Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-567/2024 29.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Abbasov Fərid Zirəddin oğlunun katibliyi, Şikayət vermiş şəxs X1 iştirakı ilə, Bakı şəhəri, Qaradağ DYPŞ-nın polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nın 28 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərarı üzrə icraata əməlində inzibati xəta hadisəsinin olmaması əsası ilə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Qaradağ rayon DYPŞ 28 dekabr 2023-cü il tarixli, TP ******* qərarı ilə o, İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib 150 manat məbləğində cərimə olunmuşdur. Qaradağ rayon DYPŞ 28 dekabr 2023-cü il tarixli, TP ******* qərarından narazıdır. Aşağıda sadalananlara əsasən qərarı əsassız və qanunsuz hesab edir. Həmin qərarı rəsmi qaydada bu gün əldə etmiş, dəfələrlə müraciət etsə də bu gün ala bilmişdir. Onun müvafiq qanunsuz hərəkətdən Baş Dövlət Yol Polis İdarəsinə müraciətinə cavabı da 24 yanvar 2024-cü il tarixdə gəlmişdir və bildirilmişdir ki, guya o avtomobil ilə 1.1, 1.3 və 1.11 üfuqi nişanlanma xəttinin tələbini pozaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru tərəfindən saxlanılaraq barəmdə protokol tərtib edilmişdir. Qeyd etmişdir ki, 26 dekabr 2023-cü il tarixdə ona ***-***-**-** mobil nömrəsindən ona zəng gəlmiş və deyilmişdir ki, sizin kamera görüntünüz var ki, yol hərəkətləri qaydalarını pozmusunuz. Görüntünü təqdim etməklərini tələb etmiş və bildirmişdir ki, görünütünü elektron sistemə yerləşdirsinlər və o da bilsin ki, həqiqətən də inzibati xəta törətmişdir. Onlar isə razılaşmış və 28 dekabr 2023-cü il tarixdə bir də zəng vuraraq eyni məsələləri bildirmişlər və o da eyni görüntünü yenidən tələb etmişdir. Onlar isə ona həmin görünütünü sistemə vurmayacaqlarını bildirmişlər. Həmin zənglərin “screen”-lərini məhkəməyə təqdim edəcəkdir. Həmin tarixdə qərarla ona cərimə yazılmış, lakin qərar ona rəsmi təqdim olunmamışdır. Yuxarıda da bildirdiyi kimi həmin qərarı rəsmi qaydada 05 fevral 2024-cü il tarixdə əldə etmişdir. Onun müvafiq qanunsuz hərəkətdən Baş Dövlət Yol Polis İdarəsinə müraciətinə cavabı da 24 yanvar 2024-cü il tarixdə ona gəlmişdir və bildirilmişdir ki, guya o, avtomobil ilə 1.1, 1.3 və 1.11 üfuqi nişanlanma xəttinin tələbini pozaraq nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru tərəfindən saxlanılaraq barəmdə protokol tərtib edilmişdir. Qeyd etmişdir ki, o, İXM-nin tələbində göstərilən heç bir qaydanı pozmamışdır. Heç bir pozuntu olmamışdır, onlar heç bir sübut olmadan onu cərimə ediblər. Hansı ki, onun maşınını dedikləri kimi yolda saxlamamışlar. Belə bir hal mövcud olmamışdır. Bildirmişdir ki, iş üzrə onların sübut dedikləri video ona təqdim olunmamışdır. Hesab edir ki, o heç bir qayda pozuntusuna yol verməmişdir. Ona görə də qanunsuz olan müvafiq qərar ləğv olunmalıdır. Onların qanunsuz hərəkətlərindən narazı qalaraq məcbur olub Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. 07 fevral 2024-cü il tarixli qərardad ilə onun şikayəti geri qaytarılmışıdır. Səbəb kimi də məhkəmə aidiyyatının düzgün seçilməməsi və müddətin bərpası barədə vəsatət yazmamağım göstərilmişdir. Ona görə də bu gün Qaradağ Rayon Məhkəməsinə müraciət edir. Həmin məktubun surətini də, cavabı da, həmçinin məhkəmənin bildirdiyi, tələb etdiyi kimi müddətin bərpası barədə ərizəni də şikayətinə qoşma etmişdir. İXM-nin 53.1-ci maddəsinin tələbinə görə əməldə inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Odur ki, Qaradağ rayon DYPŞ 28 dekabr 2023-cü il tarixli, TP ******* qərarı ilə onun, İXM-nin 327.4-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta işi üzrə icraata mənim əməlində inzibati xəta hadisəsi olmaması əsası ilə xitam verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında işitrak edən şikayət vermiş şəxs X3 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, barəsində tərtib olunmuş TP ******* nömrəli qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə əsasən təqsirli bilinərək guya 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etmişdir. Lakin ona protokol tərtib olunarkən həmin ərazidə heç bir yol nişanlanma xətti olmamışdır. 26 dekabr 2023-cü il tarixdə özünü DYP əməkdaşı kimi təqdim edən şəxs onu inzibati xəta hadisəsinin araşdırılması üçün Qaradağ RPİ-nin DYPŞ-na dəvət etmişdir. O da əgər belə bir görüntü varsa barəsində inzibati xəta haqqında protokol tərtib etmələrini, eyni zamanda qayda pozuntusu ilə bağlı videogörüntünü ona təqdim etmələrini bildirmişdir. 28 dekabr 2023-cü DİN BDYPİ-nə yolanmış, ordan da onu Qaradağ RPİ-nin DYPŞ-na göndərmişlər. Polis Şöbəsində onun barəsində heç bir araşdırma aparılmadan inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuşdur. Lakin həmin qərarı o 05 fevral 2024-cü il tarixdə rəsmi qaydada əldə etmişdir. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qaradağ RPİ-nin DYPŞ-na rəsmi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Bakı şəhəri Qaradağ RPİ-nin DYPŞ-nin polis polkovnik-leytenantı X2 tərəfindən 28 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 28 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X3 25 dekabr 2023-cü il tarixdə, saat 16:47-də Bakı şəhəri, Qaradağ rayonu, “Meyvəli” bazarının çıxışı dairəsi ünvanında “Nissan X-Trail minik” markalı, ** HN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etdiyinə görə İXM-nin 327.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və elektron qaydada 150 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd olunan inzibati pozuntu ilə əlaqədar hərtərəfli, tam və obyektiv araşdırma aparılmamışdır. İş materialları (o cümlədən hadisənin görüntüsünü əks etdirən foto və video görüntülər) məhkəməyə təqdim edilmədiyindən şəxsin yuxarıda qeyd olunan inzibati xətanı törətməsini müəyyən etmək mümkün deyildir. Bundan başqa məhkəmə tərəfindən edilmiş sorğulara baxmayaraq törədilməsi ehtimal olunan inzibati xəta hadisəsinin video görüntüsü məhkəməyə təqdim edilməmişdir. Məhkəmə yuxarıda qeyd olunan halları araşdıraraq belə nəticəyə gəlmişdir ki, X3 barəsində olan inzibati tənbeh vermə haqqında qərar tərtib edilərkən mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X1 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Bakı şəhəri, Qaradağ DYPŞ-nın polis polkovnik-leytenantı X2 tərəfindən qəbul edilmiş 28 dekabr 2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X1 Azərbaycan Respublikası İXM-nin 327.4-cü maddəsi ilə tənbeh edilməsinə dair 28 dekabr 2023-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-567/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-567/2024
29.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver