Məhkəmə qərarları › İş №3(002)-543/2024

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-543/2024

22.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-543/2024 22.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala baxaraq, məhkəmə müəyyənetdi: Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Şəxs barəsində inzibati xətaya dair protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə hesab edir ki, inzibati material geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-cü maddəsinə əsasən bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulmuş xətanın il ərzində inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -nəqliyyat vasitələrini idarə etmə hüququ altı aydan bir ilədək müddətə məhdudlaşdırılmaqla min iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə qeyd edir ki, Şəxs istinad edilən inzibati xətanın sanksiyasında nəqliyyat vasitələrini idarə etmək hüqunun məhdudlaşdırılması imperativ hal kimi müəyyən edilsə də, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin sürücülük vəsiqəsi inzibati protokol tərtib etmiş orqan tərəfindən iş materiallarına əlavə edilməmişdir. Bundan başqa Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən tərtib edilmiş məktubda X1 barəsində olan protokolun baxılması üçün məhkəməyə göndərildiyi qeyd edilmişdir. İXM-in 109.1.6-cı maddəsinə müvafiq olaraq protokol və digər materiallar səlahiyyəti olnoyabran şəxslər tərəfindən düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda, işə baxılarkən tamamlamaq mümkün olmadıqda, məhkəmə, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və İXM-in 109 və 111-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Baş Dövlət Yol Polisi İdarəsindən daxil olmuş Şəxs Azərbaycan Respublikası İXM-in 353.5-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə görə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar