Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-541/2025 23.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi iştirakı ilə, X4 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ /16050705 nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, məhkəmə MÜƏYYƏNETDİ: X4 məhkəməyə müraciət edərək barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ /16050705 nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ Polis X1 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli inzibati xəta haqqında qərarı əsasında İXM-nin 328.1 və 332.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 300 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyildir və barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, mülkiyyətində olan Honda Pilot markalı, ** VS *** dövlət qeydiyyat nişanlı avtomobili satmaq istəyərkən, Baş X10 İdarəsində bildirmişlər ki, barəsində çoxlu elektron protokollar əsasında qəbul edilmiş qərarlar mövcuddur. Qeyd olunan qərarlardan məlumatı olmamışdır. xx.xx.2024-cü il tarixdə bu qərarlar ona şifahi məlumat verildikdən dərhal sonra yəni növbəti gün xx.xx.2024-cü il tarixdə barəsində tərtib edilmiş inzibati xəta haqqında protokollarla bağlı qəbul edilmiş qərarların surətlərinin ona təqdim edilməsi ilə bağlı rəsmi olaraq ərizə ilə müraciət etmişdir. xx.xx.2024-cü il tarixdə ona cavab məktubu göndərilsə də qoşma olaraq hər hansı qərar əlavə edilməmişdir. Bundan sonra bir neçə dəfə telefon əlaqəsi yaratdıqdan sonra xx.xx.2024-cü il tarixdə ona qərarların surətləri təqdim edilmişdir. Qərarların surətlərini aldıqdan sonra ona məlum olmuşdur ki, xx.xx.2023-cü il tarixli, EQ 16050705 saylı inzibati xəta haqqında elektron qərara əsasən, yolda müəyyən edilmiş hərəkət surətini 10-20 km/saat həddində aşmağa görə nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələrinə əsasən 300 manat məbləğində cərimə olunmağı barədə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin mərkəzi informasiya sistemində olan məlumatdan görünür ki, xx.xx.2023-cü il tarixli, EQ 16050705 saylı inzibati xəta haqqında elektron protokol əsasında elə həmin gün 300 manat məbləğində cərimə olunmuş və hazırda həmin cərimənin üstünə 180 manat məbləğində dəbbə pulu hesablanaraq cəmi 480 manat olmuşdur. Göründüyü kimi barəsində tərtib edilmiş bu və ümumiyyətlə bütün protokollar texniki cihazlardan istifadə edilməklə elektron qaydada tərtib edildiyindən aşkarlanmış inzibati xəta pozuntularının həqiqətən də onun tərəfindən edilib-edilmədiyi, yaxud da inzibati xəta pozuntusu baş verən zaman mülkiyyətində olan Honda Pilot markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı avtomobildə onun ümumiyyətlə olubolmadığının səlahiyyətli orqan tərəfindən müəyyən edilməsi istiqamətində heç bir araşdırma aparılmayaraq birtərəfli qaydada qanunsuz olaraq barəsində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmış şəxs tərəfindən nəqliyyat vasitəsinin idarə edilməsinə görə Azərbaycan Respublikası İXM-nin 328.1 və 332.3-cü maddələrinə əsasən 300 manat məbləğində cərimə olunmağını barədə tənbeh növü tətbiq edilmişdir. Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. X2 şikayət ərizəsinə Qaradağ Rayon Məhkəməsində baxılaraq, məhkəmənin 3(002)- 3154/2024 saylı, xx.xx.2024-cü il tarixli qərara əsasən şikayət təmin edilərək, xx.xx.2023cü il tarixli, EQ 16050705 saylı inzibati xəta haqqında qərar ləğv edilmiş və iş üzrə icraata xitam verilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 3(002)- 3154/2024 saylı qərarından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X10 İdarəsi tərəfindən apellyasiya qaydasında verilmiş şikayət Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 3(103)-531/2025 saylı qərarına əsasən qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 19 dekabr 2024-cü il tarixli, 3(002)-3154/2024 saylı məhkəmə qərarı, eləcə də məhkəmənin 06 dekabr 2024-cü il tarixli, 3(002)-3154/2024 saylı inzibati xəta haqqında işin baxılmağa hazırlanması haqqında qərardadı ləğv edilərək inzibati xəta haqqında iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə inzibati xəta haqqında işin baxılmağa hazırlanması mərhələsinə göndərilməsi qərara alınmışdır. Həmçinin məhkəməyə təqdim edilmiş DİN-nin DYP Web Portalından çıxarışı ilə mübahisələndirilən xx.xx.2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarın şikayətçi X2 ********** saylı mobil nömrəsinə ASAN SMS vasitəsi ilə xx.xx.2023-cü il tarixdə çatdırıldığı yuxarı instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə inzibati tənbeh vermə qərarını qəbul etmiş səlahiyyətli orqana və qərardan şikayət vermiş şəxsə rəsmi məlumat verilməsinə baxmayaraq, iş üzrə tərəflər məhkəmə iclasına gəlməmiş, səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Bu səbəbdən məhkəmə iclasın proses iştirakçılarının iştirakı olmadan keçirilməsini mümkün hesab edir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş Daxili İşlər Nazirliyi BDYPİnin nümayəndəsi X5 çıxışında bildirmişdir ki, inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Belə ki, inzibati xətanın törədildiyi Honda Pilot markalı, **-VS-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi hər hansı etibarnamə əsasında digər bir şəxsə istifadə üçün verilməmiş, belə ki, nəqliyyat vasitəsi yalnız X2 istifadəsində və mülkiyyətindədir. Həmçinin şikayət vermiş şəxsə həmin xətanın müəyyən edilərək müvafiq qərarın qəbul edilməsi haqqında məlumat xx.xx.2023-cü il tarixdə ********** saylı mobil nömrəsinə ASAN SMS vasitəsi ilə çatdırılmışdır. Bu faktla bağlı sübut yuxarı instansiya məhkəməsinə təqdim edilmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli iclasında iştirak etmiş inzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X4 şikayətini müdafiə edərək, barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş etmişdir. Həmçinin bildirmişdir ki, barəsində qəbul edilmiş inzibati tənbeh vermə qərarlarından gec məlumatlı olmuş və səlahiyyətli orqandan həmin qərarları gec təhvil ala bilmişdir. Bundan əlavə həmin tarixdə nəqliyyat vasitəsini o idarə etməmişdir. Göstərilənləri nəzərə alaraq, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar qəbul edilmiş, həmin qərardan şikayət isə birinci instansiya məhkəməsinə xx.xx.2024-cü il tarixdə daxil olmuşdur. Yuxarı instansiya məhkəməsi tərəfindən xx.xx.2023-cü il tarixdə inzibati tənbeh vermə haqqında qərar barədə məlumatın X2 ********** saylı mobil nömrəsinə telefon nömrəsinə ASAN SMS vasitəsilə göndərildiyi müəyyən edilmişdir. Göründüyü kimi İ.Ş.Ələsgərova qərar barədə məlumat xx.xx.2023-cü il tarixdə çatdırılmasına baxmayaraq, o, şikayəti qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 20 günlük prosessual müddətin ötürülməsi ilə vermiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, X4 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ /16050705 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128-ci maddəsini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: X2 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ /16050705 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. X2 barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli EQ /16050705 nömrəli inzibati tənbeh vermə haqqında qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ şikayətçi X3 izah edilsin. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-541/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-541/2025
23.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver