Məhkəmə qərarları › İş №3(002)-573/2021

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-573/2021

19.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-573/2021 19.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X1, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1956-cı ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, Salyan rayonu Parça-Xalac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İXM-in 535.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Bakı şəhər Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş inzibati xəta haqqında iş materiallarına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 11:00-da Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən YPX-nin 719 saylı postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış bununla da, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci PB-nin sahə inspektoru, polis leytenantı X2 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, xx.xx.2021-ci ildə Bakı-Qazax-Gürcüstan yolunun 47.5-ci km-da YPX-nin 719 saylı postunda Kamaz markalı 5511 yük markalı, “** BG ***” dövlət qeydiyyat nişanlı yük maşının sürücüsü normadan artıq yük (mişar daşı) apardığı üçün YPXB-nün əməkdaşları saxlanılmış, polis əməkdaşları sürücüdən sənədələrini təqdim etməsini xahiş etdikdə o səs-küy yaradaraq heç bir sənəd verməyəcəyini bildirmiş, nəqliyyat vasitəsini yolun hərəkət hissəsinə çəkərək digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmağa başlamışdır. Sürücü Şəxs polis əməkdaşlarının qanuni tələbinə tabe olmadığı üçün saxlanılaraq qanun çərçivəsində tədbir görülməsi üçün ərazi adiyyəti üzrə xx.xx.2021-ci il tarixli raport əsasında Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil verilmişdir. Bölmədə Şəxs izahatı alınmış və onun əməlində İXM-nin 535-ci maddəsinin tərkib əlamətləri olduğundan barəsində müvafiq protokol tərtib edilərək aidiyyəti üzrə baxılması üçün Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək verdiyi izahatında göstərmişdir ki, ailəsinin maddi imkanı aşağı olduğundan idarə etdiyi “Kamaz” markalı “** BG ***” dövlət qeydiyyat nişanlı yük maşını ilə daş daşıyaraq ailəsini dolandırır. xx.xx.2021-ci il tarixdə, Qaradağ rayonu ərazisində yerləşən daş karxanaların birində qeyd etdiyi yük maşınına daşları yükləyib üzü Salyon rayon istiqamətinə yola düşmüş, həmin gün saat 11:00 radələrində idarə etdiyi “Kamaz” markalı yük maşını ilə hərəkətdə olarkən Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən YPX-nin 719 saylı postunda polis əməkdaşları saxla işarəsi vermişlər. O da idarə etdiyi Kamaz markalı yük maşınını dərhal kənara verib saxlamış, bundan sonra polis əmədaşının tələbinə əsasən avtomobilə və özünə aid olan lazımı sənədləri ona təqdim etmişdir. Bir neçə dəqiqə sənədləri postda araşdırıldıqdan sonra polis əməkdaşı ona idarə etdiyi yük maşınında daş yükünün artıq olduğunu bildirərək həmin yüklərinin boşaltıracağını demiş, o da 2 gün daş karxanasında növbədə olduğundan və yorğun olduğundan əsəbi halda polis əməkdaşına necə məsləhətdi elə edin sözlərini demişdir. Bundan sonra o, müvaviq sənədləri polis əmədaşının tələbinə əsasən ona təqdim etmə əsası ilə Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinə təhvil verilmişdir. Lakin o, polis əməkdaşının saxla tələbinə tabe olmuş, polis əməkdaşlarına sənədləri təqdim etmiş və onlara hər hansı müqavimət göstərməmişdir. Buna baxmayaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. Barəsində ədalətli qərar çıxarılmasını xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş: Bakı şəhəri Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokolundan görünür ki, Şəxs xx.xx.2021-ci il tarixdə, saat 11:00-da Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşən YPX-nin 719 saylı postunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Yol Patrul Xidməti Alayının 6-cı tağımının Yol Patrul Xidməti Bölüyünün polis leytenantı, E. İmanov tərəfindən ünvanlanmış xx xxxxx 2021-ci il tarixli raportdan görünür ki, xx.xx.2021-ci ildə Bakı-Qazax-Gürcüstan yolunun 47.5-ci km-da YPX-nin 719 saylı postunda Kamaz markalı 5511 yük markalı, “** BG ***” dövlət qeydiyyat nişanlı yük maşının sürücüsü normadan artıq yük (mişar daşı) apardığı üçün saxlanılmış, sürücüdən sənədələrini təqdim etməsini xahiş etdikdə o səs-küy yaradaraq heç bir sənəd verməyəcəyini bildirmiş, nəqliyyat vasitəsini yolun hərəkət hissəsinə çəkərək digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmağa başlamışdır. Sürücü qərəzli mövqe tutaraq polsin müvafiq tələblərinə tabe olmadığı üçün sürücü barəsində tədbir görülməsi üçün müvafiq göstəriş verilməsi xahiş olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdəo, təqsirsizhesabedilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyəborcludeyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında iş üzrə icraat başlanıla bilməz, başlanılmış icraata isə xitam verilir. 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafıəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir «Hər bir insan Konstitusiyasının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətəndaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarının və azadlıqlarının, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Bu təminat bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Avropa İnsan Hüquqları Məhkəməsi Karelin Rusiyayaqarşı işi üzrə (xx.xx.2016) qəbul etdiyi qərarında Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinin (ədalətli məhkəmə araşdırması hüququ) qərəzsizlik tələbinə riayət olunmaması ilə əlaqədar pozuntu baş verdiyini qərara almışdır Həmin maddəyə görə “hər kəs onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə ... işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. İnzibati xəta haqqında protokolda rəsmiləşdirən məmurun məhkəmədə işə baxılarkən inzibati xətaya görə təqsiri sübut etmək səlahiyyətinə malik olmadığını, ittihamedici orqanın və ya rəsminin olmaması şəraitində isə ona qarşı ittihamın sübut edilməsi yükünün bütünlükdə hakimin üzərinə düşdüyünü, bunun isə hakimə müdafiə tərəfinin ifadələrini rədd etmək üçün proprio motu arqumentlər axtarmaqdan başqa yol qoymadığını qeyd etmişdir. O, bunun öz növbəsində sübutların qiymətləndirilməsində balansı pozduğunu, nəticədə onun Avropa İnsan Hüquqları Konvensiyası ilə nəzərdə tutulan ədalətli məhkəmə araşdırması hüququnun pozulduğu göstərilmişdir. İş materiallarında Şəxs tərəfindən polis işçisi ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamasını təsdiq edən hallar öz əksini tapmamış, tərtib edilmiş inzibati xəta haqqında protokolda inzibati xətanın mahiyyəti göstərilməmişdir. Belə ki, Yol Patrul Xidməti Alayının 6-cı tağımının Yol Patrul Xidməti Bölüyünün polis leytenantı, E. İmanov tərəfindən tərtib edilmiş raportda Şəxs tərəfindən polis əməkdaşının ictimai qaydanın mühafizə vəzifələrini yerinə yetirilməsi zamanı onun qanuni tələblərinə tabe olmamadan deyil, Şəxs avtomobilə aid sənədlərin tələb edilməsindən, nəqliyyat vasitəsini yolun hərəkət hissəsinə çəkərək digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yaratmağa başlamasından, lakin onun əmrə tabe olmadığından və buna görə də polis şöbəsinə gətirilməsindən bəhs edir. Həmin paportdan aydın olmur ki, polisin hansı qanuni tələblərinə və konkret olaraq kim tərəfindən tabe olunmamışdır və həmin tabe olmama nədə ifadə olunur. Məhkəmə iclasında polis əməkdaşı tərəfindən Şəxs polis bölməsinə dəvət edildiyi, sonuncunun könüllü şəkildə polis bölməsinə gəldiyi müəyyən edilmişdir. Həmin paportdan aydın olmur ki, polisin hansı qanuni tələblərinə və konkret olaraq kim tərəfindən tabe olunmamışdır və həmin tabe olmama nədə ifadə olunur. Məhkəmə iclasında polis əməkdaşı tərəfindən Şəxs polis bölməsinə dəvət edildiyi, sonuncunun könüllü şəkildə polis bölməsinə gəldiyi müəyyən edilmişdir. Şərh olunan əsaslara məhkəmə hesab edir ki, Şəxs təqsiri İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada sübuta yetirilməmiş, onun təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata baxmış məhkəmə tərəfindən müəyyən edilməmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan orqan isə onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta hadisəsinin törədilməsi istisna edilir və sonuncu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibini yaradan hərəkətlərə yol verilməsi obyektiv sübutların məcmusu ilə öz təsdiqini tapmır. Belə olan halda, məhkəmə işin obyektiv hallarını və yuxarıda sadalanan qanunun imperativ tələblərini nəzərə alıb belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 43, 53, 109, 114, 115, 129-131-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar