Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-568/2024 12.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi, Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsinin sahə rəisi X2, Baş Dövlət Yol Polis İdarəsinin Vİ tağım yol patrul inspektoru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Neftçala rayonu, Həsənabad qəsəbəsində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İİİ qrup əlil, Neftçala rayonu, Həsənabad qəsəbəsində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 334-1.2 və 535.1-ci maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə müəyyənetdi: İnzibati xəta haqqında materialdan görünür ki, Şəxs 11 fevral 2024-cü il tarixdə idarə etmə hüququ olmadan «Vaz 211440» minik markalı, P346OP178 dövlət nömrə nişanlı avtomaşını il ərzində təkrarən narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etmiş, Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində saxlanılan zaman yol patrul xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 334-1.2-ci və 535.1-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı və xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati protokollar tərtib edilərək baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında Baş Dövlət Yol Polis İdarəsinin Vİ tağım yol patrul inspektoru X3 bildirmişdir ki, Şəxs Vaz 211440 minik markalı, P346OP178 dövlət nömrə nişanlı avtomaşınla Bakı şəhəri istiqamətində hərəkətdə olarkən 719 saylı postda ypx əməkdaşlarının saxlama tələbinə tabe olmamış, daha sonra Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində saxlanılmışdır. Sərxoşluq vəziyyətinin müəyyən edilməsi üçün tibbi müayinədən keçirildikdən sonra Şəxs avtomobili narkotik vasitədən istifadə nəticəsində sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Araşdırma zamanı həmçinin müəyyən edilmişdir ki, Şəxs sürücülük hüququ məhdudlaşdırılmış şəxs olmuş, xx.xx.2024-cü il tarixdə isə İXM-nin 334-1.1-ci maddəsi ilə inzibati qaydada tənbeh edilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3 və 334-1.2-ci maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmiş və baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmçinin Şəxs yoxlama zamanı ypx əməkdaşlarının qanuni tələblərinə qəsdən tabesizlik göstərmiş, bununla bağlı 11-ci polis bölməsinə raportla müraciət olunmuşdur. Protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş edir. Məhkəmə iclasında Qaradağ Rayon Polis İdarəsi 11-ci polis bölməsinin sahə rəisi X4 bildirmişdir ki, Şəxs xx.xx.2024-cü il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində saxlanılmış, yoxlama zamanı yol patrul xidməti əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq tabesizlik göstərərək qaçmağa cəhd göstərmişdir. Şəxs İXM-nin 535.1ci maddəsinin tərkib əlamətlərini özündə əks etdirən hərəkətlərə yol verdiyi üçün barəsində xx.xx.2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Protokolu müdafiə edir və Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahat verərək bildirmişdir ki, o, avtomobil ilə hərəkətdə olan zaman Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsində yol patrul xidməti əməkdaşları tərəfindən saxlanılmışdır. Bir neçə müddət əvvəl narkotik vasitə qəbul etmişdir. Ağrıları olduğu üçün narkotik vasitələrdən istifadə edir. Stasionar postda fikri yayındığı üçün polisin saxla işarəsini görməmiş, bu səbəbdən avtomobili saxlamamışdır. Törətdiyi əməldən peşmandır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş A/238 saylı, xx.xx.2024-cü il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” protokoldan görünür ki, müayinə nəticəsində Şəxs narkotik vasitədən istifadə nəticəsində sərxoşluq müəyyən edilmişdir. İş materiallarında olan protokoldan görünür ki, Şəxs xx.xx.2024-cü il tarixdə, saat 16:50-də inzibati qaydada tutulmuşdur. İş materiallarında olan Neftçala rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Şəxs sürücülük hüququ məhdudlaşdırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Şəxs İXM-nin 334-1.1-ci maddəsi ilə 800 manat məbləğində inzibati qaydada cərimə olunmuşdur. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 334-1.2 və 535.1-ci maddələr ilə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 327.3-cü maddəsinə əsasən dəmiryol keçidlərindən keçmə qaydalarının pozulmasına və ya nəqliyyat vasitələrinin dəmir yollarını dəmiryol keçidlərindən kənar yerlərdən keçməsinə, yaxud müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə - yüz manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 334-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 334-1.1-ci maddəsində nəzərdə tutulmuş xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən bir il ərzində təkrar törədilməsinə görə – bir aydan iki ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 334-1.2 və 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmişxx.xx.2024-cü il tarixli, İXP ******* saylı və MN ******* saylı inzibati xəta haqqında protokollar, “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə haqqında” A/238 nömrəli protokol, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs əməlində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.3, 334-1.2 və 535.1-ci maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla sonuncuya İXM-nin 334-1.2-ci maddəsinin sanksiyasının hədləri daxilində həbs növündə inzibati tənbeh tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 156.1-ci maddəsinə əsasən hakim tərəfindən inzibati həbs haqqında qərar çıxarıldıqdan sonra həmin qərar dərhal icra edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.3, 334-1.2 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 01 (bir) ay müddətinə inzibati həbs tətbiq edilsin. Qərar dərhal icra edilsin. Həbs etmənin əvvəli 11 fevral 2024-cü il tarixdən, saat 16:50-dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə bilavasitə tabe olan İnzibati həbsolunanların saxlanılma mərkəzinə təhvil verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-568/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-568/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver