Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-593/2025 08.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, xx.xx.1980-ci il tarixdə Şəmkir rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, evli, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şəxs 07 aprel 2025-ci il tarixdə, saat 17.05 radələrində idarə etdiyi “Toyota Prado” markalı, ** MG *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Qaradağ rayonu, Sənğəçal qəsəbəsində 719 saylı postda saxlanılmış və sənədlərin təqdim edilməsi ilə bağlı polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Qeyd edilənlərə əsasən Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X6 inzibati protokolu müdafiə edərək Şəxs barəsində inzibati tənbeh tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati iş üzrə icraat aparılan Şəxs bildirmişdir ki, 07 aprel 2025-ci il tarixdə idarə etdiyi “Toyota Prado” markalı, ** MG *** dövlət nömrə nişanlı avtomobillə hərəkətdə olarkən Qaradağ rayonu, Sənğəçal qəsəbəsində 719 saylı stasionar postda saxlanılmışdır.Bunun səbəbini soruşduqda ona sosial şəbəkədəyayımladığı videogörüntü ilə bağlı olduğunu bildirmişlər.Belə ki, o inzibati qərardan şkayət vermiş və yol patrul xidməti orqanı tərəfindən onun şikayətinə baxmadıqları üçün aqresiv davranmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYP-nin yol patrul xidməti inspektoru polis baş serjantı X7 bildirmişdir ki, Şəxs 07 aprel 2025-ci il tarixdə yol hərəkəti qaydalarını kobud şəkildə pozduğu üçün Qaradağ rayonu Səngəçal qəsəbəsində yerləşən 719 saylı stasionar posta saxlanılmışdır. Sürücüyə yaxınlaşıb ondan sürücülük vəsiqəsi və nəqliyyat vasitəsinin şəhadətnaməsini tələb etdikdə həmin şəxs sənədləri təqdim etməkdən imtina etmiş və polis əməkdaşlarına qarşı kobudluq etmiş və onların qanuni tələbinə tabe olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş BDYP-nin yol patrul xidməti inspektoru polis baş serjantı X8 eyni məzmunlu izahat verərək X4 dediklərini təsdiq etmişdir. Məhkəmə hesab edir ki, Şəxs tərəfindən inzibati xətanın törədilməsi şahidlərin izahatı və iş materialları ilə tam təsdiq olunur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs xx.xx.2025ci il tarixdə, saat 19.10-da inzibati qaydada tutulmuşdur. Məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs hərəkətləri Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə düzgün tövsif edilmişdir və ona həmin maddədə nəzərdə tutulan inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən inzibati xəta törətmiş Şəxs qarşı inzibati tənbeh tətbiq edilərkən inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Şəxs ilk dəfə inzibati xəta törətməsi məsuliyyətini yüngülləşdirən haldır. Şəxs əməlində məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən məhkəmə inzibati xətanın xarakterini, törədilmə şəraitini nəzərə alaraq, ona cərimə növündə tənbeh verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114-cü, 115-ci, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək Azərbaycan Respublikası İXM-nin 31.4-1-ci maddəsinə əsasən barəsində 100 (yüz) manat məbləğində cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Teymur Qurbanov İş № 3(002)-145/2025 MƏHKƏMƏ İCLASİNİN PROTOKOLU Qaradağ Rayon Məhkəməsi 22 yanvar 2025-ci il Bakı şəhəri Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi ilə, Protokolu tərtib edən şəxs Qaradağ RPİ-nin 11-ci PB-nin sahə inspektoru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs iştirakları ilə, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair materiala Qaradağ Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxılır. Sədrlik edən saat 16:40-da məhkəmə iclasını açır və hansı inzibati xəta haqqında işə baxılmasını elan edir. Sədrlik edən hakimi və məhkəmə iclas katibini elan edir, hakimə və məhkəmə iclas katibinə etirazın olub-olmamasını soruşur. Sədrlik edən: Qurbanov Teymur Əhməd oğlu. Məhkəmə iclas katibi: Rəhimov Arif Rəfail oğlu. Etiraz daxil olmadı. Məhkəmə iclas katibi məruzə edərək bildirir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs, sahə inspektoru və X2 məhkəmə iclasına gəlmişlər. Sədrlik edən məhkəmə nəzarətçisinə X2 müşayiət altında şahidlər üçün otağa aparılması, onun digər şəxslərlə ünsiyyətdə olmasının qarşısının alınması, şahidlər üçün ayrılmış otaqda ləyaqətli şəraitin yaradılması barədə göstərişlər verir. X2 məhkəmə nəzarətçisinin müşayiəti ilə məhkəmə iclas zalını tərk edir. Sədrlik edən proses iştirakçılarının şəxsiyyətlərini müəyyən edir və səlahiyyətini yoxlayır. Barəsində inzibati qaydada icraat aparılan şəxs: Şəxs - 02 fevral 1980-ci il tarixdə Xocalı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ünvan 2 ünvanında qeydiyyatda olan və yaşayan İnzibati protokol tərtib edən şəxs: X11 - Qaradağ Rayon Polis İdarəsinin 10-cu PŞ-nin sahə inspektoru Sədrlik edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə Azərbaycan Respublikası İXM-nin 61-ci maddəsinə əsasən hüquq və vəzifələrini izah edir: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs: - Hüquq və vəzifələrim mənə aydındır. Məhkəmə iclasında hüquqlarımı özüm müdafiə edəcəm. Müdafiəçiyə ehtiyacım yoxdur. Bu imtina mənim maddi vəziyyətimlə bağlı deyil. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs bu barədə öz könüllü yazdığı ərizəni məhkəməyə təqdim edir. Sədrlik edənin s/c barəsində inzibati qaydada icraat aparılan şəxs: - İnzibati protokolla tanış olmuşam. Sədrlik edən proses iştirakçılarından etiraz və vəsatətlərinin olub-olmamasını soruşur. Etiraz və vəsatət daxil olmadı. Sədrlik edən izahat üçün barəsində inzibati qaydada icraat aparılan şəxsə söz verir. Barəsində inzibati qaydada icraat aparılan şəxsin izahatı: - Xocalıda gedən döyüşlərdə qazi olmuşam. Öhdəmdə 2 övladım vardır. Çörək pulu, veteran pulu alıram. xx.xx.2025-ci il tarixdə günorta saatlarında 2 bakal pivə içmişəm. Axşam saatlarında Xocahəsən yolunda polis əməkdaşları tərəfindən içkili olduğum üçün saxlanılmışam və məni şöbəyə dəvət etmişlər. Bundan sonra onlarla birlikdə Polis şöbəsinə getmişəm. Polislərə qarşı müqavimət göstərməmişəm, tabesizlik etməmişəm. Sədrlik edən izahat üçün inzibati protokol tərtib edən şəxsə söz verir. İnzibati protokol tərtib edən sahə inspektoru X9 izahatı: - Şəxs 21 yanvar 2025-ci il tarixdə saat 21:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Bununla əlaqədar olaraq Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulan xx.xx.2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə zalına X2 dəvət olunur. Sədrlik edən şahidin şəxsiyyətinin müəyyən edir. X10 - Qaradağ RPİ-nin X18 yol-patrul xidməti inspektoru Sədrlik edən şahidə Azərbaycan Respublikası İXM-nin 67-ci maddəsində nəzərdə tutulan məsuliyyətinin izah edir və bu haqqda ondan iltizam alır. Şahid həqiqəti və məhkəmədə baxılan cinayət təqibi ilə bağlı ona məlum olan bütün halları məhkəmədə söyləyəcəyinə and içir. X1 izahatı: - Şəxs xx.xx.2025-ci il tarixdə saat 21:30 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Xocahəsən yolunda içkili vəziyyətdə olduğu üçün saxlanılmışdır. Həmin vaxt xidməti zərurətlə əlaqədar inzibati ərazidə olması səbəbilə dərhal həmin şəxsə yaxınlaşaraq özünü təqdim etmişdir və inzibati pozunutunun qarşısını almağa çalışmışdır. Lakin Şəxs onun qanuni tələbinə tabe olmamışdır. Sədrlik edən əlavələrin olub-olmamasını soruşur. Əlavələr daxil olmadı. Məhkəmə müşavirə otağına gedir, qayıtdıqdan sonra qərarı elan edir, qərardan şikayət verilmə qaydasını və müddətini izah edir. Sədrlik edənin sualına cavab olaraq tərəflər hər biri ayrı-ayrılıqda bildirir ki, qərarın məzmunu, qərardan şikayət vermə qaydası, müddəti və iclas protokolu ilə tanış olub öz qeydlərini vermək hüququ onlara aydındır Məhkəmə iclası bağlı elan olunur. Sədrlik edən: Katib: İş № 3(002)-1168/2022 İCRA VƏRƏQƏSİ «12» yanvar 2021-ci il Bakı şəhəri Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə QƏRARA ALDİ: İnzibati xəta törətmiş Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək barəsində 150 (yüz əlli) manat məbləğində cərimə tətbiq edilsin. Qərar 25 yanvar 2021-ci il tarixdə qanuni qüvvəyə minmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Borclunun adı, ünvanı, bankda hesablaşma hesabının №-si Şəxs, 06 mart 1991-ci il tarixdə Bakı şəhəri ünvan 3 ünvanında qeydiyyatda olan və yaşayan Tələbkarın adı, ünvanı, bankda hesablaşma hesabının №-si Dövlət nəfinə İcra vərəqəsi 25 yanvar 2021-ci il tarixdə verilmişdir. Hakim Teymur Qurbanov BAKİ ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Lökbatan qəsəbəsi, Bünyadzadə küçəsi 03, Tel. №: 445-14-16 «25» yanvar 2021-ci il № 3(002)-1168/2022 Qaradağ rayon İcra və Probasiya şöbəsinə Qaradağ Rayon Məhkəməsinin 3(002)-1168/2022 saylı 06 oktyabr 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcra barədə məlumat verməyiniz xahiş olunur. Qoşma: icra vərəqəsi və qərarın surəti Hakim Teymur Qurbanov «25» yanvar 2021-ci il № 3(002)-1168/2022 Qaradağ rayon İcra və Probasiya şöbəsinə Qaradağ Rayon Məhkəməsinin 3(002)-1168/2022 saylı 06 oktyabr 2022-ci il tarixli icra vərəqəsi icra olunması üçün Sizə göndərilir. İcra barədə məlumat verməyiniz xahiş olunur. Qoşma: icra vərəqəsi və qərarın surəti Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-593/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-593/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver