Məhkəmə qərarları › İş №3(002)-586/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-586/2022

14.06.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-586/2022 14.06.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi Mustafayeva Sevda Bahaddin qızının katibliyi ilə, Şəxs MMC-nin barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən Azərbaycan Respublikasının Mərkəzi Bankından daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Məhkəməyə təqdim edilmiş 10 may 2022-ci il tarixli EP ******* nömrəli inzibati xəta haqqında protokoldan və ona əlavə olumuş sənədlərdən aydın olur ki, Bakı şəhəri, Qaradağ rayonu, Müşfiqabad ştq, ev 1, mənzil 11-də fəaliyyət göstərən Şəxs MMC 7200000.00 (yeddi milyon iki yüz min) Rusiya rublu məbləğində olan vəsaiti 30 aprel 2020ci il tarixdə xaricə köçürmüş və 02 (iki) il müddət keçsə də, 7200000.00 (yeddi milyon iki yüz min) Rusiya rublu məbləğində vəsait hesabına alınan malları (xidmətləri) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. İnzibati xəta 01 may 2022-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Buna görə də Şəxs MMC barəsində İXM-nin 430.4-cü maddəsinə əsasən inzibati protokol tərtib edilmişdir. Qanunvericlikdə nəzərdə tutulmuş qaydada məlumatlandırılmasına baxmayaraq Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikasının Mərkəzi Bankının və barəsində inzibati icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarını nəzərdən keçirib hesab edirəm ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 % (iyirmi faizi) məbləğində cərimə edilməlidir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci, 114-115, 117 və 152.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş 7200000.00 (yeddi milyon iki yüz min) Rusiya rublu valyuta vəsaiti məbləğinin 20 faizi həcmində, yəni ******* (bir milyon dörd yüz qırx min) Rusiya rublu miqdarında (ödənildiyi zaman Azərbaycan manatına olan məzənnə ilə) cərimə edilsin. Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar