Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-595/2025 21.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, X1 iştirakı ilə, X2 DİN-in BDYPİ-nin 25 mart 2025-cü il tarixli, EQ 26898531 nömrəli qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinə müraciət edərək DİN-nin BDYPİ-nin 25 mart 2025-ci il tarixli EQ 26898531 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2025-ci il tarixində, 15:01 radələrində etibarnamə əsasında KAMAZ 65115-015-13 YÜK markalı 50EM328 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Qaradağ rayonu, Səngəçal qəsəbəsi Bakı istiqamətində yüklə (mişar daşı) dolu nəqliyyat vasitəsi ilə hərəkətdə olarkən SMSRadar vasitəsi ilə telefonuna Azərbaycan Respublikası İXM-nin 353.2. maddəsi ilə xx.xx.2025-ci il tarixində 600 manat məbləğində cərimə yazılması ilə bağlı sms göndərilmişdir. Cərimə yazılmasına səbəb kimi guya yük maşınında olan yük iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini guya aşdığı göstərilmişdir və həmin nəqliyyat vasitəsində olan yükün (mişar daşı) çəkisi də xx.xx.2025-ci il tarixində guya 28020 kq olduğu qeyd edilərək DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən xx.xx.2025-ci il tarixli EQ26898531 saylı elektron qərar qəbul edilmişdir. Belə ki, nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsindən görünür ki, həmin nəqliyyat vasitəsinin yüksüz kütləsi 9650 kq, maksimal kütlə payı 24800 kq göstərilməsinə baxmayaraq nəqliyyat vasitəsinə icazə verilən maksimum kütlə payı 26000 kq-dır. KAMAZ 65115-015-13 YÜK markalı 50EM328 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsində tara 9650 kq, netto 15990 kq olmuşdur. Ümumilikdə 25640 kq, (xx.xx.2025-ci il tarixli tərəzi qəbzi əlavə olunur.) KAMAZ 65115-015-13 YÜK markalı 50EM328 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə xx.xx.2025-ci il tarixli EQ26898531 saylı elektron qərara görə guya 28020 kq yükləndiyi bildirilmişdir. Yuxarıda qeyd olunanlara əsasən DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26898531 saylı elektron qərarı qanunsuz, əsassız və ədalətsiz olduğundan ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Əlavə olaraq da bildirmişdir ki, KAMAZ 65115-015-13 YÜK markalı 50EM328 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini xx.xx.2022-ci il tarixli etibarnamə ilə idarə edir. Azərbaycan Respublikası İXM-nin 353.2. maddəsinə əsasən İriqabaritli və ya ağır nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametr aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz va artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə fiziki şəxslər manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İXM-nin 353.3-cü maddəsinə əsasən İriqabaritli və ya ağır nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən parametrlərini aşmaqla (eni üzrə 0,15 metr və daha artıq, uzunluğu üzrə 0,20 metr vǝ daha artıq, hündürlüyü üzrə 0,20 metr və daha artıq, icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) yüklənməsinə görə vəzifəli şəxslər min beş yüz manat məbləğində, hüquqi şəxslər dörd min manat məbləğində cərimə edilir. DİN-nin Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsi ilə xx.xx.2025-ci il tarixli EQ26898531 saylı elektron qərar qəbul edilərək 600 manat məbləğində cərimə növü tətbiq edilmişdir. Bu cəriməni qanunsuz və əsassız hesab edir. Belə ki, nəqliyyat vasitəsinə icazə verilən yük üzrə parametrləri aşılmayıb. Buna görə DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2025-ci il tarixli EQ26898531 saylı elektron qərarı ləğv edilməli və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 8.1. maddəsinə əsasən Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikası İXM-nin 8.3. maddəsinə əsasən İnzibati məsuliyyətə olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Respublikası İXM-nin 53.1.1. maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; Azərbaycan Respublikası İXM-nin 53.1.2.maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda; inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata xitam verilir. Azərbaycan Respublikası İXM-nin 75-ci maddəsinə əsasən inzibati xəta hadidəsi (inzibati xəta törədilmişdirmi); inzibati xəta törətmiş şəxs; inzibati xəta törətməkdə şəxsin təqsiri; inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar və işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən sǝbəb və şərait müəyyən edilməli və sübut olunmalıdır. Həmin Məcəllənin 129.1.3. maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hu şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə şikayət vermək hüququ vardır. Həmin Məcəllənin 126.1. maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddasində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. Beləliklə elektron qərarı yuxarıda qeyd etdiyi səbəblərdən qanunsuz, ədalətsiz sayır və hesab edir ki, qərar məhkəmə qaydasında ləğv edilməlidir. Məhkəmə iclasında iştirak edən X3 verdiyi şikayəti müdafiə edərək 24 mart 2025-ci il tarixdə idarə etdiyi KAMAZ 65115-015-13 YÜK markalı 50EM328 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsilə Sabirabad rayonuna daş yükü aparmış, 25 mart 2025-ci il tarixdə isə qum yükləyərək şəhərə gətirmişdir. Gətirdiyi qumun kütləsi 28 ton deyil, 25 ton 640 kq olub. O sms radar bildirişi aldıqdan sonra Qobustan qəsəbəsində yerləşən tərəziyə idarə etdiyi nəqliyyat vasitəsini çıxararaq onun çəkmişdir. Həmin qəbzə əsasən də idraə etdiyi nəqliyyat vasitəsinin yüklə birlikdə çəkisi 25 ton 640 kq olmuşdur. Bununla bağlı qəbzi iş materiallarına əlavə etmişdir. Odur ki, bütün bu qeyd etdiklərinin nəzərə alınaraq DİN-nin BDYPİ-nin 25 mart 2025-cü il tarixli, EQ 26898531 saylı inzibati tənbeh vermə haqqında qərarını ləğv edilməsi və inzibati cərimənin silinməsi haqqında qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin iclasının yeri və vaxtı barədə DİN-in Baş Dövlət Yol Polisi İdarəsinə rəsmi qaydada məlumat verilməsinə baxmayaraq həmin təşkiltdan nümayəndə məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə də məhkəməyə hər hansı bir məlumat verilməmişdir. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət ərizəsinə, həmçinin təqdim olunmuş sübutlara qiymət verərək hesab edir ki, şikayət əsassız olduğundan təmin olunmamalıdır. Belə ki, iş materillarına əlavə edilmiş 25 mart 2025-cü il tarixli, EQ 26898531 nömrəli qərardan aydın olur ki, X3 25 mart 2025-cü il tarixdə saat 15:01-də idarə etdiyi «KAMAZ 65115-015-13» yük markalı ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqamətində iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş və barəsində 600 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materialına əlavə edilmiş Daxili İşlər Nazirliyi BDYPİ tərəfindən təqdim edilmiş kamera görüntülərindən görsənir ki, 25 mart 2025-cü il tarixdə, saat 15:01-də «KAMAZ 65115-015-13 yük» markalı ** EM *** dövlət qeydiyyat nişanlı avtomaşın Bakı şəhəri, Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Ələt istiqamətində tərəzidən keçərkən limit 26000 kiloqram olduğu halda daşıdığı yüklə birlikdə avtomobilin çəkisi 28020 kq olmuşdur. Şikayətçinin iş materiallarına əlavə etdiyi 25 mart 2025-ci il tarixli tərəzi çekinə münasibətdə isə məhkəmə hesab edir ki, həmin sənəd sübut növü kimi qəbul edilə bilməz. Belə ki, məhkəmə baxışı zamanı qeyd olunan yükün çəkilməsini həyata keçirmiş tərəzinin müvafiq sertifikata malik olmaqla qanunvericiliyin tələblərinə uyğun fəaliyyət göstərməsini müəyyən etmək mümkün olmamışdır. Bundan başqa həmin tərəzinin qanunauyğun fəaliyyət göstərməsi sübuta yetirilsə belə yenə də bu hal qərarın ləğv edilməsi üçün əsas ola bilməz. Çünki inzibati xəta hadisəsi baş verdikdən sonra avtomobildə olan yükün miqdarının dəyişdirilməsi halı istisna olunmur. Beləliklə, məhkəmə X2 şikayətinin dəlillərini işdə olan sübutlara əsasən qiymətləndirərək hesab edir ki, şikayət əsassızdır və rədd edilməlidir. Əksinə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X3 25 mart 2025-cü il tarixdə saat 15:01-də idarə etdiyi «KAMAZ 65115-015-13 yük» yük markalı ** EM *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmiş, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. “Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkət edən avtonəqliyyat vasitələrinin icazə verilən qabarit və çəki parametrləri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 iyul 2009-cu il tarixli, № 104 saylı Qərarın 1.3-cü maddəsinə əsasən qabarit və çəki parametrlərini aşan bölünən yüklə yüklənmiş ölkədaxili və beynəlxalq yükdaşımalarını həyata keçirən nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının ümumi istifadədə olan avtomobil yolları ilə hərəkəti qadağandır. Həmin Qərarın 1.8-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmuş yol vergisindən başqa, ümumi istifadədə olan avtomobil yollarında müəyyən olunmuş qabarit və çəki normalarını aşmaqla ölkədaxili və beynəlxalq yük daşımalarını həyata keçirən nəqliyyat vasitələrinə onların avtomobil yolları və yol qurğularına vurduğu ziyana görə bu qərara uyğun olaraq ödənişlər tətbiq edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Beləliklə, məhkəmə hesab edir ki, Daxili İşlər Nazirliyi BDYPİ-nin 25 mart 2025-cü il tarixli, EQ 26898531 nömrəli inzibati xəta tənbeh vermə haqqında qərarı qanuni və əsaslı olduğundan X2 verdiyi şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X2 DİN-in BDYPİ-nin 25 mart 2025-cü il tarixli, EQ 26898531 nömrəli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilməsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-595/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-595/2025
21.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver