Məhkəmə qərarları › İş №3(002)-598/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-598/2025

09.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-598/2025 09.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Qaradağ RPİ-nin 10-cu PŞ-nin sahə rəisi, polis kapitanı X8, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə xx xxxx 1985-cı ildə Xocavənd rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, ünvan 1i ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, Qobu Park y/k, bina 9, mənzil 84-də yaşayan Şəxs Azərbaycan Respublikası İXM-nin 206-cı maddəsilə inzibati inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə rəisi, polis kapitanı X13 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün Qaradağ rayon məhkəməsinə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən Qaradağ RPİ-nin 10-cu PŞ-nın polis sahə rəisi, polis kapitanı X13 protokolu müdafiə edərək bildirmişdir ki, Qaradağ RPİ-nin 10-cu PŞ-nin əməliyyat müvəkkilləri polis baş leytenantı, Səbuhi Nuriyev və polis leytenantı, Əli Cəfər raport tərtib edǝrǝk inzibati ərazidə xidmət aparan zaman 4 nəfər şəxsin X6, X16, X9 və Şəxs narkotik vasitə və prekursorlarının təsiri ilə sərxoş olmaları qənaətinə gəldiklərini, həmin şəxslər barəsində müvafiq təhqiqat araşdırılması aparılmasını bildirmişdir. Daxil olmuş məlumat 07 aprel 2025-ci il tarixdə 10-cu PŞ-nin törədilmiş və ya hazırlanan cinayətlər barədə məlumatların qeydiyyatı kitabında 1037 nömrə ilə qeydiyyata alınaraq icraata qəbul edilib araşdırması davam etdirilmişdir. Faktla bağlı Qaradağ RPİ-nin 10-cu PŞ-nin təhqiqatçısı, polis kapitanı X7 tərəfindən araşdırılma aparılaraq Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji mərkəzindən alınmış 08 aprel 2025-ci il tarixli 1944 saylı rəyindən müəyyən edilmişdir ki, vətəndaş Şəxs yoxlama zamanı opioidlərdən qəbulu nətiəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunmuşdur. Təhqiqatçı polis kapitanı İsmayıl Məhərrəmov tərəfindən toplanmış material əsasında Azərbaycan Respublikası CPM-nin 39.1.2 və 212-ci maddələrini rəhbər tutaraq cinayət işinin başlanmasını rədd edilmiş, Şəxs barəsində Azərbaycan Respublikası İXMnin 206-cı maddəsi ilə 09 aprel 2025-cü il tarixli, MN ******* saylı inzibati protokol tərtib edilmişdir. Odur ki, protokolu müdafiə edərək barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahatında törətdiyi əməli etiraf edərək təxminən dörd gün əvvəl Lökbatan qəsəbəsində kokos adlı narkotik vasitəni qəbul etdiyini, səhvini başa düşdüyünü, törətdiyi əməldən peşiman olduğunu və bir daha belə hərəkətlərə yol verməyəcəyini bildirmiş, məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə, izahatları dinləyərək və toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, Şəxs törətdiyi inzibati xəta məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Şəxs narkotik vasitələrin qanunsuz istehlakı ilə məşğul olmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Narkoloji Mərkəzi” X19 Ambulator X1 08 aprel 2025-cü il tarixli, 1944 nömrəli rəyindən aydın olur ki, Şəxs opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Şəxs xx.xx.2023-cü il tarixindən Respublika Narkoloji Mərkəzində F11.2 (opioidlərin qəbulu) diaqnozu ilə dispanser qeydiyyatdadır. İş materiallarında olan Qaradağ RPİ-nin 10-cu PŞ-nın təhqiqatçısı, polis kapitanı X2 09 aprel 2025-ci il tarixli “cinayət işi başlanılmasının rədd edilməsi barədə” qərarının nəticə hissəsinə əsasən X3, Şəxs, X10 və X4 barələrində toplanmış material üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmiş, qəbul edilmiş qərar X3, Şəxs, X11 və X4 barələrində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə inzabiti xəta haqqında iş üzrə icraatın başlanması məsələsinə baxılması üçün adiyyəti əməkdaşa təqdim edilməsi, qərarın surətinin məlumat üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən Qaradağ rayon prokuroruna göndərilməsi, qərarın surətinin məlumat üçün X6, Şəxs, X16 və X5 göndərilməsi, toplanmış materialın saxlanması üçün Qaradağ RPİ-nin 10-cu PŞ-nin axivinə təhvil verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-ci maddəsinə əsasən qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakına, satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanmasına, əldə edilməsinə, saxlanılmasına, daşınmasına və ya göndərilməsinə görə üç yüz manatdan dörd yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda isə iki ayadək müddətə inzibati həbs tətbiq edilir. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsində göstərilir ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törətmiş şəxsin şəxsiyyətini və barəsində narkomaniyadan məcburi müalicənin olmasını nəzərə alaraq hesab edir ki, şəxsin barəsində inzibati həbs növündə tənbeh tədbirinin seçilməsi daha məqsədə müvafiqdir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 115,128,129 və 130-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ:

1. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 01 (bir) ay müddətinə inzibati qaydada həbs edilsin. 2.Həbs müddətinin əvvəli 09 aprel 2025-ci il tarixdən saat 15:50-dən hesablansın. 3.Həbs müddətinin sonu 09 may 2025-ci il tarix saat 15:50 müəyyən edilsin. 4.Şəxs narkomaniyadan məcburi müalicəyə cəlb edilsin. 5.Qərarın icrası Qaradağ rayon Polis İdarəsinə və Qaradağ RPİ-nin 10-cu PŞ-nə həvalə edilsin. 6.Qərardan, onun surətinin təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər.

Sədrlik edən: Rufan Mürsəlov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar