Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-588/2021 22.04.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Həsənov İslam Telman oğlunun sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxs Şəxs iştirakları ilə, xx xxx 1972-ci il tarixdə Ermənistan Respublikası, Quqark rayonu, Arçut kəndində doğlulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, ünvan 1 qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ rayon İcra və Probasiya şöbəsindən daxil olmuş xx.xx.2021-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri 45 saylı notariat ofisinin 2418 nömrəli, xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən tələbkar Bank of Baku ASC-nin xeyrinə borclu Şəxs BF/10117/72 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3668 manat 82 qəpik tutulması, bundan əlavə borclu Şəxs tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 3688 manat 82 qəpik pul tutulması qeyd olunmuşdur. İcra sənədi şöbənin icraatına daxil olmuş və icraata başlamaq haqqında qərar qəbul edilərək, icra sənədinin könüllü icra edilməsi üçün borclunun ünvanına, məlumat üçün isə icraata başlamaq haqqında qərarın surəti tələbkarların ünvanına və məhkəməyə göndərilmişdir. Məhkəmə qərarını könüllü icra etmədiyinə görə borclunun əmlak vəziyyətinin müəyyən edilməsi məqsədilə müvafiq orqanlara sorğular edilmiş, borclunun adına hər-hansı əmlak aşkar edilməmiş və gəliri müəyyən edilməmişdir. Borclu şöbəyə gəlmədiyindən borclunun yaşadığı Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, massiv 3, ev 78 ünvanında ünvana baş çəkmişlər, lakin müəyyən olunmuşdur ki, o, həmin ünvanda yaşamır. Borclunun olduğu yer müəyyən olunmadığından barəsində xx xxxxx 2021-ci il tarixdə axtarış elan edilmiş və icra olunması üçün qərarın surəti aidiyyəti orqana göndərilmişdir. Borclu xx xxxxx 2021-ci il tarixdə könüllü olaraq icra şöbəsinə gəlmiş və həmin tarixdə izahatı alınmışdır. Borclu Şəxs izahatında maddi imkanı aşağı olduğundan icra sənədini icra edə bilmədiyini bildirmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə bağlı öhdəliyini icra etməsi izah olunmuş, lakin buna baxmayaraq o öhdəliyini könüllü icra etməmişdir. Bununla da borclu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Bakı şəhəri Qaradağ rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə etdiyini qeyd etdib izahatında bildirmişdir ki, qeyd olunan icra sənədi üzrə borclu tərəfindən bu günə kimi hər hansı müsbət addım atılmamışdır. İcra sənədinin icrası ilə bağlı aidiyyətı orqanlara sorğular edilmişdir. Sorğuya cavablara əsasən borcluya dair hər hansı gəlir və əmlak müəyyən edilməmişdir. Borclunun olduğu yer müəyyən olunmadığından barəsində xx xxxxx 2021-ci il tarixdə axtarış elan edilmiş və icra olunması üçün qərarın surəti aidiyyəti orqana göndərilmişdir. Borclu xx xxxxx 2021-ci il tarixdə könüllü olaraq icra şöbəsinə gəlmiş və həmin tarixdə izahatı alınmışdır. Borclu Şəxs izahatında maddi imkanı aşağı olduğundan icra sənədini icra edə bilmədiyini bildirmişdir. Borclu Şəxs icra sənədinin icrası ilə bağlı öhdəliyini icra etməsi izah olunmuş, lakin buna baxmayaraq o öhdəliyini könüllü icra etməmişdir. Görülmüş icra tədbirləri nəticə vermədiyindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuş və baxılması üçün Bakı şəhər Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, Bakı şəhəri 45 saylı notariat ofisinin 2418 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədindən xəbəri xəbərdardır və həmin borcunu işsiz və maddi imkanı aşağı olduğundan ödəmək iqtidarında olmamışdır. İşlə bağlı bir neçə yerə müraciət etsə də, lakin müsbət cavab ala bilməmişdir. Bununla belə, gələcəkdə işlə təmin olunaraq maddi vəziyyətini düzəldib borc məbləğini qaytaracaqdır. Borcunu ödəməkdən yayınmaq niyyəti yoxdur. Barəsində axtarış verilməsindən xəbəri yalnız polis əməkdaşı ona telefon vasitəsilə bildirdikdə bu barədə məlumatı olmuşdur. Göstərilənləri nəzərə alınaraq məhkəmədən barəsində qanuni qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı şəhəri 45 saylı notariat ofisinin 2418 nömrəli, xx.xx.2020-ci il tarixli icra qeydinə əsasən tələbkar Bank of Baku ASC-nin xeyrinə borclu Şəxs BF/10117/72 nömrəli müqaviləyə əsasən müddət üçün vaxtında ödənilməmiş 3668 manat 82 qəpik tutulması, bundan əlavə borclu Şəxs tələbkar tərəfindən ödənilmiş 20 manat 00 qəpik məbləğində dövlət rüsumu olmaqla cəmi 3688 manat 82 qəpik pul tutulması qeyd olunmuşdur. İcraata başlamaq haqqında xx xxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri 45 saylı notariat ofisinin 2418 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə icraata başlanılmış və icraata başlanması haqqında qərar dərhal icra olunması üçün bildirişlə borclu X1 göndərilmişdir. Borclunun axtarışı haqqında xx xxxxx 2021-ci il tarixli qərardan görünür ki, Şəxs barəsində axtarış elan edilmiş qərar icra edilməsi üçün Qaradağ rayon Polis İdarəsinə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir; Qeyd olunan maddənin tələbindən göründüyü kimi, İXM-in 528.1-ci maddəsində nəzərdə inzibati məsuliyyət icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə yaranır. Məhkəmə baxışı zamanı müəyyən olunmuşdur ki, borclu Şəxs rəsmi iş yerinin, adına hər hansı daşınmaz və daşınar əmlakın və gəlirinin olması, həmçinin icra məmuru tərəfindən borclu Şəxs işlə təmin olunması barədə təklifi iş materialları ilə müəyyən olunmur və məhkəmə baxışı zamanı bununla bağlı hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olduğu təqdirdə məhkəmə qeyd edir ki, borclu tərəfindən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi halı istisna olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Belə ki, yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən İXM-lə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 75-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərin icraatı üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 53.0.2-ci maddəsinin tələbinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir; 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, şəxs Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 48-51, 53, 114, 115, 128-130-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs hərəkətlərində inzibati xəta tərkibi olmadığından, barəsində Qaradağ rayon İcra şöbəsinin icra məmuru X3 tərəfindən tərtib olunmuş xx.xx.2021-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 129-cu maddəsində müəyyən edilmiş qaydada Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: İslam Həsənov
Məhkəmə qərarları › İş №3(002)-588/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-588/2021
22.04.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver