Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-55/2022 07.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X7, Zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi X9, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1953-cü ildə İsmayıllı rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Bakı şəhər Qaradağ rayon Polis İdarəsinin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə daxil olmuş 07 yanvar 2022-ci il tarixli MN № ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən aydın olur ki, 01 dekabr 2021-ci il tarixdə saat 12:00 radələrində Lökbatan qəsəbəsində yerləşən “Elmar” marketdə Şəxs qəsdən əli ilə azyaşlı; 20 avqust 2016-cı ildə doğulmuş X8 itələmiş və sonuncuya dərəcəsi təyin edilməyən sağlamlığa zərər vurmayan xəsarət yetirmişdir. Buna görə də Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X11 tərəfindən İXM-nin 157-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Məhkəmə baxışı zamanı Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X11 protokolu müdafiə edərək bildirmişdir ki, o həmin protokolu Qaradağ RPİnin 10-cu PB-nin baş təhqiqatçısı, polis kapitanı Emil Seyidbəyovun 22 dekabr 2021-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarına əsasən tərtib etmişdir. Həmin qərara əsasən vətəndaş X2 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmiş, Şəxs barəsində inzibati icraat açılaraq İXM-nin 157-ci maddəsinə əsasən müvafiq tədbirlər görülməsi üçün aidiyyatı əməkdaşlara həvalə olunmuş, Zəminə adlı qadının Pənahovlar ailəsi ilə aralarında gələcəkdə xoşagəlməz hadisələrin baş verə bilməsinin qarşısını almaq məqsədilə münaqişəli tərəflər kimi qeydiyyata alınması üçün aiddiyyatı əmədaşlara həvalə olunması qərara alınmışdır. Bundan sonra həmin qərar onun icraatına verilmiş və onun tərəfindən Şəxs barəsində İXM-nin 157-ci maddəsinə əsasən protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən zərərçəkmiş şəxs X5 qanuni nümayəndəsi X13 öz izahatında bildirmişdir ki, baldızı X1 götürərək marketə getmişdir. Bu zaman Radminanın yanından keçən Şəxs uşağı qəsdən itələyərək yerə yıxmış və buna əhəmiyyət verməyərək onların yanından ötüb keçmişdir. Qeyd olunanları nəzərə alaraq Şəxs barəsində tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, 01 dekabr 2021-ci il tarixdə, saat təxminən 12:00 radələrində Lökbatan qəsəbəsindəki “Elmar” marketdə olarkən azyaşlı qız uşağının onun üstünə qaça-qaça gəldiyini görmüş, uşağın onu yıxacağından ehtiyyat edərək onu itələmişdir. Hal-hazırda törətdiyi əməldən peşiman olduğunu bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə tərəflərin izahatları dinləyib, videogörüntüyə baxış keçirib və iş materiallarını araşdırıb hesab edir ki, Şəxs törətdiyi inzibati xəta tam sübuta yetirilir. İş üzrə keçirilmiş Məhkəmə Tibbi Ekspertizası və X6 Qaradağ rayon şöbəsi tərəfindən verilmiş 20 dekabr 2021-ci il tarixli 879 nömrəli ekspert rəyindən görünür ki, X5 məhkəmə tibbi müayinəsi zamanı onun bədən səthində aşkar olunmuş xəsarət- başın sağ gicgah nahiyəsinin qançırı bərk küt əşya təsirindən, müayinədən bir neçə saat əvvəl, qərarın təsviri hissəsində göstərilən 01.12.2021-ci il tarixdə törənməsi mümkündür və sağlamlığa zərər vurmayan xəsarətlərə aid olduğu üçün dərəcələri təyin edilmir. Beləliklə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində cinayət tərkibi yoxdur, onun əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi vardır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 157-ci maddəsində göstərilir ki, döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 30.2-ci maddəsində göstərilir ki, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini və yaşını nəzərə alaraq onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-55/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-55/2022
07.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver