Məhkəmə qərarları › İş №3(002)-580/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-580/2025

14.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-580/2025 14.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Şikayət vermiş şəxs X2 iştirakı ilə, Azərbaycan Respublikası DİN-in Qaradağ rayon DYPŞ-nın yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 02 aprel 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X4 tərəfindən verilmiş şikayətə Qaradağ rayon Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X4 ərizə ilə Qaradağ Rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən tərtib edilmiş 02 aprel 2025-ci il tarixli, TP ******* saylı qərarın ləğv edilməsi və əməlimdə inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Qaradağ rayon DYPŞ yol patrul Xidməti İnspektoru polis serlantı X3 tərəfindən tərtib edilmiş 02 aprel 2025-ci il tarixli TP ******* saylı qərarla o, İXM-nin 329.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyimə görə 30 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəmdə qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, xx.xx.2025-ci il tarixdə, saat 04:57-də Bakı şəhəri, Lökbatan qəsəbəsi "Binə" Ticarət Mərkəzinin qarşısında "HYUNDAİ ELANTRA MİNİK" markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən dövlət yol polis əməkdaşları tərəfindən saxlanılmış və əsasız olaraq nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında da qərar qəbul edilərək cərimə edilmişdir. Göründüyü kimi o, qaranlıq vaxtı avtomobili idarə etmiş və həmin vaxtı da işıqlardan istifadə etmişdir. Onun avtomobilində heç bir qanunsuz işıqdan istifadə edilməmiş və o, heç bir qanun pozuntusuna yol verməmişdir. Saxlanılrakən uzaq vuran işıq cihazlarından istifadə etmədiyini polis əməkdaşına bildirmişdir. O da onun uzaq vuran işıq cihazlarından istifadə etmədiyimi təsdiq etmişdir. Əgər uzaq vuran işıqdan istifadə etməmişdir ki, hansı inzibati xətanı töətdiyini soruşduqda isə heç bir izah vermədən əsassız olaraq barəsində qeyd olunan qərarı qəbul etmişdir. Barəsində tərtib edilmiş qərar düzgün tərtib edilməmiş və bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olmaqla ləğv edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsində işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozulması nəzərdə tutulduğu halda mən qanunsuz olaraq heç bir işıq və səs siqnalından istifadə qaydasını pozmamışdır. Protokol tərtib edilərkən axsam saatları olmuş və aydındır ki, həmin vaxt avtomobildə işıq cihazlarını yandırmış, lakin işıqların yandırarkən heç bir qanunsuzluğa yol verməmiş və ǝlavǝ işıqlandırmadan istifadə etməmişdir. Ona qarşı qərəzli olaraq protokol tərtib edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Məcəlləsinin 129.1.3-ci Azərbaycan Respublikası İnzibati Xətalat maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Məhkəmənin iclasında iştirak edən şikayət vermiş şəxs X4 öz izahatında verdiyi şikayəti müdafiə edərək göstərmişdir ki, aşpaz işləməklə hər gün işə səhər erkən saatlarda gedir. xx.xx.2025-ci il tarixdə, saat 04:57-də Bakı şəhəri, Lökbatan qəsəbəsi "Binə" Ticarət Mərkəzinin qarşısında "Hyundai Elantra minik" markalı **-CJ-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən dövlət yol polis əməkdaşları tərəfindən saxlanılmış və əsasız olaraq nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından istifadə qaydalarını pozduğuna görə barəsində protokol tərtib edilmiş və həmin protokol əsasında da qərar qəbul edilərək cərimə edilmişdir. Göründüyü kimi o, qaranlıq vaxtı avtomobili idarə etmiş və həmin vaxtı da işıqlardan istifadə etmişdir. Onun avtomobilində heç bir qanunsuz işıqdan istifadə edilməmiş və o, heç bir qanun pozuntusuna yol verməmişdir. Saxlanılarkən uzaq vuran işıq cihazlarından istifadə etmədiyini polis əməkdaşına bildirmişdir. Polis əməkdaşı da onun uzaq vuran işıq cihazlarından istifadə etmədiyini təsdiq etmişdir. Əgər uzaq vuran işıqdan istifadə etməmişdirsə hansı inzibati xətanı törətdiyini soruşduqda isə heç bir izah vermədən əsassız olaraq barəsində qeyd olunan qərarı qəbul etmişdir. Odur ki, təqsirli olmadığına görə barəsində qəbul edilmiş 02 aprel 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə Qarada RPİ-nin DYPŞ-na rəsmi qaydada məlumat verilməsinə baxmayaraq qeyd olunan təşkilatdan nümayəndə məhkəmə iclasında iştirak etməmiş, bunun səbələri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və iş üzrə materiallar məhkəməyə təqdim edilməmişdir. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, şikayət vermiş şəxsin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, Qaradağ rayon DYPŞ-nın yol patrul xidməti, polis serjantı X3 tərəfindən 02 aprel 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş yenidən baxılması üçün onu qəbul etmiş orqana geri qaytarılmalıdır. Şikayətə əlavə edilmiş 02 aprel 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X4 01 aprel 2025-cü il tarixdə, saat 04:57-də Binə TM-nin qarşısında "Hyundai Elantra” minik markalı, ** CJ *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən işıq cihazlarından və səs siqnallarından istifadə qaydalarını pozmağa görə 02 aprel 2025-ci il tarixli, İXP ******* saylı protokola əsasən İXM 329.3-cü maddəsi ilə təqsirli bilinərək elektron qaydada 30 manat məbləğində cərimə edilmişdir. Şikayətə əlavə edilmiş 02 aprel 2025-ci il tarixli İXP ******* saylı protokol İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri pozulmaqla şəxsin barəsində əsassız tərtib edilməklə inzibati xəta törətməsi ehtimal olunan X1 törətdiyi inzibati pozunutunun nədən ibarət olması (o cümlədən inzibati xətanın törədildiyi yer, vaxt və bu xətanın mahiyyəti, protokol qəbul edilərkən şəxsin iştirak edib-etməməsi, onun hüquq və vəzifələrinin izah edilməsi, inzibati xətanın törədilməsinin hansı sübutlarla müəyyən edilməsi, maddi sübutların olub-olmaması, həmin maddi sübutların qablaşdırılaraq götürülüb-götürülməməsi və sair bir çox halları) müəyyən edilməmişdir. Odur ki, məhkəmə araşdırması zamanı qeyd olunan inzibati pozuntunun X4 tərəfindən törədilməsi öz təsdiqini tapmamışdır. Bundan başqa Qaradağ RPİ-nin DYPŞ-na qanunvericilikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndə məhkəmə iclasına gəlməmiş və iş üçün xüsusi əhəmiyyətə malik olan, habelə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin irəli sürdüyü dəlil və faktları təkzib edəcək hər hansı sübutu məhkəməyə təqdim etməmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar aşağıdakılardır: 135.1.1 hakimin, səlahiyyətli orqanın (vəzifəl işəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması; 135.1.6. bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X2 pozulmuş hüquqlarının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikası DİN-in Qaradağ rayon DYPŞ-nın yol patrul xidməti inspektoru, polis serjantı X3 tərəfindən qəbul edilmiş 02 aprel 2025-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli, işin halları hərtərəfli, tam və obyektiv araşdırılmadığından İnzibati Xətalar Məcəlləsinin tələbləri nəzərə alınmaqla iş materialları yenidən baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılmalıdır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikasının İXM-nin 128, 129, 133-137 ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. X2 Azərbaycan Respublikası İXM-nin 329.3-cü maddəsinə əsasən inzibati tənbeh edilməsinə dair 02 aprel 2025-cü il tarixli, TP ******* saylı qərar ləğv edilsin və inzibati xəta haqqında iş yenidən araşdırılıb baxılması üçün müvafiq səlahiyyətli orqana geri qaytarılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar