Məhkəmə qərarları › İş №3(002)-598/2022

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-598/2022

23.05.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-598/2022 23.05.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədirliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxx 1990-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Nizami küçəsi, bina 29, mənzil 7 ünvanında kirayədə yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Qaradağ RPİ-nin 10-cu PB-dən daxil olmuş inzibati materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Daxil olmuş inzibati materialdan aydın olur ki, Şəxs sərxoş vəziyyətdə 22 may 2022ci il tarixdə, saat 01:15 radələrində Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Bravo” supermarketdə polisin qanuni tələblərinə tabe olmamış, buna görə də Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 22 may 2022-ci il tarixdə MN ******* saylı protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PB-nin sahə inspektoru, polis leytenantı X3 öz izahatında protokolu müdafiə edərək bildirmişdir ki, X2 adlı vətəndaş 22 may 2022-ci il tarixdə, saat 01:15 radələrində DİN-in 102 ZM xidmətinə zəng edərək Lökbatan qəsəbəsi, 28 may küçəsində yerləşən “Bravo” supermarketdə müştəri qismində olan şəxsin satışda olan bıçağı götürərək, mühafizəçi və mağaza işçilərini hədələdiyi barədə məlumat vermişdir. Daxil olmuş məlumatla əlaqədar ƏÇPA-nın 10-cu patrul bölüyünün əməkdaşları qeyd olunan ünvana yaxınlaşmış, sonradan şəxsiyyəti Şəxs Zeynal oğlu olduğu müəyyən edilən şəxsə yaxınlaşaraq onu 10-cu PB-na dəvət etmişlər. Bu zaman sərxoş vəziyyətdə olan Şəxs polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayaraq sağ əlinin ovuc hissəsini əlindəki bıçaqla kəsmiş, daha sonra polis bölməsində olarkən polisin ünvanına nalayiq ifadələr işlətmişdir. Nəticədə onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə 22 may 2022ci il tarixli, MN ******* saylı protokol tərtib edilmişdir. Qeyd olunanlara əsasən onun barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs öz izahatında qeyd etmişdir ki, hadisədən bir neçə saat qabaq Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Bizim” restoranında dostları ilə yaxın zamanlarda olacaq nişan mərasimi münasibətilə məclis təşkil etmişdir. Qonaqlıqdan sonra dostları ilə sağollaşaraq “Bravo” supermarketə pivə almaq üçün getmək qərarına gəlmiş, marketdə həmin vaxt mühafizəçi işləyən əməkdaş onun spirtli içki qəbul etdiyini görüb onu marketə buraxmaqdan imtina etmişdir. O da buna etiraz edərək yaxınlıqda olan satış üçün nəzərdə tutulmuş bıçaqla əlini kəsmişdir. Sərxoş olduğu üçün digər hərəkətləi yadında qalmamış və səhər ayılarkənpolis bölməsində olduğunu başa düşmüş və bu zaman sağ əlinin zədəli vəziyyətdə olduğunu görmüşdür. O, səhvini başa düşdüyünü, peşiman olduğunu və gələcəkdə belə hallara bir daha yol verməyəcəyinə söz vermişdir. Bütün bunlara əsasən ona yüngül tənbeh verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs polisin iş rejimini pozmuş və polisin qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X4 22 may 2022-ci il tarixli “Sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə”yə dair 2/11471 nömrəli protokoldan aydın olur ki, Şəxs 22 may 2022-ci il tarixdə saat 02:30 radələrində tibbi müayinədən keçərkən onda orta dərəcədə alkoqol sərxoşluğu müşahidə olmuşdur. İnzibati materiala əlavə edilmiş 22 may 2022-ci il tarixli “inzibati qaydada tutma haqqında” protokoldan aydın olur ki, Şəxs yuxarıda qeyd olunan inzibati pozuntu ilə əlaqədar 22 may 2022-ci il tarixdə saat 09:55-də tutulmuşdur. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, Şəxs tərəfindən törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini və əməlini etiraf edərək səmimi peşiman olmasını nəzərə alaraq hesab edir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi daha məqsədə müvafiqdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. İnzibati Xətalar Məcəlləsinin 31.4-1-cü maddəsində göstərilir ki, inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Məcəllənin 31.4-1-ci maddəsinin tələbləri nəzərə alınmaqla 150 (yüz əlli) manat məbləğində inzibati cərimə edilsin. Şəxs inzibati qaydada tutmadan məhkəmə zalından dərhal azad edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 gün müddətində Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar