Məhkəmə qərarları › İş №3(002)-592/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-592/2022

23.11.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-592/2022 23.11.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsi Təhqiqat şöbəsinin təhqiqatçısı X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs direktoru X6, Şəxs etibarnamə üzrə nümayəndəsi X2, Şəxs vəkili X3 iştirakları ilə, Şəxs bundan sonra - (Şəxs MMC) Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala Qaradağ Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati xəta törətməsinə dair material daxil olmuşdur. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında iş üzrə 00100-0606/22 saylı, 17 may 2022-ci il tarixli protokoldan görünür ki, Çin Xalq Respublikasından Bakı şəhəri, Sabunçu rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin adına 50D39710/50D39810 nömrəli yük nəqliyyat vasitəsində, CİCU2791988 nömrəli konteynerlə MT2111-17A nömrəli xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********8459 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə xx.xx.2022-ci il tarixdə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolu 57-ci km ünvanında yerləşən “Xocasən” gömrük terminalında baxış keçirilən zaman gömrük bəyannaməsinin 1-ci mal mövqeyində bəyan edilmiş netto çəkisi 2000 kq olan “qurudulmuş papayya çubuqları” yükünün nəqliyyat vasitəsinin yük yerində olmadığı, həmin yükün əvəzinə gömrük orqanına bəyan edilməyən netto çəkisi 2000 kq olan “qurudulmuş zəncəfil dilimləri” yükü aşkar edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə görə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi inzibati xəta tərkibi yaradır. Araşdırma zamanı inzibati xətanın bilavasitə obyekti olan netto çəkisi 2000 kq qablaşdırma qutularının üzərində “X11” sözləri yazılmış “qurudulmuş zəncəfil dilimləri” yükünün hər birinin ayrı-ayrılıqda və ümumilikdə xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin öyrənilməsi üçün xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından “əmtəəşünaslıq” ekspertizasının təyin edilməsi haqqında qərardada əsasən 1400-013/0xx-xx/001800 nömrəli xx.xx.2022-ci il tarixli məktubla Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilmiş, həmin Mərkəzin 9/2154 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş şəkərlənmiş zəncəfil qurusunun 1 kq-nın xx.xx.2022-ci il tarixə orta bazar qiymətinin təxminən 18,00 manat, ümumilikdə 2000 kq-nın qiymətinin isə 36000,00 manat olduğu müəyyən edilmişdir. Beləliklə, ümumilikdə orta bazar qiyməti 36000,00 manat olan 2000 kq “qurudulmuş zəncəfil dilimləri” yükünün gömrük ərazisinə bəyan edilməməklə gətirilməsi faktına görə Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/2154 nömrəli xx.xx.2022-ci il tarixli ekspert rəyindən narazı qalan Şəxs MMC-nin direktoru X9 01 iyun 2022-ci il tarixdə keçirilən məhkəmə iclasında vəsatət təqdim edərək, təkrar ekspertiza keçirilməsini və ekspertizanın müstəqil ekspertlərə həvalə olunmasını xahiş etmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli, 3(002)-592/2022 nömrəli qərarından görünür ki, ekspertizanın keçirilməsi "xxxx" MMC-yə həvalə olunmuşdur. "xxxx" MMC hüquq və qiymətləndirmə şirkətinin LF 18 nömrəli, 10 iyun 2022-ci il tarixli daşınar əmlakın qiyətləndirilməsi barədə mütəxəssis rəyindən görünür ki, “aparılan araşdırmalar və təhlillərə əsasən netto çəkisi 2000 kq olan, qablaşdırma qutularının üzərində “X11” sözləri yazılmış qurudulmuş zəncəfil dilimləri yükünün 01(bir) kiloqramının və ümumilikdə 2000(iki min) kiloqramının 15 mart 2022-ci il tarixə orta bazar dəyəri 01 kq=9.22 (doqquz) manat, 0,22 qəpik, ümumilikdə 2000 ( iki min ) kiloqramının orta bazar dəyəri 2000,0=18440,0 ( on səkkiz min dörd yüz qırx) manat təşkil edir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 3(002)-592/2022 nömrəli qərarından görünür ki, Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək inzibati xətanın bilavasitə obyekti olmuş malların ümumi dəyəri olan 18440 (on səkkiz min dörd yüz qırx) manatın 40% (qırx faizi) həddində, yəni 7376 (yeddi min üç yüz yetmiş altı) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 3(002)- 592/2022 nömrəli qərarından apellyasiya şikayəti verilmiş və Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 3(103)-1845/2022 saylı qərarı ilə şikayət qismən təmin edilmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 21 iyun 2022-ci il tarixli, 3(002)- 592/2022 nömrəli qərarı ləğv edilmiş və inzibati xəta haqqında iş yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 07 sentyabr 2022-ci il tarixli, 3(002)- 592/2022 nömrəli qərarından görünür ki, gömrük ərazisinə gətirilən malların sövdələşmə qiyməti ilə gömrük dəyərinin müəyyən edilməsi üçün məhkəmə əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən məhkəməyə təqdim edilmiş 25 oktyabr 2022-ci il tarixli, 9/6684 saylı rəyində göstərilir ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli, **********3031 nömrəli gömrük bəyannaməsində göstərilən məlumata əsasən, qablaşdırma qutularının üzərində “X11” sözləri yazılan (qurudulmuş doğranmış zəncəfil qurusunun) gömrük xərcləri əlavə edilməklə 1 kq-nın qiyməti 10.40 (on manat qırx qəpik), 2000 kq-nın isə 20800,0 (iyirmi min səkkiz yüz) manat müəyyən olunur. Qeyd: yuxarıda qeyd edilən zəncəfil qurusunun qiyməti hesablanarkən bəyannamədə göstərilən gömrük və statistik dəyərdə istifadə edilmişdir. Məhkəmə iclasında iştirak edən Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin təhqiqat şöbəsinin təhqiqatçısı X4 ekspertizanın rəyinə etiraz etmədiyini bildirərək Şəxs MMC-nin barəsində müvafiq qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs direktoru X9 ekspertizanın rəyinə etiraz etmədiyini bildirərək Şəxs MMC-nin barəsində qanunamüvafiq qərarın qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs vəkili X5 məhkəmədən təmsil etdiyi hüquqi şəxsin barəsində yüngül tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Azərbaycan Respublikası İXM-nin 4-cü maddəsinə əsasən, bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Həmin Məcəllənin 6.1-ci maddəsinə əsasən, inzibati xətalara görə inzibati tənbeh həmin Məcəlləyə uyğun olaraq tətbiq edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, İnzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən Hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda - inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Məhkəmə iş üzrə tərəflərin izahatlarını dinləyib, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən Şəxs MMC barəsində daxil olmuş 00100-0606/22 saylı, 17 may 2022-ci il tarixli inzibati xəta haqqında protokolu, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 25 oktyabr 2022-ci il tarixli, 9/6684 nömrəli ekspert rəyini və inzibati material üzrə araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi araşdırılmış sübutlarla öz təsdiqini tapır. Məhkəmə Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların olmadığını nəzərə alıb hesab edir ki, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş tənbeh tətbiq edilməklə, hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malın dəyərinin 40 faizi miqdarında cərimə edilməsi məqsədəmüvafiqdir. Məhkəmə həmçinin hesab edir ki, inzibati iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində vəsait Şəxs MMC-dən tutularaq dövlət büdcəsinə keçirilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 26, 31, 40, 43, 48, 84, 112, 114, 115 və 117 maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli bilinsin və hüquqi şəxs qismində inzibati xətanın bilavasitə obyekti olan malların ümumi dəyəri 20800 manatın 40 faizi həddində, yəni 8320 manat məbləğində cərimə edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti "xxxx" MMC-dən tutularaq dövlət nəfinə keçirilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar