Məhkəmə qərarları › İş №3(002)-573/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-573/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-573/2022 09.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 22 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X8 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 22 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 22 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından və iş materiallarından aydın olur ki, X1 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müvainət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə "xxxx" ASC-nin direktoru X8 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsinə əsasən 1200 manat məbləğində cərimə edilmişdir. X8 şikayətində göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin MN ******* nömrəli, xx.xx.2022-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarına əsasən X8 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın (X1 əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə) törədildiyi əsas gətirilərək 1.200 AZN (bir min iki yüz manat) məbləğində inzibati cərimə edilmişdir. Lakin aşağıda qeyd edilən səbəblərdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarını əsassız hesab edir. Belə ki, 2018-ci ilin dekabr ayında X2 rəhbəri olduğu "xxxx" ASC-yə məxsus karxana ərazisində Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən araşdırma aparılmışdır. Həmin araşdırma nəticəsində "xxxx" ASC-yə məxsus karxana ərazisində istismar zamanı "xxxx" ASC-yə yerin təkindən istifadəyə dair verilmiş sənədlərdə göstərilən şərtlərə riayət edilmədiyi əsas gətirilərək xx.xx.2018-ci il tarixdə 51022 nömrəli akt tərtib olunmuş və "xxxx" ASC-yə 295 min manat məbləğində cərimə hesablanmışdır. Bununla əlaqədar olaraq Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekspertiza İdarəsinin xx.xx.2019-cu il tarixli 17/ü nömrəli əmri ilə həmin sənədlərin qüvvədə olma müddəti dayandırılmışdır. Bildirmişdir ki, "xxxx" ASC-nin əsas fəaliyyəti mişar daşı istehsalı ilə bağlıdır. "xxxx" ASC-nin karxana fəaliyyətinin dayandırılması heç bir gəlir əldə etməməsinə səbəb olmuşdur. Bundan başqa "xxxx" ASC koronovirus pandemiyası səbəbindən uzun müddət fəaliyyət göstərməmişdir. Belə ki, xüsusi karantin rejiminin sərtləşdirildiyi dövrdə işçilərə müvafiq icazələrin verilməməsi səbəbindən işçilərin çox hissəsi işə çıxa bilməmişdir. "xxxx" ASC uzun müddət fəaliyyət göstərmədiyinə görə heç bir gəlir əldə etməmişdir. Hazırda "xxxx" ASCnin maliyyə vəziyyəti ağırdır. Belə ki, Cəmiyyətin dövlət büdcəsinə 769.851 (yeddi yüz altmış doqquz min səkkiz yüz əlli bir) manat vergi borcu vardır. Çətin maliyyə vəziyyəti ilə əlaqədar olaraq Cəmiyyət tərəfindən X3 ödənişlərin edilməsində müəyyən çətinliklər yaranmışdır. Buna görə də X7 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə şikayət etmişdir. Maliyyə çətinlikləri olmasına baxmayaraq X3 xx.xx.2021-ci il tarixədək müəyyən ödənişlər edilmişdir (poçt qəbzləri şikayətə əlavə olunur). Məlumat üçün bildirmişdir ki, "xxxx" ASC 60-cı illərdən fəaliyyət göstərən müəssisədir. Müəssisənin adı əvvəllər "xxxx" ASC olmuşdur. "xxxx" ASC M.Nəzərov adma Tikinti Materialları Kombinatının bazasında Azərbaycan Respublikası Dövlət Əmlak Nazirliyi tərəfindən təsis edilmiş dövlət müəssisəsi olmuş və daha sonra özəlləşdirilmişdir. Sovet dönəmində hələ dövlət müəssisəsi olan zaman "xxxx" ASC-də işləyən bir neçə işçi istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almışdı. Həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən bu barədə müvafiq sənədləşmə işləri həyata keçirilmiş və həmin şəxslərə qanunvericiliyin tələblərinə əsasən həyata və sağlamlığa vurulmuş zərərə görə ödənişlər verilirdi. Həmin şəxslərin əksər hissəsinin sənədləri onlarda mövcud olsa da uzun müddət keçdiyinə görə bəzilərinin sənədlərini müəssisənin arxivindən tapa bilməmişlər. Lakin ötən dövrlər ərzində tərəflərindən həmin şəxslərə həyata və sağlamlığa vurulmuş zərərə görə ödənişlər edilmişdir. xx.xx.2021-ci il tarixdə “Bank VTB (Azərbaycan)” ASC-yə müraciət edərək borclu şəxslərdən "xxxx" ASC-nin hesablaşma hesabına daxil olan pul vəsaitindən dərhal istehsalatda bədbəxt hadisə nəticəsində xəsarət almış 8 nəfər şəxsin (həmin şəxslərdən biri də X4r) hesabına pul köçürülməsini xahiş etmişlər. Lakin “Bank VTB (Azərbaycan)” ASC tərəfindən "xxxx" ASC-yə daxil olmuş xx.xx.2021-ci il tarixli məktubla həmin şəxslərə ödənişlərin edilməsi üçün Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sözügedən vətəndaşlara müavinətin ödənilməli olması haqqında Bankın adma məktubun təqdim edilməsinin zəruri olduğu bildirilmişdir. Həmin ödənişlərin müvafiq şəxslərin hesablarına köçürülməsi üçün “Bank VTB (Azərbaycan)” ASC-yə ödəniş tapşırıqları təqdim edilsə də həmin ödəniş tapşırıqlarının icrasından imtina edilmişdir. Dəfələrlə bu barədə “Bank VTB (Azərbaycan)” ASC-yə müraciət etsələr də heç bir nəticəsi olmamışdır. Qeyd etdiklərindən də hazırda X5 həyata və sağlamlığa vurulmuş zərərə görə ödənişlərin edilməməsi X2 iradəsindən asılı deyildir. Buna görə də hesab edir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında xx.xx.2022-ci il tarixli MN ******* nömrəli qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.1.6-cı maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xəta haqqında iş üzrə qərardan şikayət vermək hüququ vardır. Odur ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 22 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinə və şikayətçi X6 lazımi qaydada təkrarən məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasında iştirak etməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayəti və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində, riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə vəzifəli şəxslər yeddi yüz manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Belə ki, məhkəmə araşdırması zamanı toplanmış sübutlarla müəyyən edilmişdir ki, X3 nəzərdə tutulmuş sosial müavinətlər qanunla müəyyən edilmiş qaydada və müddətdə ödənilməmişdir. Şikayət ərizəsində yuxarıda adı çəkilən şəxsə əmək haqqının və son haqqhesablarının ödənilməməsinin səbəbi kimi müəssisənin dövlət büdcəsinə 817.162 manat vergi borcunun olması, nəticədə müəssisənin çətin maliyyə vəziyyətinə düşməsi və eləcə də “Bank VTB(Azərbaycan)” ASC-də olan pul vəsaitlərindən vətəndaşlara ödənilməsi üçün banka dəfələrlə müraciət etsələr də bank tərəfindən ödəniş tapşırıqlarının yerinə yetirilməməsi ilə izah etmişdir. Lakin məhkəmə hesab edir ki, yuxarıda qeyd olunan bu hallar əmək qanunvericiliyinin tələblərinə əməl edilməməsinə əsas bilməz. Şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Bank VTB (Azərbaycan)” ASC tərəfindən "xxxx" ASC-yə ünvanlanmış məktubda göstərilmişdir ki, qeyd edilən məsələnin həyata keçirilməsi üçün Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən sözügedən vətəndaşlara müavinətin ödənilməli olduğu haqda Bankın adına məktub tədim etmələri zəruridir. Bu barədə məlumat Bankın müvafiq struktur bölməsi tərəfindən "xxxx" ASC-yə təqdim edilmiş, lakin bu günədək həmin sənəd Banka təqdim edilməmişdir. Bundan başqa məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 oxşar məzmunlu şikayət ərizəsi ilə Qaradağ rayon Məhkəməsinə müraciət etmiş və Qaradağ rayon Məhkəməsinin 16 may 2022-ci il tarixli, 3(002)-468/2022 saylı qərarı ilə şikayət təmin edilməmişdir. Həmin qərarda da göstərilmişdir ki: “şikayətə əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş “Bank VTB (Azərbaycan)” ASC tərəfindən "xxxx" ASCyə ünvanlanmış məktublarda göstərilmişdir ki: "xxxx" ASC-nin keçmiş işçilərinin istehsalatda bədbəxt hadisə nəticəsində aldıqları xəsarətə dair nəzərdə tutulan sosial müavinətin ödənilməsi üçün köçürülməsi bank tərəfindən mümkün deyil. Belə ki, məlum olduğu kimi "xxxx" ASC-yə aid olan müvafiq hesaba Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən sərəncam qoyulması səbəbindən sözügedən hesabdan istifadəni yalnız ödənişlərin həqiqi təyinatını təsdiq edən səlahiyyətli icra hakimiyyəti orqanının rəsmi sənədi ilə mümkün edir. Bildiririk ki, daha əvvəl Bank tərəfindən "xxxx" ASC-dən ödənişin təyinatının həqiqiliyinin təsdiqinə dair Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş rəsmi təsdiqedici sənəd tələb olunmuşdur. Lakin "xxxx" ASC tərəfindən buna dair hər hansı bir sənəd banka təqdim edilməmişdir. Bu isə öz növbəsində hazırki vəziyyətdə sorğu etdiyiniz ödənişlərin icrasının mümkünsüz edir. Həmçinin qeyd edək ki, buna dair müvafiq məlumat daha öncə də bank tərəfindən "xxxx" ASC-yə verilmiş, habelə müəssisənin məsul şəxsi ilə bu məsələ ilə bağlı şifahi müzakirələr aparılmışdır”. Göründüyü kimi istehsalatda bədbəxt hadisə nəticəsində aldığı xəsarətlərə görə nəzərdə tutulan sosial müavinətlərin vətəndaşlara ödənilməməsinin məsuliyyətini "xxxx" ASC daşıyır. Beləliklə, məhkəmə baxışı zamanı "xxxx" ASC-nin yuxarıda qeyd olunan inzibati pozuntuya görə təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X9 Xidmətinin Bakı şəhər İdarəsinin 22 aprel 2022-ci il tarixli, MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar