Məhkəmə qərarları › İş №3(002)-539/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-539/2025

02.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-539/2025 02.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 6-cı massiv, 3-cü küçə, ev 41-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6, borclu Şəxs barəsində protokol tərtib edərək, Qaradağ rayon Məhkəməsinin 16(002)-73/2024 saylı, 11 iyun 2024-cü il tarixli icra vərəqəsinə əsasən tikinti qadağan edilsə də tikintini davam etdirdiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X6 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon Məhkəməsinin icraatında olan e-2(002)-2232/2024 saylı iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək cavabdeh Şəxs Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 33 saylı evə qonşulquda olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə (evin nömrəsi məlum deyil) inşa edilmiş tikililərin (evlərin) tikintisinin davam etdirilməsi qadağan edilmiş, qərardadın dərhal icra edilməsi qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra 12 iyun 2024-cü ildə qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. 13 iyun 2024-cü il tarixdə o digər icra məmurları və hal şahidləri ilə birlikdə həmin ünvanda olmuş, orada onları Şəxs qarşılamış, icra sənədində qeyd olunan ərazidə tikintinin aparılmasının qadağan olunması borcluya ətraflı şəkildə bildirilmişdir. Tikintini davam etdirəcəyi təqdirdə inzibati və cinayət məsuliyyətinə cəlb olunacağı ona bildirilmişdir. Həmin tarixdə Şəxs iltizam alınmış, borclu heç bir tikinti işlər aparmayacağına söz vermişdir. 24 oktyabr 2024-cü il tarixdə o digər icra məmurları və hal şahidləri ilə birlikdə icra vərəqəsində göstərilən ünvana getmişlər. Ünvanda olarkən borclu Şəxs 13 iyun 2024-cü il tarixli iltizama və tikintini davam etdirəcəyi təqdirdə daşıdığı inzibati və cinayət məsuliyyətinə əhəmiyyət vermədiyi, onun tərəfindən tikinti-təmir işlərinin aparıldığı aşkar edilmişdir. Ona 25 oktyabr 2024-cü il tarixdə, saat 14:00-da Qaradağ rayon İcra Şöbəsinə gəlməli olduğu və barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. Bundan sonra, 17 yanvar 2025-ci il tarixdə tələbkar X2 rayon İcra Şöbəsinə ərizə ilə müraciət edərək Şəxs tərəfindən tikinti işləri aparıldığından Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2ci massivdə (evin nömrəsi məlum deyil) inşa edilmiş tikililərin (evlərin) tikintisinin davam etdirilməsi qadağan edilməsi ilə bağlı tədbir görülməsini xahiş etmişdir. Həmin tarixdə, yəni 17 yanvar 2025-ci il tarixdə o digər icra məmurları və hal-şahidləri ilə birlikdə icra vərəqəsində göstərilən ünvana getmişlər. Ünvanda olarkən borclu Şəxs xx.xx.2024-cü il tarixdə ondan alınmış iltizama və tikilinin davam etdiriləcəyi təqdirdə daşıdığı inzibati və cinayət məsuliyyətinə təkrarən əhəmiyyət verməyərək tikinti-təmir işlərinin onun sifarişi ilə və göstərişlə aparıldığı tərəflərindən aşkar edilmişdir. Bundan sonra borclu Şəxs məxsus 050 712 71 00 mobil nömrəylə əlaqə saxlanılaraq ona xx.xx.2025-ci il tarixdə, saat 14:00da Qaradağ rayon İcra Şöbəsinə mütləq gəlməli olduğu və barəsində İXM-nin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə təqdim ediləcəyi bildirilmişdir. Bundan sona tikinti işləri tam dayandırılaraq orada fəaliyyət göstərən usta və fəhlələr ərazidən çıxarılmışdır. Qeyd olunanlarla bağlı tərəflərindən akt tərtib olunmuş və aktın doğruluğu imzaları ilə təsdiq edilmişdir. Bundan sonra Quliyev X10 rayon İcra Şöbəsinə yaxınlaşmış və ondan iltizam alınmış, borclu həmin tarixdən qeyd olunan ərazidə heç bir tikinti və təmir işləri aparmayacağına söz vermişdir. Sonuncu dəfə protokol tərtib edilməzdən iki gün qabaq o, tikinitinin aparıldığı yerdə olmuş, məlum olmuşdur ki, Şəxs icra vərəqəsinə heç bir əhəmiyyət verməyərək tikintini yekunlaşdırmış, qanunsuz tikililərə hasar belə çəkmişdir. O bütün bu qeyd olunanları video görüntüyə də çəkmişdir. Göründüyü kimi borlcu Şəxs icra məmurunun qanuni tələblərinə məhəl qoymayaraq tikinti işlərini davam etdirmişdir. Bu səbəbdən də barəsində Azərbaycan Respublikasının İXMnin 528.1-ci maddəsinə əsasən 02 aprel 2025-ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Buna görə də borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X8 öz izahatında bildirmişdir ki, Şəxs ara məsafəsi gözləmədən, heç bir tikinti qaydalarına əməl etmədən və ən əsası Qaradağ rayon Məhkəməsinin 16(002)-73/2024 saylı, 11 iyun 2024-ci il tarixli icra vərəqəsinə əsasən icra məmurunun qanuni tələbləri pozmaqla ona məxsus Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 33 saylı evin qonşuluğunda olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə (evin nömrəsi məlum deyil) qanunsuz tikinti işləri aparmaqla bir neçə evin tikintisini həyata keçirmişdir. Bu barədə ona icra məmuru tərəfindən rəsmi və qeyri-rəsmi qaydada dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq o öz qanunsuz əməllərini davam etdirərək həmi tikintiləri demək olar ki, başa çatdırmışdır. Odur ki, Şəxs barəsində ağır tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, qərardaddan xəbəri vardır. Təqribən il yarım bundan əvvəl qeyd olunan ərazidə evlərin tikintisi podratçı kimi ona tapşırılmışdır. O hal-hazırda orada heç bir tikinti aparmır və tikilən evlərin də ona heç bir aidiyyatı yoxdur. Odur ki, əməlində hər hansı inzibati xəta tərkibinin olmadığını bildirərək iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. O öz izahatında daha sonra ailəli olmaqla himayəsində bir azyaşlı uşağının olduğunu, X4 iştirakçısı olmaqla xəstə olduğunu bildirmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs heç bir üzrlü səbəb olmadan icra məmurunun qanuni tələblərinə tabe olmayaraq məhkəmə qərarı ilə qadağan edilmiş tikinti işlərinin aparılmasını həyata keçirmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi işdə iştirak edən şəxslərin izahatları, icra məmuru tərəfindən tərtib edilmiş müvafiq aktlar və inzibati xəta haqqında tərtib edilmiş 02 aprel 2025-ci il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs dəfələrlə xəbərdarlıq edilməsinə və ondan iltizam alınmasına baxmayaraq Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massiv, 33 saylı evin qonşuluğunda olan Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 2-ci massivdə (evin nömrəsi məlum deyil) qanunsuz tikinti işləri aparmışdır. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. İnzibati Xətalar Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu Şəxs üç uşağı olmaqla onlardan biri 30 may 2015-cu il tarixdə doğulmuş azyaşlı X7r. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və ailə vəzyyətini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar