Məhkəmə qərarları › İş №3(002)-53/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-53/2024

12.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-53/2024 12.01.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə inspektoru, polis mayoru X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1994-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PŞ-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 10 yanvar 2024-cü il tarixdə, saat 22:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Puta qəsəbəsi ərazisində yerləşən “Yuxarı Puta” küçəsində polis əməkdaşının qanuni tələblərinə qəsdən tabe olmamış və xırda xuliqanlıq hərəkəti törətmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 12 yanvar 2024-cü il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın sahə inspektoru, polis mayoru X5 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, 10 yanvar 2024-cü il tarixdə, saat 22 radələrində xidməti zərurətlə əlaqədar inzibati ərazidə olan zaman "Chevrolet" markalı **-SZ-*** dövlet qeydiyyat nişanlı şəxsi avtomobili ilə hərəkət edərkən "Daf" markalı, **-OX-*** dövlət qeydiyyat nişanlı avtomobil geriyə hərəkət edərək onun qarşısına doğru gəlmiş, həmin zaman qabarit işıqlarından istifadə edərək ona ehtiyatlı olması ilə bağlı işarə vermiş, o ehtiyyatlı olsa da qarşı tərəf isə buna məhəl qoymamış və hərəkətinə davam etmişdir. Bu zaman o manevr edərək onun sağ tərəfinə keçməyi bacarmış və həmin sürücüyə avtomobili ehtiyatlı idarə etməsi ilə bağlı irad bildirdikdə qarşı tərəf ona nalayiq ifadələr işlədərək uca səslə onu təhqir etmişdir. O qarşı tərəfə sakitləşməsini bildirərək xidməti vəsiqəsini ona təqdim etməklə özünün əraziyə təhkim olunmuş sahə inspektoru olduğunu bildirməsinə baxmayaraq qarşı tərəf onun üzərinə hücum çəkmişdir. Bu zaman kənarda olan bir qrup şəxs qarşı tərəfə dəstək olmaq üçün dərhal onlara yaxınlaşmış və onun həmin əraziyə təhkim olunmuş sahə inspektoru olduğunu bilə-bilə onunla kobud danışaraq təhqir etmiş və qanuni tələblərinə qəsdən tabe olmamşlar. Digər avtomobilin sürücüsü öz avtomobilindən ling götürərək onun üzərinə hücumunu davam etmişdir. Daha sonra onların arasında olan sözlə mübahisə yekunlaşmış və o həmin ərazidən ayrılmışdır. 10 yanvar 2024-cü ildə, saat 22:50-də istifadəsində olan 070 275 57 07 saylı mobil nömrəsinə 050 534 88 25 saylı mobil nomrədən zəng edən şəxs özünü "Amin" kimi təqdim etmiş, "Daf" markalı avtomobilin sürücüsü olduğunu bildirərək onu yenə təhqir etmiş və mübahisəni həll etmək üçün onu "Puta" qəsəbəsinə çağıraraq hədə-qorxu gəlmişdir. Daha sonra həmin şəxslərin əvvəllər Azərbaycan Respublikası CM-nin 177.2.1 ve 181 2.1-ci maddələri üzrə məhkum olunmuş 22 aprel 1984-cü il təvəllüdlü X4, 30 noyabr 1991-ci il təvəllüdlü X2, 17 aprel 1998-ci təvəllüdlü X6, xx xxxx 1994-cü il təvəllüdlü Şəxs və 20 noyabr 1996-cı il təvəllüdlü X3 olduqlarını müəyyən etmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, 10 yanvar 2024-cü il tarixdə, saat 21:00 radələrində xalası oğlu Amin adlı şəxsin bir nəfərlə mübahisə etdiyini görmüşdür. O Aminin mübahisə etdiyi şəxsə yaxınlaşaraq onunla mübahisə etmiş, lakin heç bir fiziki gücdən istifadə etməmişdir. Bundan əlavə həmin mübahisə etdikləri şəxsin polis əməkdaşı olduğunu da sonradan bilmişdir. Hadisə baş verərkən içkili olmuşdur. Hal-hazırda da törətdiyi əməldən peşiman olduğunu, bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirərək ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs həqiqətən də polisin ictimai qaydanı mühafizə vəzifələrini icra edərkən onun qanuni tələblərinə qəsdən tabe olmamış və ictimai qaydanı pozaraq xırda xuliqanlıq hərəkətləri törətmişdir. İnzibati materiala əlavə edilmiş 11 yanvar 2024-cü il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 12 yanvar 2024-cü il tarixdə saat 18:00-da tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, əməlini etiraf edərək səmimi peşiman olmasını və polis əməkdaşlarının ona qarşı hər hansı şikayət və ya tələbinin olmamasını nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutulmadan dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar