 məhkəməyə təqdim etdiyi və məhkəmə prosesi zamanı tədqiq edilmiş 13 yanvar 2023-cü il tarixli Bakı Nəqliyyat Agentliyi tərəfindən Qaradağ RPİ-yə ünvanlanmış məktubun surətindən də aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində, “Sədərək” Ticarət Mərkəzinin girişində “Elegant” reklam lövhəsinin yaxınlığında Bakı Nəqliyyat Agentliyi tərəfindən 4.1.3 (sola hərəkət) məcburi hərəkət istiqaməti nişanı quraşdırılmışdır. Qeyd etmişlər ki, “X10” Qanunun 65-ci maddəsinin tələbinə əsasən həmin nişanın qüvvəsi qarşısında nişan qoyulmuş yolun hərəkət hissəsinin kəsişmə yerinə şamil edilir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-in 128- 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Qaradağ RPİ-nin DYPŞ-nın axtarış üzrə inspektoru, polis baş leytenantı X6 tərəfindən qəbul edilmiş 14 mart 2023-cü il tarixli, TP ******* saylı qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-528/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-528/2023
11.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver