Məhkəmə qərarları › İş №3(002)-568/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-568/2021

26.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-568/2021 26.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 232-1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 38-ci Polis Bölməsindən daxil olmuş 16.04.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs 04.04.2021-ci il tarixdə Sahil qəsəbəsi, Roterdam küçəsində yerləşən Roterdam lövhəsini qəsdən sındıraraq məhv etmiş, bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Barəsində inzibati icraat aparılan şəxs və səlahiyyətli orqan məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, barəsində inzibati icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş, səlahiyyətli orqan isə nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsasən barəsində inzibati icraat aparılan şəxsin və səlahiyyəti orqanın nümayəndəsinin iştirakları olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhəri Qaradağ rayon İcra Hakimiyyəti Başçısının X1 Nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2021-ci il tarixli, 28 nömrəli məktubdan görünür ki, 04.04.2021-ci il tarixdə Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi ilə Dostluq küçəsinin kəsişməsində yerləşən, üzərində Roterdam yazısı olan lövhənin Şəxs tərəfindən sındırılması nəticəsində 700 manat dəyərində maddi ziyan dəymişdir; Baxış keçirilməsi haqqında 04 aprel 2021-ci il tarixli protokoldan görünür ki, baxış Bakı şəhəri Qaradağ rayonu Sahil qəsəbəsi E.Quliyev küçəsi ilə Dostluq küçəsinin kəsişməsində keçirilmişdir. Baxış zamanı kəsişməyə daxil olarkən sol və sağ tərəfdə balaca yaşıl rəngdə ağaclar, onların ortasında 1 metr enində sol və sağ tərəfdə 3 ədəd dəmir boru, 5-6 m hündürdə və onlara bərkidilmiş bayraqlar müşahidə olunmuşdur; 04 aprel 2021-ci il tarixli 471 nömrəli raportdan görünür ki, təxminən 02:00 radələrində postun mərkəzi ilə hərəkət edərkən Roterrdam küçəsində yerləşən Roterdam plakatını 01 nəfər şəxsin kvalt ilə dağıtdığı görülmüş, dərhal həmin yerə yaxınlaşıb şəxsin əlindəki kvaltı alıb 6758 saylı AP-yə əyləşdirib 38-ci PB-nə gətirmişlər. Bölmədə həmin şəxsin Şəxs olduğu məlum olmuşdur; cinayət işinin başlanmasının rədd edilməsi haqqında 10 aprel 2021-ci il tarixli qərardan görünür ki, HK-1/276 saylı material üzrə cinayət işinin başlanması rədd edilmiş, qərarın surəti məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokuroruna və Qaradağ rayon İHB- X1 Nümayəndəliyinə göndərilmiş, qərarın surəti qeyd olunan hadisəni törətmiş Şəxs barəsində İXM-nin 232-1-ci maddəsinə əsasən inzibati qaydada tədbir görülməsi üçün Qaradağ RPİ-nin 38-ci Polis Bölməsinə həvalə edimişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. 232-1-ci maddəsinə əsasən Özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda-inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir; 232-1-ci maddəsinə əsasən özgənin əmlakını qəsdən məhv etməyə və ya zədələməyə görə, bu az miqdarda ziyan vurduqda inzibati xəta nəticəsində vurulmuş ziyanın bir mislindən iki mislinədək məbləğdə cərimə edilir. Bu maddədə “az miqdar” dedikdə, beş min manatdan yuxarı olmayan məbləğ başa düşülür; Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, 18 fevral 2021-ci il tarixli raport, Baxış keçirilməsi haqqında 04 aprel 2021-ci il tarixli protokol, materiala əlavə edilmiş fotoşəkilər, habelə inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs 04.04.2021-ci il tarixdə Sahil qəsəbəsi, Roterdam küçəsində yerləşən Roterdam lövhəsini qəsdən sındıraraq məhv etmiş, bununla da Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun təqsirinin dərəcəsini, əmlak vəziyyətini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə iclasında Şəxs məsuliyyətini yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inzibati xətanı törətmiş şəxsin şəxsiyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsinin sanksiyası hədləri daxilində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 232-1-ci maddəsi ilə təqsirli bilinərək, vurulmuş maddi ziyanın 1 (bir) misli miqdarında, yəni 700 (yeddi yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar