Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-55/2023 12.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1979-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs Göyçay rayon Məhkəməsinin 2(046)-556/2020 saylı, 24 iyun 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X5 protokolu müdafiə edərək bildirmişdir ki, Göyçay rayon məhkəməsinin 2(046)-556/2020 saylı, 24 iyun 2020-ci il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs Göyçay rayon Məhkəməsinin 25 iyun 2017-ci il tarixli qətnaməsinə əsasən 18 noyabr 2009-cu il tarixdə anadan olmuş X2 və 26 sentyabr 2012-ci il tarixdə anadan olmuş X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 80 manat, cəmi 160 manat məbləğində tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşağa görə 120 manat, ümumilikdə 240 manat sabit pul məbləğində müəyyən edilməsi, cavabdeh Şəxs 18 noyabr 2009-cu il tarixdə anadan olmuş X2 və 26 sentyabr 2012-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər uşağa görə 120 manat, ümumilikdə 240 manat sabit pul məbləğində alimentin tutularaq X4 xerinə verilməsi qət edilmişdir. Həmin icra sənədi icra olunması üçün Qaradağ rayon icra və probasiya şöbəsinə göndərilmiş, qanunvericlikdə nəzərdə tutulmuş qaydada icraata başalamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birlikdə borcluya ünvanlanmışdır. Borclu tərəfindən mütəmadi olaraq aliment borcu ödənilsə də sonradan ödənişlər dayanmışdır. Bu gün yəni məhkəmə prosesindən əvvəl borclu tərəfindən daha 500 manat aliment borcundan ödənişlər edilmiş və tələbkara 5069 manat məbləğində aliment borcu qalmışdır. Hazırki məhkəmə iclasının gedişatında borclu tərəfindən daha 400 manat məbləğində ödəniş edilsə aliment borcu tam bağlanmamışdır. Bütün bunlara əsasən borclu barəsində İXM-nin 528.1-ci maddəsi ilə 28 mart 2022-ci il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunu inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, hazırki məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də tələbkar yol uzaq olduğu və maddi imkansızlıq səbəbindən məhkəməyə gələ bilməyəcəyini göstərmişdir və yaranmış aliment borcunun ödənillməsini tələb etdiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır və əvvəllər aliment borcundan mütəmadi olaraq kifayət qədər ödənişlər etmişdir. Sonradan, yəni pandemiya vaxtı şəxsi biznesi iflasa uğramış və maddi çətinliklər yaşamağa başlamışdır. Hal-hazırda tikinti sahəsində işləməklə çox az bir gəlirə malikdir. Şəkər xəstəsidir. Buna görə də son iki ildə aliment borcunu ödəyə bilməmiş və hal-hazıradək 4669 manat aliment borcu qalmışdır. Belə ki, məhkəmə iclasından qabaq aliment borcundan 500, məhkəmə iclasının gedişində isə 400 manat ödəniş etmişdir. Yerdə qalan aliment borcunu isə qısa bir zamanda ödəyəcəyini nəzərə alaraq, həmçinin heç bir gəliri və qazancının olmamasını nəzərə alaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, borclu rəsmi qaydada heç bir yerdə işləməməklə hər hansı bir gəlirə də malik deyildir. Bundan başqa məhkəmə iclasında borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına dair heç bir hal müəyyən edilməmişdir. Eləcə də borclu məhkəmə iclasından qabaq 500 manat, hazırki məhkəmə gedişatında isə tələbkarın hesabına 400 manat ödəniş etmiş, və qalan borcunu qısa zamanda ödəyəcəyini öhdəsinə götürməsini qeyd etmiş və bununla bağlı üçün iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-55/2023
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-55/2023
12.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver