Məhkəmə qərarları › İş №3(002)-596/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-596/2022

20.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-596/2022 20.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ rayon icra şöbəsinin böyük icra məmuru X7, X2, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx xxx 1975-ci ildə Salyan rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X11, borclu Şəxs barəsində 20 may 2022-ci il tarixli MN ******* saylı protokol tərtib edərək, Neftçala rayon məhkəməsinin 2(53)-413/2011 saylı, 26 avqust 2011-ci il tarixli və Masallı rayon Məhkəməsinin 2(050)- 1249/15 saylı, 07 avqust 2015-ci il tarixli icra vərəqəsini üzrlü səbəb olmadan icra etmədiyinə görə onun İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X11 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək bildirmişdir ki, Neftçala rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli, 2(53)-413/2011 saylı icra vərəqəsinə əsasən X4 Şəxs Böyükağa oğlundan aliment tələbinə dair iş üzrə Neftçala rayon Məhkəməsinin 16 yanvar 2009-cu il tarixli 2(53)-43/2009 saylı məhkəmə əmri ilə alimentin müəyyən olunmuş miqdarı dəyişdirilmiş, Şəxs 17 aprel 2000-ci ildə doğulmuş Əli və 18 sentyabr 2001-ci ildə doğulmuş Nazənin adlı uşaqların yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay 80 manat sabit pul məbləğində alimentin X4 xeyrinə verilməsi qərara alınmışdır. Bundan başqa Masallı rayon Məhkəməsinin 2(050)-1249/2015 saylı, 07 avqust 2015-ci il tarixli icra vərəqəsinə əsasən 13 may 2015-ci il tarixdən başlayaraq Şəxs 05 dekabr 2008-ci il tarixdə anadan olmuş X12 və 29 oktyabr 2010-cu ildə anadan olmuş X1 üçün uşaqlar yetkinlik yaşına çatanadək hər ay bir uşaq üçün 70 manat olmaqla iki uşaq üçün 140 manat sabit pul məbləğində alimentin X5 xeyrinə tutulması qət edilmişdir. Şəxs Neftçala rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli, 2(53)-413/2011 saylı icra vərəqəsinə əsasən 7080 manat aliment borcundan 6280 manat aliment borcu qalmaqdadır. Masallı rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli 2(050)-1249/2015 saylı icra vərəqəsi üzrə isə 11200 manat aliment borcundan 2000 manat ödəmiş, 9760 manat aliment borcu qalmışdır. Bütün bu halların nəzərə alınaraq borclu Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, borclu Şəxs 2012-ci ilin iyun ayında Rusiya Federasiyasına getmiş və 15 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikasına qayıtmışdır. Borclu Azərbaycana qayıtdıqdan sonra dərhal ondan aliment borcunun ödənilməsi tələb edilmiş və borclu tərəfindən 18 yanvar 2022-ci il tarixdə Masallı rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli 2(050)-1249/2015 saylı icra vərəqəsi üzrə 2000 manat ödəniş edilmişdir. X3 hazırki məhkəmə iclasının vaxtı və yeri barədə məlumat versə də, tələbkar Neftçala rayonunda yaşadığından məhkəməyə gələ bilməyəcəyini bildirmişdir. Odur ki, borclu Şəxs Böyükağa oğlu barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən tələbkar X10 öz izahatında bildirmişdir ki, iki övladını təkbaşına böyütmüşdür. Bir oğlunun 11, digərinin isə 14 yaşı var. Oğlunun biri “Covid-19” virusuna tutulduqdan sonra möhkəm allergiyası yaranmış və hal-hazırda həmin xəstəlikdən əziyyət çəkir. Şəxs bu illər ərzində heç vaxt övladları ilə maraqlanmayıb və aliment borcundan məlumatlı olmayıb. Şəxs 2012-ci ildə Rusiya Federasiyasına getdikdən sonra uşaqlarına baxmadığına görə 2015-ci ildə ondan aliment tutulması barədə Masallı rayon Məhkəməsinə müraciət etmiş və hər uşağa 70 manat olmaqla 140 manat aliment kəsdirmişdir. Lakin cavabdeh Azərbaycan Respublikasında olmadığına görə alimenti ödəməkdən yayınmışdır. Buna görə də o məcbur olub cavabdehin valideynlərindən məhkəmə qaydasında maddi yardım tutulması üçün müraciət etmiş və məhkəmə qətnaməsi ilə cavabdehin hər iki valideynindən təqaüdlərinə yönəldilməklə hər birindən 50 manat olmaqla pulun tutulması qət edilmişdir. Lakin cavabdehin atası 2021-ci ilin may ayında vəfat etdiyindən maddi yardımın verilməsi dayanmışdır. Cavabdeh Şəxs 15 yanvar 2022-ci ildə Rusiya Federasiyasından qayıtdıqdan sonra 18 yanvar 2022-ci il tarixdə aliment borcundan 2000 manat ödəmişdir. Bundan sonra qalan borcun ödənişi üçün heç bir addım atmamış və keçmiş ailəsi və övladlarının taleyi ilə ümumiyyətlə maraqlanmamışdır. Özü hal-hazırda cəmi 280 manat məbləğində məvacib almaqla iki oğlunu saxlamaqda çətinlik çəkdiyini, bir övladının xəstə olması səbəbilə maddi cəhətdən daha da sıxıntı yaşadığını bildirərək Şəxs barəsində ciddi tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs öz izahatında bildirmişdir ki, o, 2012-ci ilin iyun ayında iş tapmaq ümidi ilə Rusiya Federasiyasına getmişdir. Həmin vaxt onun Neftçala rayon Məhkəməsinin 26 avqust 2011-ci il tarixli icra vərəqəsindən məlumatı olmuş və həmin icra vərəqəsi üzrə aliment borcunu vaxtlı-vaxtında ödəmişdir. O bundan başqa övladları üçün əlavə pul da göndərmiş və onun maddi yardımı ilə övladları üçün Azərbaycanda ev alınmışdır. Qeyd olunan icra vərəqəsi üzrə tələbkar X4 hal-hazırda ondan heç bir tələbi olmamalıdır. Lakin Masallı rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli (050)-1249/2015 saylı icra vərəqəsindən Rusiyada olduğu üçün məlumatlı olmamış, valideynləri ilə telefon əlaqəsi saxlayarkən ona məlum olmuşdur ki, X2 şikayəti əsasında məhkəmə yolu ilə valideynlərindən aliment kəsilmişdir. Lakin bundan başqa onun özündən də alimentin kəsildiyindən xəbəri olmamışdır. Valideynləri ona bildirmişlər ki, kəsilmiş aliment onların təqaüdündən aybaay vaxtında tutulur. Buna görə də o, arxayın olmuş və imkan düşdükcə valideynlərinə maddi yardım göstərmişdir ki, dolana bilsinlər. O, Rusiya Federasiyasında olarkən pasportunu itimiş, bu səbəbdən də orada olanda da nə rəsmi nə də ki, qeyr-rəsmi qaydada heç bir işlə məşğul ola bilməmiş və elə bir qazancı da olmamışdır. Vətənə yalnız bu ilin yanvarın 15-də qayıda bilmiş, ölkəyə qayıtdıqdan sonra Masallı rayon Məhkəməsinin 07 avqust 2015-ci il tarixli (050)-1249/2015 saylı icra sənədi üzrə aliment borcundan xəbər tutmuş və aliment borcundan dərhal, yəni 18 yanvar 2021-ci il tarixdə borc alaraq 2000 manat ödəniş etmişdir. Bundan sonra iş axtarışında olmuş və yalnız iyirmi gün qabaq “Uca” İnşaat tikinti şirkətində müqavilə əsasında işə başlamış, lakin sınaq müddətində olduğu üçün onunla rəsmi əmək müqaviləsi hələlik bağlanmamışdır. O yaxın müddətdə ilk əmək haqqısını alacağını və 25 may 2022-ci il tarixədək borcundan kifayət qədər ödənişlər edəcəyinə söz vermişdir. O, öz izahatında daha sonra göstərmişdir ki, atası 2021-ci ilin may ayının 22-də vəfat etmiş mərhum və iki gündən sonra atasının ildönümü olacaqdır. Rusiya Federasiyasından qayıtmasının əsas səbəbi də atasının vəfatının birinci ildönümündə iştirak etmək istəməsi olmuşdur, çünki Rusiya Federsiyasında olarkən onun aliment borcundan heç bir məlumatı olmamışdır. Bundan başqa o, bu ilin yanvar ayının 25-də Azərbaycana qayıtdıqdan sonra iş tapıb işləmək istəsə də icra məmuru tərəfindən ona bu barədə heç bir təklif verilməmiş və köməklik göstərilmişdir. Uzun axtarışlardan sonra təqribən on gündən bundan əvvəl işə düzəlmiş və bu ayın axırında ilk əmək haqqısını alacaqdır. Bundan başqa aliment borcunun ödənilməsi üçün bütün imkanlarında da istifadə edəcəkdir. Məhkəmə tərəfindən barəsində inzibati həbs tətbiq ediləcəyi təqdirdə hazırki iş yerindən də məhrum olmaqla aliment borcunu ödəməsi qeyri-mümkün olacaqdır. Odur ki, bütün bunların nəzərə alınmaqla qısa müddətdə yaranmış aliment borcunu ödəmək niyyətində olduğunu bildirərək iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəflərin izahatını və icra işini nəzərdən keçirərək, hesab edir ki, borclu Şəxs əməlində hazırki vaxtda inzibati xəta tərkibi olmadığından inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı borclunun yaranmış borcunu ödəməkdən qəsdən yayınmasına və eləcə də icra məmurunun qanuni tələblərinə qəsdən tabe olmamasına dair heç bir hal müəyyən edilməmişdir. Bundan başqa icra məmuru tərəfindən borclunun işlə təmin olunması ilə bağlı məşğulluq mərkəzinə müraciət edilməmişdir. Borclunun məhkəməyə təqdim etdiyi ölüm haqqında şəhadətnamənin surətindən görsənir ki, atası X8 22 may 2021-ci il tarixdə “dəqiqləşdirilməmiş ürək çatışmamazlığı” səbəbindən ölmüşdür. İş materiallarında olan Qaradağ rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli qərarın surətindən aydın olur ki, Şəxs İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 500 manat məbləğində cərimə edilmişdir. Qeyd olunan inzibati qərarın qanuni qüvvəyə mindiyi vaxtdan hal-hazıradək keçən müddət ərzində borclunun məhkəmə qətnaməsinin icrasından qərəzli yayınmasına dair hər hansı bir yeni hal müəyyən edilməmiş və iş materiallarına da bu barədə hər hansı bir sübut əlavə edilməmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında məsələ üzrə qərar çıxarılır. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barədə şübhələr onun xeyrinə həll edilir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar