Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-594/2025 01.12.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Hüseynova Günay Nəsimi qızının katibliyi, Qaradağ rayon İcra Şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Müdafiəçi Bakı şəhəri 10 saylı Vəkil Bürosunun vəkili X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, 05 avqust 1987-ci ildə Lənkəran rayonu Veravul kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, deməsinə görə fərdi qaydada avtomobil rəngsazı fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, deməsinə görə ünvan 2 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında audio-video görüntü vasitəsi ilə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 08 aprel 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol baxılması üçün həmin tarixdə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin (hakim Şəfa Dadaşova) 08 aprel 2025-ci il tarixli 3(002)-594/2025 saylı qərarı ilə Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair iş üzrə icraata barəsində inzibati icraat aparılan şəxsin əməlində inzibati xəta tərkibi olmadığından xitam verilmişdir. Həmin qərardan tələbkar Zərərçəkmiş şəxs tərəfindən Apellyasiya şikayəti verilişdir. Bakı Apellyasiya Məhkəməsinin 01 may 2025-ci il tarixli 3(103)-1068/2025 saylı qərarı ilə Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 08 aprel 2025-ci il tarixli, 3(002)-594/2025 saylı qərarı ləğv edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlərdən ibarət olan materiallar yenidən baxılması üçün Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə göndərilmişdir. Həmin material 08 may 2025-ci il tarixdə Qaradağ Rayon Məhkəməsinə daxil olmuş, məhkəmə iclası 16 may 2025-ci il tarixə saat 15:00-a və 26 may 2025-ci il tarixə saat 11:30-a təyin edilməklə məhkəmə iclasının yeri və vaxtı barədə borclu Şəxs rəsmi qaydada məlumat verilmişdir. Lakin borclu Şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat verməmişdir. Odur ki, 26 may 2025-ci il tarixdə borclunun məcburi qaydada Qaradağ Rayon Məhkəməsinə gətirilməsi barədə qərar qəbul edilərək icra olunması üçün Bakı şəhəri Qaradağ RPİ-nin 11-ci PB-nə və Bakı şəhəri Qaradağ rayon İcra Şöbəsinə həvalə edilmişdir. Borclu Şəxs 01 dekabr 2025-ci il tarixdə Qaradağ RPİ-nin 11-ci PB tərəfindən müəyyən edilərək məhkəməyə təqdim edilmişdir. İnzibati xəta haqqında 08 aprel 2025-ci il tarixli, MN ******* saylı protokoldan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(002)-1727/2022 saylı icra sənədinə əsasən borclu ümumilikdə 9584 manat məbləğində aliment borcunu ödənməmiş və icra məmurunun çağırışlarına gəlməmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ Rayon İcra Şöbəsinin icra məmuru X4 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 18 iyul 2022-ci il tarixli, 2(002)-1727/2022 saylı icra vərəqəsinə əsasən cavabdeh Şəxs xx.xx.2008-ci il təvəllüdlü X3 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, hər ay cəmi 386 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməsi qət edilmişdir. Borclu barəsində 08 aprel 2025-ci il tarixdə protokol tərtib edərkən onun 9584 manat aliment borcu olmuşdur. Bundan sonra borclu məhkəmədən və icra məmurunun çağırışlarından yayınıb qaçmış və aliment borcu artaraq bu günə ümumilikdə 12672 manat təşkil etmişdir. Bu gün, yəni 01 dekabr 2025-ci il tarixdə tələbkar məhkəməyə gələrkən bildirmişdir ki, borclu barəsində protokol tərtib edildikdən sonra hissə-hissə olmaqla əlavə 2000 manat ödəniş etmişdir. Buna görə də borclunun hazırki aliment borcu 10672 manat təşkil edir. O öz izahatında daha sonra göstərmişdir ki, borclu sonrakı çağırışlara gəlməkdən boyun qaçırmış, telefon nömrələrini tez-tez dəyişmiş, qaçaraq gizlənmiş, yaşayış yeri məlum olmadığından onun barəsində axtarış elan edilmişdir. Göstərilənlərə əsasən, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs öz izahatında borclunun yaranmış aliment borcundan aprel ayından bəri hissə-hissə olmaqla ümumilikdə 2000 manat ödəniş etdiyini, ödənişlər edərkən onunla əlaqə saxladığını bildirmişdir. Əlaqə saxlayarkən borcluya axtarışda olduğunu, məhkəmə prosesinə gəlməsini, gizlənməməsini xəbərdar etmişdir. Baxmayaraq ki, borclu Şəxs usta olmaqla avtomobillərin rənglənməsi peşəsi ilə məşğul olur və kifayət qədər qazanc əldə edir. Hal-hazırda borclunun 10672 manat aliment borcu vardır. Yaranmış aliment borcunun tam ödənilməsini, bu olmadığı təqdirdə isə borclunun inzibati həbs edilməsini və ağır inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında bildirmişdir ki, yeni ailə qurmuşdur, dörd aylıq övladı var. İşləri yaxşı vəziyyətdə deyil. Lakin o, hər ay maddi vəziyyətinə uyğun şəkildə tələbkara ödənişlər etmişdir. Maddi imkansızlığı səbəbindən aliment ödənişlərini tam yerinə yetirməsə də qərəzli şəkildə ödəməməsi halları baş verməmişdir. Barəsində protokol tərtib edildikdən sonra hissəhissə olmaqla 2000 manat aliment borcundan ödənişlər etmişdir. Mobil telefon nömrəsini dəyişdiyi üçün icra məmuru onunla əlaqə yarada bilməmişdir. Qeydiyyatda olduğu ünvanda anası yaşayır və anası işdə olduğuna görə ünvana gedən bildirişlər ünvana gec çatmışdır. Hal-hazırda ödəniş etməyə imkanı olmasa da, ayda beş yüz manat ödəniş edə biləcəyini bildirərək protokolun təmin olunmamasını məhkəmədən xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törədilməsi tam sübuta yetirilir. İş materiallarında olan Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1727/2022 saylı icra sənədinə əsasən Şəxs xx.xx.2008-ci il təvəllüdlü X6 və xx.xx.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay hər bir uşaq üçün 193 manat olmaqla, hər ay cəmi 386 manat sabit pul məbləğində aliment tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İş materiallarında olan Qaradağ Rayon İcra şöbəsinin xx.xx.2022-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1727/2022 saylı icra sənədi üzrə icraata başlanılmışdır. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(002)-1727/2022 saylı icra sənədinə əsasən ümumilikdə 9584 manat məbləğində aliment borcu ödənilməmiş və borclu icra məmurunun çağırışlarına gəlməmişdir. Göstərilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs bu günə aliment borcu 10672 manat təşkil edir və borclu tərəfindən həmin borcun hal-hazırda ödənilməsi üçün hər hansı bir real təşəbbüs göstərilməmişdir. Bundan başqa məhkəmə araşdırılması zamanı müəyyən edildi ki, borclu Şəxs icra məmurunun çağırışlarından və barəsində aparılan inzibati xəta haqqında iş üzrə icraat zamanı məhkəmənin çağırışından qərəzli olaraq altı aydan artıq müddətdə yayınmış və 01 dekabr 2025-ci il tarixdə polis orqanları tərəfindən məcburi şəkildə məhkəməyə gətirilmişdir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, borclunun qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinin icrasından uzun müddət keçməsinə baxmayaraq qətnaməni icra etməməsi qərəzli yayınma kimi qiymətləndirilməlidir. Hazırki məhkəmə iclasında da borclu, borcun ödənilməsi üçün hər hansı bir formada cəhd belə göstərməmiş və bu barədə məhkəməyə hər hansı inandırıcı heç bir dəlil də gətirməmişdir. Eləcə də məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, borclu icra məmurunun və məhkəmənin çağırışlarına da məhəl qoymamış və uzun müddət yayınmışdır. Buna görə də məhkəmə yuxarıda qeyd olunanları, ödənilməmiş aliment borcunun 10672 manat təşkil etməsini və qeyd olunan icra işi ilə bağlı borclunun icra məmurunun və məhkəmənin çağırışlarından uzun müddət boyun qaçırmasını nəzərə alaraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinib, ona həmin maddənin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs növündə tənbeh tədbirinin tətbiq edilməsi daha qanuni, əsaslı və ədalətlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ:
1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 01 dekabr 2025-ci il tarixdən saat 15:30-dan hesablansın. 3.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ rayon İcra şöbəsinə həvalə edilsin. 4.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.
Sədrlik edən: Rufan Mürsəlov