Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-548/2023 26.04.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi ilə, Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X1 iştirakı ilə, xx xxxxxxxx 1991-ci il tarixdə Ağcabədi rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı (FİN:xxxxxxx), Ağcabədi rayonu, Rəncbərlər kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Yol- Patrul Xidməti Alayından daxil olmuş inzibati xəta haqqında protokola və materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş X7 İdarəsinin Yol-Patrul Xidməti Alayının Vİ tağım yol patrul xidməti inspektoru polis baş leytenantı X2 tərəfindən tərtib olunmuş İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 21 dekabr 2022-ci il tarixdə saat 21:56-da idarə etdiyi “Shacman” yük markalı 90UA640 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə, hərəkətdə olarkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Baş X7 İdarəsinə bilavasitə tabe olan Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X2 İXP ******* saylı xx.xx.2022-ci il tarixli protokolu müdafiə edərək izahatında göstərmişdir ki, “Shacman” yük markalı 90UA640 dövlət qeydiyyat nişanlı yük avtomobili saxlanılmış və nəqliyyat vasitəsi yüklə birlikdə çəkildikdə oxa düşən kütlə parametrlərini aşmaqla yüklənməsi müəyyən edilmişdir. Belə ki, oxların üzərinə düşən yük 25 ton deyil 43 ton 130 kq olmuşdur. Daha sonra məhkəməyə ərizə təqdim edərək Şəxs sürücülük vəsiqəsi iş materialına əlavə edilmədiyindən İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Buna görə də məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, səlahiyyətli orqanın nümayəndəsi Şəxs vəsatətini, inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, hesab edir ki, protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, 21 dekabr 2022-ci il tarixdə “Shacman” yük markalı 90UA640 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə daşınan yükün çəkisi 25 ton deyil 43 ton 130 kq olduğu müəyyən edilmişdir. İş materiallarında olan Ağcabədi Rayon Dövlət X6 yol patrul xidməti inspektoru, polis baş leytenantı X3 tərəfindən qəbul edilmiş 06 aprel 2022-ci il tarixli, TP ******* saylı qərardan görünür ki, Şəxs 21 fevral 2022-ci il tarixdə, saat 01:37-də Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində “Shacman” yük markalı 90UA640 dövlət qeydiyyat nişanlı yük avtomobilini idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinin tələbini pozmuş və nəticədə 600 (altı yüz) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəməyə təqdim edilmiş Yol-Patrul Xidməti Alayı yol patrul xidməti inspektoru X1 26 aprel 2023-cü il tarixli vəsatətindən görünür ki, Şəxs sürücülük vəsiqəsi iş materialına əlavə edilmədiyindən İXP ******* saylı xx.xx.2022-ci il tarixli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Beləliklə məhkəmə belə qənaətə gəlir ki, Vİ tağım yol patrul xidməti inspektoru polis baş leytenantı X2 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokolun baxılmadan geri qaytarılması barədə ərizəsi təmin edilməli, inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 109, 114 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Vİ tağım yol patrul xidməti inspektoru polis baş leytenantı X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.5-ci maddəsinə əsasən tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər səlahiyyətli orqana geri qaytarılsın. Hakim: Şəfa Dadaşova
Məhkəmə qərarları › İş №3(002)-548/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-548/2023
26.04.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver