Məhkəmə qərarları › İş №3(002)-59/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərardad — İş №3(002)-59/2022

10.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(002)-59/2022 10.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Mən, Qaradağ Rayon Məhkəməsinin hakimi Teymur Əhməd oğlu Qurbanov Şəxs barəsində Qaradağ Rayon İcra Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə daxil olmuş materialları nəzərdən keçirib, m ü ə y y ə n e t d i m: Şəxs barəsində Qaradağ Rayon İcra Şöbəsindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə 3(002)-58/2022 saylı və 3(002)-59/2022 saylı inzibati materiallar daxil olmuşdur. İnzibati xəta haqqında işin baxılması Qaradağ Rayon Məhkəməsinə aid olmaqla icraata götürülmüşdür. Azərbaycan Respublikasının İXM-nin 34.2-ci maddəsinə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-58/2022 saylı və 3(002)-59/2022 saylı materialları üzrə icraat bir icraatda birləşdirilməli, qeyd olunan inzibati xəta haqqında işlərə 3(002)- 58/2022 nömrəli material üzrə icraat olaraq eyni vaxtda baxılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 109 və 112-ci maddələrini rəhbər tutaraq qəraraaldım: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 3(002)-58/2022 saylı və 3(002)-59/2022 saylı materialları üzrə icraat 3(002)-58/2022 saylı iş nömrəsi altında bir icraatda birləşdirilsin. Hakim: Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar