Məhkəmə qərarları › İş №3(002)-564/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-564/2022

07.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-564/2022 07.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nın YNH baş inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxxxx 1999-cu ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barədə Bakı şəhəri Qaradağ RPİ-dən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara, məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 27 aprel 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və iş materiallarından aydın olur ki, 08 aprel 2022-ci il tarixdə, təxminən 22:49 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Mədən küçəsi, Qaradağ RPİ-nin inzibati binasının yaxınlığında olan dairədə vətəndaş Şəxs idarə etdiyi “TOYOTA PRİUS” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı minik avtomobil Zərərçəkmiş şəxs1 həmin dairədə idarə etdiyi «Renault Megane” markalı, ** SM *** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə “Renault Megane” markalı avtomobildə olan sərnişin Zərərçəkmiş şəxs2 sağlamlığına yüngül zərər vurulmuşdur. Buna görə də Şəxs barəsində İXM-nin 327.8-ci maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq edilmiş Qaradağ RPİ-nin TŞ-nın təhqiqatçısı, polis polkovnik-leytenantı Elman Abdullayev tərəfindən qəbul edilmiş 25 aprel 2022-ci il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarın surətindən aydın olur ki, Şəxs əməlində cinayət tərkibi olmadığından barəsində cinayət işinin başlanması rədd edilmiş, Şəxs əməlində Azərbaycan Respublikası İXM-in 327.8-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində inzibati qaydada tədbir görülməsi üçün qərarın surətinin Qaradağ RPİ-nin DYPŞ-na göndərilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosesual rəhbərliyi həyata keçirən rayon prokurorluğuna göndərilməsi, toplanmış materialların bəzi sənədlərində Şəxs soyadı “Əhmədzadə” göstərilməsinə baxmayaraq onun soyadının “Əhədzadə” kimi oxunması, qərarın surətinin Şəxs göndərilməklə ona qərardan narazı qaldığı təqdirdə şikayət vermə hüququnun izah edilməsi, rədd materialının saxlanılması üşün Qaradağ RPİ-nin arxivinə verilməsi qərara alınmışdır. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YNH baş inspektoru, polis leytenantı X2 öz izahatında tərtib etdiyi protkolu müdafiə edərək Şəxs inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, “Uber” şirkətinə məxsus “Toyota Prius (hibrid) minik” markalı, ** XJ *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir, 08 aprel 2022-ci il tarixdə, saat 22:00 radələrində Lökbatan dairəsindən Lökbatan qəsəbəsi istiqamətində təxminən 50 km/saat sürətlə idarə edərək Qaradağ RPİ-nin yaxınlığında yerləşən dairəyə daxil olmuş, və idarə etdiyi avtomobil dairədə hərəkətdə olan “Renault” markanlı avtomobillə toqquşmuşdur. Toqquşmadan sonra avtomobillər dayanmış, o avtomobildən düşərək “Renault” markalı avtomobilin sürücüsünə yaxınlaşın hadisə zamanı diqqətsizlik göstərdiyi üçün üzür istəmişdir. Bu zaman hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlmişdir. O hadisədən sonra zərərçəkən X3 yaşadığı evə baş çəkərək onun necə olub-olmaması ilə maraqlandığını, lakin zərərçəkənin 750 manat məbləğində sığorta pulu alacağından ona hər hansı maddi və ya mənəvi dəstəyin göstərilməsinə ehtiyac olmadığını düşündüyünü bildirmişdir. O, öz izahatında hadisədən əvvəl heç bir spirtli içki qəbul etmədiyini bildirərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə zərərçəkən şəxslər X4 və Zərərçəkmiş şəxs2 təkrarən məlumat verilsə də, tərəflər məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrnin səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə işə qeyd olunan şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasına telefon vasitəsilə əlaqə saxlayaraq qoşulan Zərərçəkmiş şəxs2 şikayətçi olduğunu bildirərək Şəxs barəsində ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Eyni zamanda iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 tərəfindən yazılmış 12 aprel 2022-ci il tarixli ərizədən də məlum olur ki, ona heç bir maddi yardım göstərilməmiş, şikayətçi olmaqla ona vurulmuş ziyanın ödənilməsini xahiş etmişdir. İş materialına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına əlavə 09 aprel 2022-ci il tarixli, 2/11716 nömrəli tibbi müayinə aktından aydın olur ki, Şəxs 09 aprel 2022-ci il tarixdə, saat 00:45də radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi” Qaydalarına əlavə 09 aprel 2022-ci il tarixli, 2/11715 nömrəli tibbi müayinə aktından aydın olur ki, Zərərçəkmiş şəxs1 09 aprel 2022-ci il tarixdə, saat 00:05 radələrində tibbi müayinədən keçirilərkən ayıq olduğu müəyyən edilmişdir. İş materialına əlavə olunmuş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə- Tibbi Ekspertiza və X6” Elmi Təcrübi və X7 rayon şöbəsindən daxil olmuş 22 aprel 2022-ci il tarixli, 236 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi ekspertizası zamanı aşkar edilmiş xəsarətlər; baş beyin silkələnməsi ilə müşayiət olunan başın sağ gicgah dərialtı hematoması, sağ bazu nahiyəsinin qançırı bər küt əşya (əşyalar) təsirindən qərarın təsviri hissəsində göstərilən 08 aprel 2022-ci il tarixdə törənməsi mümkündür və dərəcəsinə görə ümumilikdə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərərvurmaya aid edilir. Zərərçəkmiş şəxs2 almış olduğu xəsarətlərin xarakter və lokalizasiyasılarını nəzərə alıb demək olar ki, həmin xəsarətlər qərarın təsviri hissəsində göstərilən şəraitdə yəni, sərnişini olduğu avtomaşının digər avtomaşınla toqquşması nəticəsində törənə bilərdilər. Məhkəmə iş materillarını araşdıraraq və işdə iştirak edən şəxsin izahatını dinləyərək hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokolla və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, eləcə də zərərçəkmiş şəxslərin hər hansı bir barışıq ərizələrinin olmamasını, zərərçəkmiş Zərərçəkmiş şəxs2 şiayətçi olmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməklə nəqliyyat vasitələrini idarə etmək hüququnun məhdudlaşdırılması daha ədalətli və məqsədə müvafiqdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsinə əsasən bu Məcəllənin 327.1-327.6, 328 və 330-cu maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə görə iki yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ bir ilədək müddətə məhdudlaşdırılır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək nəqliyyat vasitələrini idarə etmək hüququ 07 (yeddi) ay müddətə məhdudlaşdırılsın. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on)gün müddətində Bakı Apellyasiya məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar