Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-575/2021 21.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mirzəliyev Amil Rəfayıl oğlunun katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X4, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxx 1976-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi, ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X7, borclu Şəxs barəsində xx xxxxx 2021-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Qaradağ rayon məhkəməsinin 2(002)-87/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsini, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 12057/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli və 2(103)-9224/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqələrini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin icra məmuru X7 öz izahatında protokolu müdafiə edərək bildirdi ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 9224/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs üç övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxxxxx 2019-cu il tarixdən başlayaraq hər ay 210 manat məbləğində alimentin, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12057/2019 saylı, xx xxxxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən borclu Şəxs bir övladının yetkinlik yaşına çatanadək saxlanılması üçün xx xxxx 2019-cu il tarixdən başlayaraq hər ay 70 manat məbləğində alimentin tutularaq X2 xeyrinə ödənilməsi qət edilmişdir. Bundan başqa Qaradağ rayon Məhkəməsinin 2(002)-87/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs qızıl-zinət əşyalarının və ya onlar mövcud olmadıqda onların ümumi dəyəri olan 3940 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq iddiaçı X3 qaytarılması qət edilmişdir. İcra sənədi icraata daxil olduqdan sonra qanunvericiliklə nəzərdə tutulmuş qaydada icraata başlamaq haqqında qərar qəbul olunaraq tələbin könüllü icrasına dair bildirişlə birgə borcluya göndərilmişdir. Borclu ikinci qrup əlil olmaqla əlilliyə görə pensiya aldığından hər ay aliment borcuna görə pensiyasının 70 faizi məbləğində tutulma aparılır. Lakin bu tutulma aliment borcunu tam şəkildə ödəmək üçün kifayət etmir. Bu günədək borclu aliment borcu ilə bağlı 3576 manat ödəniş etmişdir. Hazırda borculunun tələbkara 2684 manat məbləğində ödənilməmiş aliment borcu yaranmışdır. Bundan başqa borclu Qaradağ rayon məhkəməsinin 2(002)-87/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsini isə ümumiyyətlə icra etməmiş və halhazırda da icra etmək fikrində deyildir. Odur ki, borclu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X5 öz izahatında bildirmişdir ki, məhkəmə qətnaməsi ilə təyin edilmiş aliment borclunun təqaüdünə yönəldilsə də, təqaüdün məbləği borcun ödənilməsi üçün kifayət etməsə də, yaranmış qalıq məbləği borclu tərəfindən ödənilmir. Bundan başqa Qaradağ rayon məhkəməsinin 2(002)-87/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs qızıl-zinət əşyalarının və ya onlar mövcud olmadıqda onların ümumi dəyəri olan 3940 manat məbləğində pulun və ödənilmiş 30 manat dövlət rüsumunun tutularaq ona qaytarılması qət edilsə də borclu tərəfindən bu icra vərəqəsi ilə əlaqədar heç bir ödəniş edilməmişdir. Bu qətnamədən borclu tərəfindən apellyasiya şikayəti verilsə də, qətnamə dəyişdirilmədən saxlanılmışdır. O, daha sonra öz izahatında borclunun bütün borcu ödəməsini, əks halda barəsində inzibati tənbeh tədbiri tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, borcundan xəbəri vardır. Özü ikinci qrup əlil olmaqla heç bir yerdə işləmir. Aliment borcu ilə əlaqədar pensiyasından hər ay 70 faiz həcmində tutulmalar aparılır. Bu tutulmalardan başqa hər hansı bir şəkildə ödəniş edə bilmir. Halhazırda da məhkəmə iclasında hər hansı bir ödəniş etmək iqtidarında deyildir. O daha sonra öz izahatında göstərmişdir ki, qızıl-zinət əşyaları ümumiyyətlə onda deyil. O, tələbkarla boşanandan sonra tələbkar bütün qızıl-zinət əşyalarını özü ilə aparmışdır və buna görə də qızıl-zinət əşyalarının dəyərini də ödəməyi düşünmür. Həmin qətnamədən apellyasiya şikayəti vermiş, lakin qətnamə dəyişdirilmədən saxlanılmışdır. Sonradan pandemiya ilə əlaqədar həmin qətnamədən vaxtında kassasiya şikayəti verə bilməmişdir. Hal-hazırda kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair Apellyasiya Məhkəməsinə müraciət etmişdir. Odur ki, yuxarıda qeyd olunanların nəzərə alınaraq iş üzrə inzibati materiala xitam verilməsini xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun, tələbkarın və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olmaqla heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, tam icra etməmişdir. Bundan başqa borclu halhazırda qızıl-zinət əşyaları ilə bağlı çıxarılmış qətnamədən kassasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpasına dair Apellyasiya Məhkəməsinə müraciət etməsini bildirsə də, bununla əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Beləliklə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi inzibati xəta haqqında tərtib edilmiş xx xxxxx 2021-ci il tarixli MN ******* nömrəli protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyət yaradır. Həmin Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinin tələbindən aydın olur ki, birinci və ya ikinci qrup əlillər barəsində inzibati həbs tətbiq edilə bilməz. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini və hal-hazırda rəsmi işləməməklə müvafiq gəlirə malik olmamasını nəzərə alaraq barəsində aşağı həddə cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsini daha məqsədə müvafiq hesab edir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-575/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-575/2021
21.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver