Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-577/2024 13.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, Qaradağ rayon X9 Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis baş leytenantı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx xxxxxx 1992-ci il tarixdə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, Salyan rayonu, Həsənli kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, müəyyənetdi: Şəxs 10 fevral 2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz E240 Minik” markalı **-RK-*** markalı avtomobili ilə hərəkətdə olarkən “X7” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qəza şəraiti yaratmış, nəticədə avtomobil X2 yaşadığı evinin həyətyanı sahəsinə çırpılaraq zərərçəkmiş şəxsə maddi ziyan dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmiş və aparılan araşdırma zamanı onun nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə etməsi müəyyən edilmişdir. Qeyd olunanlara əsasən Qaradağ rayon Polis İdarəsinin DYPŞ-nin polis leytenantı X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Qaradağ rayon X9 Şöbəsinin yol-nəqliyyat hadisəsi üzrə baş inspektoru, polis baş leytenantı X3 məhkəmə iclasında bildirmişdir ki, Şəxs 10 fevral 2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində etibarnamə olmadan idarə etdiyi “Mercedes Benz E240 Minik” markalı **-RK-*** markalı avtomobili ilə hərəkətdə olarkən “X7” Azərbaycan Respublikası Qanununun tələblərini pozaraq qəza şəraiti yaratmış, nəticədə avtomobil X2 yaşadığı evinin həyətyanı sahəsinə çırpılaraq zərərçəkmiş şəxsə maddi ziyan dəyməsi ilə nəticələnən yol nəqliyyat hadisəsi törətmişdir. İnzibati araşdırma zamanı sürücünün izahatı alınmış, sərxoşluq halının olub-olmaması ilə bağlı aparılan tibbi müayinə nəticəsində Şəxs avtomobili sərxoş vəziyyətdə idarə etdiyi müəyyən edilmişdir. Bundan sonra Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair xx.xx.2024-cü il tarixli, İXP ******* saylı inzibati protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən Şəxs barəsində qanunamüvafiq tədbir görülməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs məhkəmə iclasında bildirmişdir ki, 10 fevral 2024-cü il tarixdə, saat 00:30 radələrində Bakı şəhəri, Qaradağ rayonu, Ələt qəsəbəsi ərazisində hərəkətdə olarkən yol ayrıcında idarə etməni itirərək avtomobili qarşısında olan yaşayış evinin hasarına çırpmışdır. Avtomobilə və hasara maddi ziyan dəymişdir. Hadisə baş verməmişdən qabaq təxminən 2 saat əvvəl pivə içmişdir. Hadisə vaxtı avtomobildə tək olmuşdur. Sonda o, ilk dəfə inzibati məsuliyyətə cəlb edilməsini nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmuş “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, müayinə nəticəsində Şəxs sərxoşluq müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, Şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “X7” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə-qırx manat məbləğində cərimə tətbiq edilir. Həmin Məcəllənin 333.3-cü maddəsinə əsasən bu məcəllənin 333.1-ci maddəsində nəzərdə tutulmuş xəta nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görənəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla yeddi yüz manat məbləğində cərimə edilir və ya nəqliyyat vasitəsini idarə etmək hüququ iki il müddətinə məhdudlaşdırılmaqla işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, on beş gündən bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın Şəxs tərəfindən törədilməsi məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi haqqında” akt, eləcə də inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir. Şəxs əvvəllər inzibati məsuliyyətə cəlb edilməməsi məsuliyyətini yüngülləşdirən hal kimi müəyyən edilir. Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən halın müəyyən edilməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələri ilə təqsirli bilinməli və Azərbaycan Respublikası İXM-nin 34.3-cü maddəsinin tələbi nəzərə alınmaqla sonuncuya İXM-nin 333.3-cü maddəsinin sanksiyasının hədləri daxilində nəqliyyat vasitəsini idarə etmək hüququ məhdudlaşdırılmaqla cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1 və 333.3-cü maddələrilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək nəqliyyat vasitəsini idarə etmək hüququ 02 (iki) il müddətinə məhdudlaşdırılmaqla 700 (yeddi yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-577/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-577/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver