Məhkəmə qərarları › İş №3(002)-571/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-571/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-571/2021 19.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin hakimi Həsənov İslam Telman oğlu, Şikayət vermiş şəxs X1 verdiyi şikayətə baxılmağa hazırlanması zamanı, Müəyyən etdim: X3 barəsində Azərbaycan Respublikası Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 211.2-ci maddəsi ilə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarından şikayəti daxil olmuşdur. İnzibati xəta haqqında materialların baxılmağa hazırlanması zamanı iş materialını nəzərdən keçirərək hesab edirəm ki, X2 tərəfindən verilmiş şikayət geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında qərar xx.xx.2020-ci il tarixdə qəbul edilmiş, həmin qərardan şikayət isə xx.xx.2021-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Yəni, şikayət qanunvericiliklə qərardan şikayətin verilməsi üçün nəzərdə tutulmuş 10 günlük prosessual müddətin ötürülməsi ilə verilmiş, buraxılmış müddətin bərpa edilməsi ilə bağlı vəsatət şikayətə əlavə edilməmiş, həmçinin şikayət ərizəsində də bununla əlaqədar heç bir üzrlü səbəb göstərilməmişdir. Bundan başqa iş materiallarından görünür ki, xx xxxx 1992-ci il təvəllüdlü X5 qoruyucu tibbi maskadan istifadə etmədiyinə görə Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərarla 100 manat cərimə edilmişdir. Buna baxmayaraq sözü gedən qərardan şikayət barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs tərəfindən deyil atası X2 tərəfindən verilmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxsin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Lakin iş materiallarına əlavə edilmiş sənəddən görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X5 xx xxxx 1992-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmış şəxsdir, həmçinin onun fəaliyyət qabiliyyətinin olmamaması və ya məhdud fəaliyyət qabiliyyətli olması ilə bağlı məhkəməyə daxil olmuş şikayətə mötəbər sübutlar əlavə edilməmişdir. Azərbaycan Respublikasının İXM-nin 63.1-ci maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs və ya zərər çəkmiş şəxs yetkinlik yaşına çatmadıqda, yaxud fəaliyyət qabiliyyəti olmadıqda və ya məhdud fəaliyyət qabiliyyətli olduqda, həmin şəxslərin mənafeyini onların qanuni nümayəndələri təmsil edir. Həmin Məcəllənin 130.1-ci maddəsinə əsasən Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Həmin Məcəllənin 130.2-ci maddəsinə əsasən bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, F.F.İbrahimov Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalı, həmçinin şikayətçiyə inzibati tənbeh vermə haqqında iş üzrə qərardan şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63-cü maddəsinin tələbləri şikayətçiyə izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128, 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X4 Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılsın. Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsi tərəfindən qəbul olunmuş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verilməsi müddətinin bərpasına dair vəsatətlə məhkəməyə müraciət etmək hüququ və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 63-cü maddəsinin tələbləri şikayətçiyə izah edilsin. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar