Məhkəmə qərarları › İş №3(002)-569/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-569/2021

29.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-569/2021 29.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, X1, Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru X3 iştrakları ilə, X2, Qaradağ rayon DYPŞ-nin YPX inspektoru X6 tərəfindən tərtib edilmiş 11 aprel 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X5, şikayətlə Bakı şəhəri Qaradağ rayon məhkəməsinə müraciət edərək Qaradağ rayon DYPŞ-nin YPX inspektoru X6 tərəfindən tərtib edilmiş 11 aprel 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon DYPŞ-nin YPX inspektoru X6 tərəfindən tərtib edilmiş 11 aprel 2021-ci il tarixli TP ******* inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən 40 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X5 öz izahatında şikayəti müdafiə edərək göstərmişdir ki, 11 aprel 2021-ci il tarixdə YPX əməkdaşı onu saxlamış, ona yol hərəkəti qaydalarını pozduğunu bildirmişdir. O, isə öz növbəsində onu saxlayan YPX əməkdaşı X4 öz etirazını bildirmişdir. Polis əməkdaşı ona heç qulaq asmadan protokol tərtib etmiş və o, etirazını bildirəndə ona kobud şəkildə bir-iki ifadə ünvanlamışdır. O, öz izahatında daha sonra göstərmişdir ki, Qaradağ Rayon Polis İdarəsindən “Meyvəli” Ticarət Mərkəzi istiqamətində hərəkətdə olarkən ondan sağda olan “KAMAZ” markalı yük avtomobilini ötüb keçmək istəyərkən həmin avtomobil yolun sağında torpaq qatı olduğu üçün qəfil yolun soluna çıxmış, onu qayda pozmağa vadar etmişdir. Belə ki, həmin vaxt o, qəza baş verməsin deyə ötmə əməliyyatını həyata keçirərkən üfüqi nişanlanma xəttinin üzəri ilə hərəkət etmək məcburiyyətində qalmışdır. Odur ki, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın heç bir qanuni əsasları olmadığı üçün ləğv edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş edirəm. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru X6 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, 11 aprel 2021-ci il tarixdə saat 15:00 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “VAZ 21090” minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü X5 İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğundan, tərəfindən saxlanılmış və barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilərkən hüquq və vəzifələri izah edilməklə protokolun surəti sürücüyə təqdim olunması üçün bort komyuterdən çıxarılmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, tərəfindən məhkəməyə təqdim olunan video görüntüdən də aydın olur ki, X2 iddia etdiyi kimi “KAMAZ” markalı yük avtomobili qəfil sol yola çıxmamış, öz yolunda hərəkətdə olarkən X5 tərəfindən İXM-nin 327.1-ci maddəsinin tələbləri pozulmuşdur. Belə ki, qeyd olunan ərazidə yolun müəyyən hissəsi torpaq örtüklə örtüldüyü üçün avtomaşınlar asfalt yolla hərəkət etmək məcburiyyətində qaldıqları üçün həmin ərazidə yol daralır və bu zaman hər hansı bir ötüb keçmə əməliyyatının həyata keçirilməsi demək olar ki, mümkünsüz olur. Lakin buna baxmayaraq sürücü X5 yolun həmin hissəsində hərəkətdə olarkən İXM-nin 327.1-ci maddəsinin tələblərini pozmuş, yəni əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozmaqla üfüqi nişanlama xəttinin üzəri ilə hərəkət etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 11 aprel 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 11 aprel 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 həmin gün 15:16-da Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “VAZ 21090” minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən İXM-nin 327.1-ci maddəsinin tələblərini pozduğu üçün 40 manat məbləğində cərimə edilmişdir. Qaradağ RPİ-nin DYPŞ-nin YPX inspektoru X6 tərəfindən məhkəməyə təqdim eilmiş video görüntüdən aydın olur ki, həqiqətən də X5 tərəfindən 11 aprel 2021-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində “VAZ 21090” minik markalı **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi idarə edilərkən İXM-nin 327.1ci maddəsinin tələblərini pozmaqla əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarını pozmaqla üfüqi nişanlama xəttinin üzəri ilə hərəkət etmişdir. Eləcə də, şikayətçi X5 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər-hansı bir sübut təqdim etməmişdir. O cümlədən məhkəmə araşdırması zamanı da X2 təqsirsiz olmasına dair hər hansı bir möhtəbər sübut da əldə edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görəqırx manat məbləğində cərimə edilir. Həmin Məcəllənin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2, Qaradağ rayon DYPŞ-nin YPX inspektoru X6 tərəfindən tərtib edilmiş 11 aprel 2021-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar