Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-57/2022 10.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxx 1963-cü ildə Kəlbəcər rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2, borclu Şəxs barəsində 10 yanvar 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-4957/15 saylı, 23 oktyabr 2015-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin icra məmuru X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ rayon məhkəməsinin 2(002)-4957/2015 saylı, 23 oktyabr 2015-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 10800 manat məbləğində əsas borc, 540 manat məbləğində faiz borcu, təmir xidmətinə görə 238 manat məbləğində pul, eləcə də 30 manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 11608 manat məbləğində pulun tutularaq iddiaçı "xxxx" MMC-yə ödənilməsi qət edilmişdir. Qaradağ rayon Məhkəməsinin 8(002)-1035/2018 saylı, 05 noyabr 2018-ci il tarixli Qərardadına əsasən isə Şəxs məxsus “Jeep Cherokee” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobilin üzərinə həbs qoyulmuşdur. Borclu bu günədək borcundan heç bir ödəniş etməmişdir. Bütün bu halların nəzərə alınaraq borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, vaxtilə "xxxx" MMC-dən traktor götürüb, fəaliyyəti ilə əlaqədar tez-tez xaricdə olduğundan ölkəyə qayıdanda traktorun əlindən alındığını və "xxxx" MMC-yə borcunun olduğunu öyrənmişdir. Qaradağ rayon Məhkəməsinin 23 oktyabr 2015-ci il tarixli qiyabi qətnaməsindən 13 aprel 2016-cı il tarixdə məlumatlı olmuş və Qətnamədə göstərilən borc məbləği ilə razı olmadığını Qaradağ rayon İcra Şöbəsində verdiyi izahatda qeyd etmişdir. O öz ifadəsində daha sonra qeyd etmişdir ki, rəsmi heç bir yerdə işləməməklə heç bir gəlirə və qazanca malik deyildir, “Sindo-ryu və Pençak-silat Federasiyasının” rəhbəri olmaqla, rəsmi bədən tərbiyəsi və idman işçisidir. Bir azyaşlı qızı və iki yetkinlik yaşına çatmış oğlu var, oğlanları hal-hazırda Hadrut qəsəbəsində, ön cəbhədə hərbi xidmətdədirlər. Ona məxsus “Jeep Cherokee” minik markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtomobil hal-hazırda borcuna görə həbsdə olmaqla axtarışa verilmişdir. Yaxın zamanlarda yaranmış borcunu ödəmək üçün bütün imkanlarından istifadə edəcəkdir. Odur ki, bütün bunların nəzərə alınaraq barəsində inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxsnın yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini icra etməmişdir. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi özünün şəxsi etirafı və inzibati xəta haqqında tərtib edilmiş 10 yanvar 2022-ci il tarixli MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxsnın ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini, hal-hazırda rəsmi heç bir yerdə işləməməklə müvafiq gəlirə malik olmamasını, idman sahəsində göstərdiyi xidmətlərini və hal-hazırda iki övladının ön cəbhədə hərbi xidmətdə olmalarını nəzərə alaraq barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-57/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-57/2022
10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver