Məhkəmə qərarları › İş №3(002)-588/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-588/2025

17.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-588/2025 17.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızınun katibliyi, Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X1, Şikayət vermiş şəxs X2 iştrakları ilə, X2, DİN-in BDYPİ-nin X6 tərəfindən qəbul edilmiş 15 fevral 2025-cü il tarixli, EQ 26112198 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: ünvan 1 ünvanında yaşayan X5 şikayətlə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin DYPİ-nin İnformasiya Sistemində aşkar edilmiş qanun pozuntusu barədə tərtib edilmiş 15 fevral 2025-ci il tarixli qərarın ləğv edilərək əməlində inzibati xəta tərkibi olmadığından iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayətdə göstərilmişdir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ X6 üzrə xx.xx.2025-ci il tarixli saylı qərarı ilə o, İXM-nin 328.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətdiyinə görə 200 manat məbləğində cərimə edilmişdir. Qəbul edilmiş qərarla razı deyil, aşağıdakı səbəblərə görə barəsində qəbul edilmiş qərar ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, həmin qərarda qeyd edilir ki, o, xx.xx.2025-ci il tarixdə, saat 12:57-də Bakı şəhər kənar Dairəvi yolda "Chevrolet Equinox minik" markalı **-TF-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 kv/saat həddində aşmağa görə yol hərəkəti qaydalarını pozmuşdur. Bildirmişdir ki, "Chevrolet Equinox minik" markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyətində olsa da həmin vaxtı avtomobili yanında olan oğlu X7 idarə etmişdir. Daxil olmuş video görüntüdən də görünür ki, avtomobil döngəni keçərkən guya surət həddini aşmışdır. Əslində isə həmin ərazidə sürət həddinin aşması mümkün deyildir və bu hadisə törədilməsinə səbəb ola bilərdi. Həmin avtomobilin sürət həddini aşmaması foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar görünür və heç bir qayda pozuntusuna yol verilməmişdir. Həmin vaxtı avtomobili oğlu idarə etsə də cərimə onun adına gəlmiş və onun bu sistemdən anlayışı olmadığına görə vaxtında müraciət edə bilməmişdir. Əgər video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə avtomobilin surət həddini aşması görünürdüsə həmin vaxt avtomobili idarə edən şəxs də müəyyən edilə və onun ünvanına cərimə göndərilə bilərdi. Lakin həmin vaxt avtomobili oğlu idarə etmiş və bu hazırkı texniki vasitələrinin köməyi ilə də müəyyən edilə bilər. Bu səbəbdən də barəsində tərtib edilmiş inzibati xəta haqqında qərar əsassız olduğundan ləğv edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.2.-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 6.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatm təmin edilməsi tədbirləri tətbiq edilərkən Qanunvericiliyin tələblərinə əməl olunması yuxarı orqanlarının və vəzifəli şəxslərinin idarə nəzarəti ilə, məhkəmə prokuror nəzarəti ilə və şikayət etmək hüququ ilə təmin edilir. Azərbaycan Respublikası İnzibati Xətalat Məcəlləsinin 129.1.3-ci maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə inzibati xəta haqqında iş üzrə qərardan şikayət verə bilər. Məhkəmə iclasında iştirak edən X5 öz izahatında vermiş olduğu şikayətini müdafiə edərək bildirmişdir ki, "Chevrolet Equinox minik" markalı, **-TF-*** dövlət qeydiyyat nişanlı avtomobil onun mülkiyətində olsa da həmin vaxtı avtomobili yanında olan oğlu X7 idarə etmişdir. Daxil olmuş video görüntüdən də görünür ki, avtomobil döngəni keçərkən guya surət həddini aşmışdır. Əslində isə həmin ərazidə sürət həddinin aşması mümkün deyildir və bu hadisə törədilməsinə səbəb ola bilərdi. Həmin avtomobilin sürət həddini aşmaması foto və video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə aşkar görünür və heç bir qayda pozuntusuna yol verilməmişdir. Həmin vaxtı avtomobili oğlu idarə etsə də cərimə onun adına gəlmiş və onun bu sistemdən anlayışı olmadığına görə vaxtında müraciət edə bilməmişdir. Əgər video qeydiyyat funksiyasına malik xüsusi texniki vasitənin köməyi ilə avtomobilin surət həddini aşması görünürdüsə həmin vaxt avtomobili idarə edən şəxs də müəyyən edilə və onun ünvanına cərimə göndərilə bilərdi. Eləcə də həmin ərazidə heç bir stasionar post olmamaqla yol polsinin gizli müşahidə aparması qanunsuzdur. Odur ki, 15 fevral 2025-cü il tarixli, EQ 26112198 saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin DYPŞ-nin YNH üzrə baş inspektoru, polis baş leytenantı X4 öz izahatında şikayəti qəbul etməyərək bildirmişdir ki, X5 15 fevral 2025-cü il tarixdə, saat 12:57-də Bakı şəhəri, kənar dairəvi yol, 4 GPS; 40,3682, 49,7819 Xocasən yolu ünvanında idarə etdiyi "Chevrolet Equinox minik" markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmışdır. Bu pozuntu həmin vaxtı qeyd olunan ərazidə xidmət aparan “İ-patrul” sistemi ilə təchiz edilmiş xidməti avtomobillə avtomatik qeydə alınmışdır. Eləcə də həmin ərazidə xidməti avtomobilin gizlənməsi üçün heç bir süni və ya təbii şərait mövcud deyildir. Bununla da sürücü İXM-nın 328.3-cü maddəsinin tələblərini pozmuşdur. O öz izahatında daha sonra göstərmişdir ki, qeyd olunan avtomobil şikayətçi X3 məxsus olmaqla həmin avtomobilin qeyd olunan hadisə vaxtı istər oğlu, istərsə də digər şəxs tərəfindən idarə edilməsinə dair informasiya sistemində heç bir məlumat mövcud deyildir. Qeyd olunan hadisə vaxtı avtomobili həqiqətən də kənar şəxs idarə etmişdirsə avtomobilin sahibi və avtomobili idarə etmiş şəxs birlikdə DİN-in BDYPİnə müraciət etməli və müvafiq araşdırmadan sonra fakt öz təsdiqini taparsa onda protokol həmin şəxs barəsində tərtib edilə bilər. Odur ki, şikayətin təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyərək, şikayəti, iş materiallarını araşdıraraq, hadisənin görüntüsünü əks etdirən videogörüntüyə və fotoşəkillərə baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 15 fevral 2025-cü il tarixli, EQ 26112198 saylı inzibati tənbeh vermə haqqında qərardan aydın olur ki, X5 15 fevral 2025-cü il tarixdə, saat 12:57-də Bakı şəhəri, kənar dairəvi yol, 4 GPS; 40,3682, 49,7819 Xocasən yolu ünvanında idarə etdiyi "Chevrolet Equinox minik" markalı, ** TF *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşdığına görə İXM-nın 328.3-cü maddəsinin tələblərini pozmuş və 200 manat məbləğində cərimə edilmişdir. İnzibati Xətalar Məcəlləsinin 328.3-cü maddəsinin tələbinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 41-60 km/saat həddində aşmağa görə iki yüz manat məbləğində cərimə edilir. Məhkəmə baxışı zaman şikayətçi X5 öz etirazının əsası kimi istinad etdiyi hallara dair məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. O cümlədən şikayət araşdırılarkən onun təqsirsiz olmasına dair hər hansı bir mötəbər sübut da aşkar edilməmişdir. Azərbaycan Respublikası İXM-nin 134.1.1-ci maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılan zaman qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İXM-in 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 DİN-in BDYPİ-nin X6 tərəfindən qəbul edilmiş 15 fevral 2025-cü il tarixli, EQ 26112198 saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət təmin edilməsin. Qərardan, onun surətinin rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar