Məhkəmə qərarları › İş №3(002)-547/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-547/2023

20.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-547/2023 20.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, İnzibati xəta haqqında potokolu tərtib etmiş Azərbaycan Respublikası Baş X6 İdarəsinin 6-cı Tağımının yol patrul xidməti inspektoru X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxxxx 1984-cü ildə Goranboy rayonu, Sarov kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, Goranboy rayonu, Sarov kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: İnzibati xəta haqqında materialda göstərilmişdir ki, Şəxs 25 mart 2023-cü il tarixdə saat 15.30 radələrində Bakı Qazax yolunun 47.5 km-də “Kamaz 6520” yük markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə edərkən yol patrul xidməti əməkdaşı tərəfindən saxlanılmış və onun avtomobili nəqliyyat vasitəsini təkrarən icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini pozaraq idarə etmişdir. Qeyd edilənlərlə bağlı Şəxs barəsində Baş X6 İdarəsinin 6-cı Tağımının yol patrul xidməti inspektoru X4 tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə İXP ******* saylı 25 mart 2023-cü il tarixli inzibati protokol tərtib edilmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında potokolu tərtib etmiş Azərbaycan Respublikası Baş X6 İdarəsinin 6-cı Tağımının yol patrul xidməti inspektoru X4 bildirmişdir ki, 25 mart 2023-cü il tarixdə saat 15.30 radələrində Bakı Qazax yolunun 47.5 km-də Şəxs idarə etdiyi “Kamaz 6520” yük markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşın saxlanılmış və yükün çəkisini müəyyən etmək məqsədilə avtomaşın tərəziyə qaldırılmışdır.Tərəzidə olçmələr aparılarkən “Kamaz 6520” yük markalı, ** EN *** dövlət qeydiyyat nişanlı avtomaşınla normada müəyyən edildiyindən çox, yəni 32000 kq yük daşınıldığı müəyyən edilmişdir. Şəxs əvvəllər də eyni inzibati xəta törətdiyi üçün onun barəsində Azərbaycan Respublikası İXM-nin 353.5-ci maddəsi ilə İXP ******* saylı 25 mart 2023-cü il tarixli inzibati protokol tərtib edilmiş və baxılması üçün məhkəməyə göndərilmişdir.İnzibati protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bildirmişdir ki, barəsində tərtib edilmiş inzibati protokolla razı deyildir.Belə ki, avtomaşını həmin vaxt tanışı Toğrul adlı şəxs idarə edib. O, ümumiyyətlə həmin vaxt Bakı şəhərində olmamış, Qəbələ rayonuna getmişdir.Həmin vaxt avtomobilin onun tərəfindən idarə edilməsi ilə bağlı iş materiallarına hər hansı sübütun əlavə edilməməsi qeyd edilən inzibati protokolun saxtakarlıqla tərtib edildiyini göstərir. Qeyd edilənlərə əsasən işə xitam verilməsini və yol patrul xidməti inspektoru X1 yol verdiyi üçün cəzalandırılmasını xahiş edir. Məhkəmə inzibati xəta haqqında materialı araşdıraraq məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsində nəzərdə tutulan inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə iclasında ilə İXP ******* saylı 25 mart 2023-cü il tarixli inzibati protokolu tərtib edən şəxs Baş X6 İdarəsinin 6-cı Tağımının yol patrul xidməti inspektoru X3 Şəxs izahatında qeyd edilən hallarla bağlı, yəni avtomobilin həqiqətən də onun özü tərəfindən idarə edilməsi bağlı hər hansı bir sübut təqdim edilməsi təklif edilsə də o, bu barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hadisəsi baş versə belə, bu inzibati xətanın Şəxs tərəfindən törədilməsinə dair şübhələr mövcuddur.. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53-cü 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar