Məhkəmə qərarları › İş №3(002)-542/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-542/2025

03.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-542/2025 03.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 38-ci PB-nın polis sahə rəisi, polis mayoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxxxx 1990-cı ildə ünvan 1ində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, deməsinə görə faktiki evli, orta təhsilli, rəsmi qaydada işləməyən, ünvan 1i ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə təqsirləndirilməsinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs 02 aprel 2025-ci il tarixdə, saat 21:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən 38-ci Polis Bölməsində polis bölməsinin iş rejimini pozaraq polisin qanuni tələblərinə tabe olmamış və onların ünvanına nalayiq ifadələr işlətmişdir. Buna görə də onun barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə 02 aprel 2025-ci il tarixdə MN ******* saylı protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 38-ci PB-nin sahə rəisi, polis mayoru X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs 17 fevral 2025-ci il tarixli 3-13-44/2-2568/2025 nömrəli məktubun icrası ilə əlaqədar xx.xx.2025-ci il tarixdə saat 20:40-da Qaradağ rayonu Sahil qəsəbəsindən ***-***-**-** saylı mobil nömrədən istifadə edərək "102" Xidməti-zəng mərkəzi sisteminə zəng edərək anlaşılmaz danışıqları ilə mərkəzin iş rejimini pozmuş, təhqiredici ifadələr işlətmiş Biləsuvar rayonu Zəhmətabad kəndində yaşayan xx.xx.1990-cı il təvəllüdlü Şəxs xx.xx.2025-ci il tarixdə Biləsuvar rayon ərazisində saxlanılaraq saat 21:00 radələrində 38-ci PB-nə gətirildikdə Şəxs izahatını almaq istəyərkən o, qaçmağa cəhd göstərmiş, nizam-intizama dəvət edilsə də əl-qol ataraq nalayiq ifadələr işlədərək PB-nin iş rejimini 30 dəqiqədən çox pozmaqla polisin qanuni tələblərinə tabe olmamışdır. Odur ki, onun barəsində İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Hal-hazırda tərtib etdiyi protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs barəsində müvafiq tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, ünvan 1i ünvanında ailəsi ilə birlikdə yaşayır, faktiki evlidir. 30 yanvar 2025-ci il tarixdə DİN-in 102 xidmətinə istiafdəsində olan 050 868-84-80 saylı nömrədən zəng vurub təhqiredici ifadələr işlətmişlər, lakin həmin vaxt o Sahil qəsəbəsində olmamışdır. Belə ki, o, fərdi qaydada usta işləməklə Bakı şəhərində iş ilə əlaqədar müxtəlif ünvanlarda kirayədə qalır. Əvvəlcə telefonu oğurlanmış, daha sonra ona məxsus nömrədən DİN-in 102 xidmətinə izəng vurub nalayiq ifadələr işlətmişlər. O heç kəsi təhqir etməmişdir. Özü sadəcə bir dəfə 102 xidmətinə zəng edərək telefonun itməsi ilə bağlı iradını bildirmişdir. Bundan başqa polislər onu saxlayarkən onlara qarşı heç bir tabesizlik və ya müqavimət göstərməmişdir. Odur ki, barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Şəxs əməlində onun ictimai qaydanı qəsdən pozaraq xırda xuliqanlıq əməli törətməsi öz təsdiqini tapsa da onun polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmaması öz təsdiqini tapmamışdır. Odur ki, məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair hissədə xitam verilməli və o, İXM-nin 510-cu maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmalıdır. Belə ki, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Şəxs heç bir səbəb olmadan DİN-in “102” xidmətinə zəng edərək nalayiq ifadələr işlətmiş, o cümlədən 02 aprel 2025-ci il tarixdə polis əməkdaşlarının ünvanına nalayiq ifadələr işlətmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin xidmət üzrə rəis müavini, polis polkovniki X4 RPİ-nin rəisi, polis polkovniki Ədalət Abbasova ünvanladığı 17 fevral 2025-ci il tarixli məktubundan aydın olur ki, 30 yanvar 2025-ci il tarixdə saat 20:40-da Qaradağ rayonu, Sahil qəsəbəsində yaşayan Şəxs istifadəsində olan (050) ***-**-** mobil nömrədən “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək anlaşılmaz danışıqlar aparıb xidmətin iş rejimini pozmuş, təhqiredici ifadələr işlətməsi barədə DİN-in X2 Xidmətindən daxil olmuş məktub əsasında ictimai təhlükəsizlik idarəsində araşdırılma aparıldığı, qeyd olunan şəxsin barəsində müvafiq tədbir görülməsi və nəticəsi barədə 18 fevral 2025-ci il tarixədək məlumat verilməsi tələb edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in Bakı şəhəri BPİ-nin xidmət üzrə rəis müavini, polis polkovniki X4 RPİ-nin rəisi, polis polkovniki Fizuli Əhmədova ünvanladığı 07 mart 2025-ci il tarixli məktubunda göstərilmişdir ki: 30 yanvar 2025-ci il tarixdə Qaradağ rayonu, Sahil qəsəbə sakini Şəxs DİN-in “102” Xidməti-Zəng mərkəzi sisteminə zəng edərək qeyri-etik ifadələr işlətməsi barədə DİN-in X2 Xidmətindən daxil olmuş məktub əsasında ictimai təhlükəsizlik idarəsində araşdırılma aparılır. 18 fevral 2025-ci il tarixədək qeyd olunan şəxs barəsində müvafiq tədbir görülməsi və nəticəsinə dair məlumatın təqdim olunması ilə bağlı göstəriş verilməsinə baxmayaraq bu günədək həmin şəxs müəyyən olunaraq qanunvericiliyə uyğun tədbir görülməmişdir. Qeyd olunanları nəzərə alaraq qısa müddətdə tədbir görülməsinə göstəriş verilməsi tələb edilmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Beləliklə, məhkəmə Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati “həbs” növündə tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. İş materiallarına əlavə edilmiş 02 aprel 2025-ci il tarixli “İnzibati qaydada tutma haqqında” protokoldan ayın olur ki, Şəxs qeyd olunan inzibati xəta hadisəsi ilə əlaqədar 02 aprel 2025-ci il tarixdə saat 21:00-da tutulmuş və 03 aprel 2025-ci il tarixdə, saat 11:40-da tutulmadan azad edilmişdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından həmin maddə üzrə başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 04 (dörd) gün müddətinə inzibati qaydada həbs edilsin. Şəxs inzibati qaydada tutulduğu bir gün müddət nəzərə alınmaqla, İXM-nin 30.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 03 (üç) gün müddətə inzibati qaydada həbs saxlanılsın. Həbs müddətinin əvvəli 03 aprel 2025-ci il saat 15:00-dan hesablansın. Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə həvalə edilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar