Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-55/2024 01.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsinin Ekologiya yol patrul xidməti inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş 11 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X6 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri, ünvan 1 ünvanında yaşayan X6 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekologiya YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş 11 yanvar 2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ekologiya YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarı əsasında o, İXM-nin 342.2.2-ci maddəsinə əsasən 150 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o, 11 yanvar 2024-cü il tarixdə, saat 14:22-də "Hyundai Elantra" minik markalı, **-FF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini etibarnamə ilə idarə edərkən nəqliyyat vasitələrinin sürücüləri tərəfindən normativ tələbləri pozmaqla avadanlıq quraşdırmışdır. Bildirmişdir ki, o avtomobilə heç bir kənar avadanlıq quraşdırmamışdır. O həyat yoldaşı ilə bilrikdə Bakı şəhərindən Sədərək TM istiqamətinə doğru hərəkət edərkən Badamdar maşın bazarını keçdikdən sonra yol polis əməkdaşları onları heç bir səbəb olmadan saxlama işarəsi vermişlər. O idarə etdiyi avtomobili saxlamış və polis əməkdaşı onlara yaxınlaşaraq onun manevr qaydalarını pozduğunu bildirmişdir. O isə öz növbəsində heç bir yol hərəkəti qaydasını pozmadığını bildirdikdə polis əməkdaşı əsəbləşmiş və bildirmişdir ki, “əgər belədirsə onda mən sizə avtomobildə əlavə avadanlıq quraşdırmaya görə cərimə yazıram”. Onların etiraz etməsinə baxmayaraq polis əməkdaşı bu barədə qərar yazıb onların üstünə tullamışdır. Onlara isə "mən cəriməni yazmışam hara istiyirsən şikayət et" demişdir. Onların polis əməkdaşına qarşı etiraz etdikləri halda o heç bir protokol tərtib etmədən qərar qəbul edərək cərimə yazmışdır. Halbuki polis əməkdaşı protokol tərtib etməli və o həmin protokoldan narazı olduğu halda araşdırma aparılıb qərar qəbul edilməli idi. Lakin polis əməkdaşı tərəfindən İnzibati Xətallar Məcəlləsinin 124.3 ve 124.4-cü maddələrinin tələblərini pozaraq barəsində protokolu tərtib edərək ona təqdim etməmiş, onun protokolla razılaşmasını müəyyən etdikdən sonra qərar qəbul etməli idi. Lakin qəbul edilmiş qərarda guya barəsində İXP ******* saylı inzibati xəta haqqında protokol tərtib edildiyi göstərilmişdir. Lakin ona hər hansı bir protokol tərtib edildiyi bildirilməmiş və imza etmək üçün ona təqdim edilməmişdir. Əgər protokol tərtib edilmişdirsə və o razılaşmamışamsa protokolu tərtib etmiş şəxs barəsində inzibati tənbeh vermək haqqında qərar qəbul edə bilməzdi. Barəsində inzibati tənbeh vermək haqqında qərarı yuxarı vəzifəli şəxs qəbul etməli idi. O artıq üç ildən artıqdır ki, həmin avtomobili idarə edir, avtomobildə əlavə avadanlıq olmamış və heç vaxt da buna görə inzibati məsuliyyətə cəlb edilməmişdir. Əgər avtomobildə hər hansı bir əlavə avadanlıq var idisə bu sübut olunmalı idi. Hər hansı formada polis əməkdaşının əsəbləşməsi səbəbindən öz mülahizəsi əsasında heç bir sübut olmadan qərar qəbul etməsi tam əsasızdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 124.3-cü maddəsində qeyd edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. Həmin Məcəllənin 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud bele kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Bu səbəbdən də barəsində tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Məhkəmə iclasında iştirak edən şikayət vermiş şəxs X3 etibarnamə üzrə nümayəndəsi X2 öz izahatında verilmiş şikayəti müdafiə edərək 11 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və X3 əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə DİN-in BDYPB-na rəsmi qaydada, təkrarən məlumat verilməsinə baxmayaraq həmin təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbəbləri barədə də məhkəməyə hər hansı məlumat verilməmiş və işə aid sənədlər məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə qeyd olunan tərəfin iştirakı olmadan baxılmasını qanuna müvafiq hesab etmişdir. Məhkəmə, şikayəti, şikayət vermiş şəxsin nümayəndəsinin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Daxili İşlər Nazirliyinin Ekologiya YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş 11 yanvar 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayət ərizəsinə əlavə edilmiş 11 yanvar 2024-cü il tarixli, TP ******* saylı inzibati tənbehvermə haqqında qərardan aydın olur ki, X6 11 yanvar 2024-cü il tarixdə, saat 14:22-də İXM-nin 342.2.2-ci maddəsi ilə təqsirli bilinərək 150 manat məbləğində cərimə edilmişdir. Lakin həmin qərarda inzibati xətanın törədildiyi yer, həmin inzibati xətanın konkret nədən ibarət olması və s. iş üçün əhəmiyyət kəsb edən hər hansı məlumat öz əksini tapmamışdır. Məhkəmə araşdırması zamanı törədilməsi ehtimal olunan inzibati xəta hadisəsi ilə bağlı qərar qəbul etmiş orqan tərəfindən məhkəməyə şikayətin dəlillərini təkzib edən hər hansı bir sübut təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 148-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafeləriniq orumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xətat örətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə köməkedən səbəbləri və şəraiti aşkar etməkdən və inzibat xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 342.2.2-ci maddəsinə görə maddəsinə əsasən normativ tələblər pozulmaqla, avadanlığın quraşdırılmasına və ya dəyişdirilməsinə görə nəqliyyat vasitəsinin sürücüləri yüz əlli manat məbləğində cərimə edilir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X6 barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X3 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Daxili İşlər Nazirliyinin Ekologiya YPX inspektoru, polis baş serjantı X4 tərəfindən tərtib edilmiş 11 yanvar 2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128, 129, 133-137-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X6 barəsində Daxili İşlər Nazirliyinin Ekologiya YPX inspektoru, polis baş serjantı X4 tərəfindən qəbul edilmiş inzibati tənbeh vermə haqqında 11 yanvar 2024-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-55/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-55/2024
01.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver