Məhkəmə qərarları › İş №3(002)-543/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-543/2022

10.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-543/2022 10.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1993-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Məmmədov X5 rayon Məhkəməsinin 20 noyabr 2019-cu il tarixli, 2(056)-1760/2019 saylı icra vərəqini üzürlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X6 protokolu müdafiə edərək bildirmişdir ki, Sabirabad rayon Məhkəməsinin 20 noyabr 2019cu il tarixli, 2(056)-1760/2019 saylı icra sənədinə əsasən 15 oktyabr 2016-cı il təvəllüdlü X4 və 14 avqust 2019-cu il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdeh Şəxs hər ay hər uşağa görə 150 manat hesabı ilə, ümumilikdə hər ay 300 manat sabit pul məbləğində alimentin tutularaq X1 ödənilməsi qərara alınmışdır. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericilikdə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclunun 2022-ci ilin yanvarına kimi aldığı 241 manat maaşından 175 manat tutularaq aliment ödənilməsinə yönləndirilmişdir. 2022-ci ilin yanvarından etibarən isə əmək haqqısının 270-280 manat olması ilə əlaqədar ondan 200 manat məbləğində aliment borcu tutulur. Bundan əlavə borclu 2022-ci ilin yanvar ayından etibarən aliment borcundan əlavə olaraq 190 manat ödəniş edib. Beləliklə bu günə qədər aliment borcundan 4115 manat ödəniş etmiş, 4885 manat aliment borcu isə hal-hazıradək qalmaqdadır. İcra məmuru öz izahatında onu da bildirmişdir ki, tələbkarla əlaqə saxlamış, onun hal-hazırda Sabirabad rayonunda olduğu üçün məhkəmə iclasında iştirak edə bilməyəcəyini, lakin məhkəmədən borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etdiyini öyrənmişdir. Odur ki, borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 10 may 2022-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır, halhazırda Qaradağ rayon MKTB-də fəhlə işləməklə ailəsini dolandırır. Aldığı əmək haqqı çox aşağı olduğu üçün aliment borcunu ödəməkdə çətinlik çəkir. Bununla belə 2022-ci ilin yanvarına kimi hər ay aldığı 241 manat maaşından 175 manat tutularaq aliment ödənilməsinə yönləndirilmişdir. 2022-ci ilin yanvarından etibarən isə əmək haqqısının 270- 280 manat olması ilə əlaqədar ondan 200 manat məbləğində aliment borcu tutulur. Bundan əlavə 2022-ci ilin yanvar ayından etibarən aliment borcundan əlavə olaraq 190 manat ödəniş etmişdir. Beləliklə bu günə qədər aliment borcundan 4115 manat ödəniş etmişdir. Aliment borcu ilə bağlı etdiyi ödənişlərə dair çeklər və Kapital Bank ASC-dən verilmiş ödəniş kartı üzrə çıxarış da bunları təsdiq edir. O, bütün bu halların, həmçinin borcunu ödəməkdən qəsdən yayınmamasını və icra məmurunun çağırışlarına vaxtıvaxtında gəlməsinin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Belə ki, iş materiallarına əlavə edilmiş Kapital Bank ASC-dən verilmiş ödəniş kartı üzrə çıxarış və ödəniş qəbzlərindən də aydın olur ki, borclu aliment borcunu ödəməkdən qəsdən yayınmamışdır. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar