Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-569/2024 12.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov X1 Araz Xalid oğlu barəsində Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş materialı nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Qaradağ rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 3(002)-569/2024 saylı inzibati material daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılması Qaradağ Rayon Məhkəməsinə aid olmaqla icraata götürülmüşdür. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-569/2024 saylı material, sonuncunun İXM-nin 327.3 və 334-1.2-ci maddələri ilə daxil olmuş 3(002)- 568/2024 saylı material üzrə bir icraatda birləşdirilməli, qeyd olunan inzibati xəta haqqında işlərə 3(002)-568/2024 nömrəli material üzrə icraat olaraq eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 112-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-569/2024 saylı və İXM-nin 327.3 və 334-1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 3(002)- 568/2024 saylı materialları üzrə icraat 3(002)-568/2024 saylı iş nömrəsi altında bir icraatda birləşdirilsin. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-569/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-569/2024
12.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver