Məhkəmə qərarları › İş №3(002)-583/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-583/2022

09.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-583/2022 09.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1, Şikayət vermiş şəxs X7, Qaradağ RPİ-nin DYPŞ-nın YNH baş inspektoru, polis leytenantı X2 iştrakları ilə, X5, Qaradağ RPİ-nin DYPŞ-nın YNH baş inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 14 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan X9 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Qaradağ RPİ-nin DYPŞ-nın YNH baş inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 14 may 2022-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. İş materiallarına əlavə edilmiş Qaradağ RPİ-nin YNH baş inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 14 may 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 14 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X9 08 may 2022-ci il tarixdə, saat 16:42 radələrində idarə etdiyi “VAZ 2107” minik markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 3 ünvanında nəqliyyat vasitəsini idarə edərkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçməyə görə Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərini pozmuş və buna görə də 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə iclasında iştirak edən X9 öz izahatında şikayətini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri Qaradağ rayonu DYPŞ-nın polis leytenantı X6 tərəfindən 14 may 2022-ci il ci il tarixli TP ******* saylı qərar qəbil edilərək o İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 60 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, guya o, 08.05.2022-ci il tarixdə saat 16:42-də idarə etdiyi “VAZ 2107 minik” markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomaşınla hərəkət edərkən yol hərəkəti qaydalarını pozmuşdur. Bildirmişdir ki, o heç bir qayda pozuntusu etməmiş, bu barədə görüntü olmasını istəsə də ona heç bir görüntü göstərilməmişdir. Onun barəsində protokol tərtib edilməsindən xəbəri olmamışdır. O, avtomobili idarə edərkən heç bir qanunsuzluğa yol verməsə də barəsində əsassız olaraq İXM-nin 327.2-ci maddəsi ilə cərimə olunmağına dair qərar qəbul etmişlər. Bu səbəbdən də barəsində tərtib edilmiş qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən sikavət - sikavət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Odur ki, Qaradağ RPİ-nin DYPŞ-nın YNH baş inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 14 may 2022-ci il tarixli TP ******* nömrəli tənbeh vermə haqqında qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nın YNH baş inspektoru, polis leytenantı X4 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, X9 08 may 2022ci il tarixdə, saat 16:42 radələrində idarə etdiyi “VAZ 2107” minik markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 4 ünvanında hərəkət edərkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçmə qaydasını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmışdır. Bu zaman geriyə dönmə edən “BMW” markalı avtomaşınla əks istiqamətdə toqquşmuşdur. Bununla da o, X12 Qanunun 42-ci maddəsinin, V bəndinin tələbini pozmuşdur. Hadisə ilə bağlı tərəfindən araşdırma aparılmış, inzibati xəta törədən şəxsin iştirakı ilə videogörüntüyə dəfələrlə baxış keçirilmiş, İXM-nin 327.2-ci maddəsinin tələblərinə uyğun protokol tərtib edilərək, şəxsin hüquq və vəzifələri izah edilməklə, qərar qəbul edilmiş və X9 60 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan inzibati pozuntu ilə əlaqədar video görüntü məhkəməyə təqdim edilmişdir. Məhkəmə, şikayəti, iş materiallarını və tərəflərin izahatını dinləyərək hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 14 may 2022-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokoldan və 14 may 2022-ci il atrixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X9 həmin gün 16:42 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsində 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçmə qaydasını pozaraq İXM-nin 327.2ci maddəsinə əsasən 60 manat məbləğində cərimə edilmişdir. Məhkəmə araşdırması zamanı tərəflərin iştirakı ilə qeyd olunan inzibati pozuntunu özündə əks etdirən video görüntüyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, X9 08 may 2022-ci il tarixdə, saat 16:42 radələrində idarə etdiyi “VAZ 2107” minik markalı ** KN *** dövlət qeydiyyat nişanlı avtomaşınla ünvan 4 ünvanında hərəkət edərkən 1.1, 1.3 və 1.11 üfiqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək maneəni kənardan keçmə qaydasını pozaraq əks istiqamətli hərəkət zolağına çıxmışdır. Bu zaman geriyə dönmə edən “BMW” markalı avtomaşınla əks istiqamətdə toqquşmuşdur. İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsinin tələbinə əsaəsn svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə altmış manat məbləğində cərimə edilir. “X12 Qanun”un 42-ci maddəsinin, V bəndinə əsasən sürücü yerdəyişmə zamanı hərəkət istiqamətini dəyişmədən eyni səmtə gedən nəqliyyat vasitələrinə yol verməlidir. Eyni səmtə gedən nəqliyyat vasitələri yerdəyişməni eyni vaxtda edirlərsə, onda sürücü özündən sağdakı nəqliyyat vasitəsinə yol verməlidir. Məhkəmə baxışı zaman şikayətçi X9 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 Qaradağ RPİ-nin DYPŞ-nın YNH baş inspektoru, polis leytenantı X4 tərəfindən tərtib edilmiş 14 may 2022-ci il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar