Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-578/2024 13.02.2024 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin icra məmuru X6, X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxxxxx 1980-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-4933/2020 saylı, 12 avqust 2020-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibatı material baxılması üçün məhkəməyə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon icra şöbəsinin icra məmuru X11 protokolu müdafiə edərək bildirmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)- 4933/2020 saylı, 12 avqust 2020-ci il tarixli icra vərəqəsinə əsasən cavabdeh Şəxs 1500 manat dəyərində 26 qram çəkidə, 750 əyyarlı bir ədəd komplekt (sep, sırğa və üzük) kolye, 400 manat dəyərində 7 qram çəkidə 585 əyyarlı bir ədəd qaşlı nişan üzüyü, 600 manat dəyərində 10 qram çəkidə 585 əyyarlı bir ədəd qaşlı gül formalı üzük və sırğa, 600 manat dəyərində hər biri 2 qram çəkidə 585 əyyarlı 3 ədəd fianit qaşlı üzük, 500 manat dəyərində 8 qram çəkidə 585 əyyarlı fantaziya üzük və sırğa, 400 manat dəyərində 6 qram çəkidə 585 əyyarlı tros sep, 300 manat dəyərində, 4,5 qram çəkidə 585 əyyarlı nazik bilərzik, 350 manat dəyərində 5 qram çəkidə 585 əyyarlı ağ-sarı fianit qaşlı aypara klon, 200 manat dəyərində 3 qram çəkidə 585 əyyarlı aypara klon və 800 manat dəyərində 15 qram çəkidə 585 əyyarlı dəst topazdan ibarət qızıl-zinət əşyaları alınaraq iddiaçı X5 verilməsi, həmin əşyaların alınıb verilməsi mümkün olmadıqda onların 5650 manat dəyərinin cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməsi, cavabdeh Şəxs 1400 manat dəyərində yataq dəsti, 400 manat dəyərində qorka, 500 manat dəyərində stol-stullar, 650 manat dəyərində divan və kreslo, 700 manat dəyərində “Nord” markalı soyuducu, 80 manat dəyərində blender, 90 manat dəyərində mikrodalğalı soba, 70 manat dəyərində “Tefal” markalı çaynik dəsti, və 350 manat dəyərində servis dəstinin alınaraq iddiaçı X5 verilməsi, həmin əşyaların alınıb verilməsi mümkün olmadıqda onların 4240 manat dəyəri cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməsi, X2 adına Rusiya Federasiyasında verilmiş “Analıq sərmayesi sertifikatı”nın cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməsi, “Mersedes Benz E240” markalı ** GB *** dövlət qeydiyyat nişanlı minik avtomobilinin 10000 manat dəyərinin ½ hissəsinə iddiaçı X4, ½ hissəsinə cavabdeh X3 payları müəyyən edilərək həmin məbləğin ½ hissəsini təşkil edən 5000 manatı cavabdeh Şəxs alınaraq iddiaçı X5 verilməsi qət edilmişdir. Cavabdehin yuxarıda qeyd olunan əşyalara olan borcundan halhazıradək 4800 manat borcu qalmışdır. O öz izahatında daha sonra göstəmişdir ki, borclu Şəxs 2023-cü ilin yanvar ayından əvvəllər işlədiyi “Azfen” birgə müəssisəsindən işdən çıxmışdır. Buna görə də 2023-cü ilin 04 fevralına qədər borclunun rəsmi iş yerindən başqa onun digər hər hansı bir qazanca və ya gəlirə malik olması barədə icra şöbəsində hər hansı bir məlumat yoxdur. Hal-hazırda borcu yaranmış borcun ödənilməsi üçün heç bir təşəbbüs göstərmədiyindən barəsində İXM-nin 528.1-ci maddəsi ilə 13 fevral 2024-cü il tarixli MN ******* saylı protokol tərtib etmiş və borclunun inzibati məsuliyyətə cəlb olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X7 öz izahatında göstərmişdir ki, Şəxs qeyri-rəsmi elektrik işləri ilə məşğul olmaqla ayda təxminən 1000 manatdan yuxarı gəliri olur. Lakin buna baxmayaraq yaranmış borcunu ödəməkdən imtina edir. Bütün bunları nəzərə alaraq Şəxs barəsində daha ciddi inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, icra vərəqəsindən məlumatı vardır. Bundan başqa iki uşağa görə hər ay 320 manat məbləğində aliment borcunu ödəyir. 10 iyul 2021-ci il tarixdən “Asfen birgə müəssisəsində” fəhlə işləməklə aylıq 720 manat əmək haqqı almış, aldığı əmək haqqının yarıdan çoxunu aybaay aliment borcunun ödənilməsinə yönəltmişdir. Lakin 2023-cü ilin yanvar ayından işdən çıxmış və hal-hazırda fərdi qaydada elektrik işləyir. Bundan başqa yaranmış digər borclarına görə də xeyli miqdarda ödənişlər etmiş və ümumilikdə 3800 manat borcu qalmışdır. Belə ki, bu yaxınlarda borcundan 500 manat ödəniş etmişdir. Qalan borclarını da qısa müddətdə ödəyəcəyinə söz vermişdir. Odur ki, yaranmış borclarını ödəməkdən qəsdən yayınmamasını və icra məmurunun çağırışlarına vaxtı-vaxtında gəlməsinin nəzərə alınaraq inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Tərtib edilmiş inzibati protokoldan, iş materiallarından, borclunun və icra məmurunun izahatlarından aydın olur ki, Şəxs yaranmış borcundan xəbəri olsa da heç bir üzrlü səbəb olmadan icra sənədini uzun müddətdir ki, icra etməmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ rayon Məhkəməsinin 3(002)-171/2022 saylı, 01 fevral 2022-ci il tarixli qərarından aydın olur ki, Şəxs yuxarıda qeyd olunan icra vərəqəsini üzürlü səbəb olmadan icra etmədiyinə görə barəsində İXM-nin 528.1-ci maddəsi ilə tərtib edilmiş protokol özünün və tələbkarın iştirakı ilə məhkəmədə baxılmışdır. Məhkəmə həmin vaxt borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmamasını, borcudan kifayət qədər ödənişlər etməsini və eləcə də borclu tərəfindən yaranmış borclarını qısa müddətdə tam ödəyəcəyinə söz verməsini nəzərə alaraq barəsində başlanmış inzibati xəta haqqında icraata xitam verilmişdir. Lakin həmin vaxtdan bir ildən artıq müddət keçməsinə baxmayaraq borclu tərəfindən yaranmış borcunun tam ödənilməməsi onun əməlində inzibati xəta tərkibinin olduğunu göstərir. Beləliklə də Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi tərəflərin izahatları, inzibati xəta haqqında tərtib edilmiş 13 fevral 2024-cü il tarixli, MN ******* saylı protokolla və işin digər halları ilə tam təsdiq olunur. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə qərarlarını üzürsüz səbəbdən icara etməmək və icra məmurunun qanuni tələblərinə tabe olmamaq inzibatı məsulliyyət yaradır. İnzibati Xətalar Məcəllənin İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qayda təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-578/2024
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-578/2024
13.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver