Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-6/2021 10.02.2021 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Məmmədova Ülviyyə Nizami qızının katibliyi Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət X3 böyük mühəndis-inspektoru, daxili xidmət mayoru X1 iştirakı ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə daxil olmuş inzibati xəta haqqında materiala, məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyən etdi: Qaradağ Rayon Məhkəməsinə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti 1-ci ərazi Dövlət X6 tərəfindən Şəxs MMC barəsində İXM-nin 518.3-cü maddəsi ilə inzibati material daxil olmuşdur. Daxil olmuş inzibati protokoldan aydın olur ki, xx xxxxxx 2020-ci il tarixdə ünvan 1 ünvanında inşa olunan “Bravo” marketdə plandan kənar YTM keçirilən zaman YTQ 05-86, bənd 2.2. tələblərinin pozulması faktı aşkar olunmuşdur. Qeyd edilənlərə əsasən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət X6 tərəfindən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə xx.xx.2020-ci il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol tərtib edilmişdir. Məhkəmə iclasında iştirak edən Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin 1-ci ərazi Dövlət X3 böyük mühəndis-inspektoru, daxili xidmət mayoru X2 öz izahatında tərtib etdiyi protokolu müdafiə edərək, barəsində inzibati xəta haqqında icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin ünvan 1 ünvanında “Bravo” marketin tikintisi ilə məşğul olduğunu, ancaq bu tikintinin müvafiq yanğın təhlükəsizliyinə dair rəy olmadan, tikintinin yardımçı obyektlərinin yanğın təhlükəsizliyi tələbatı nəzərə alınmaqla tərtib olunmuş və təsdiq edilmiş baş tikinti planına müvafiqliyi pozulmaqla aparılması faktını aşkar etdiklərini və buna görə də Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsi ilə protokol tərtib etdiyini bildirmişdir. Odur ki, Şəxs” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməsini xahiş etmişdir. Hazırki məhkəmə iclasının yeri və vaxtı barədə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-yə lazımi qaydada məlumat verilsə də həmin müəssisənin nümayəndəsi məhkəməyə gəlməmiş və bunun səbəbləri barədə də heç bir məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 64.3-cü maddəsinə əsasən işə hüquqi şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş iclasında iştirak etmiş Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin nümayəndəsi X4 öz izahatında protokolu müdafiə edərək, təmin olunmasını xahiş etmişdir. Məhkəmənin xx xxxxxx 2021-ci il tarixə təyin edilmiş iclasında iştirak etmiş Şəxs MMC-nin nümayəndəsi X5 “X8” MMC barəsində tərtib edilmiş protokolun qanunsuz və əsassız olduğunu bildirərək, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti 1-ci ərazi Dövlət X3 YTNİŞ-nin mühəndis inspektoru X2 tərəfindən tərtib edilmiş xx.xx.2020-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolla, yanğın-texniki müayinə aktı və digər iş materialları ilə tamamilə sübuta yetirilir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin xx.xx.2020-ci il tarixli, 984 saylı yanğın-texniki müayinə aktından görünür ki, xx xxxxxx 2020-ci il tarixdə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Şəxs MMC-yə məxsus ünvan 1 ünvanında tikintisi aparılan “Bravo” marketdə yanğın-texniki müayinə zamanı bu tikintinin müvafiq yanğın təhlükəsizliyinə dair rəy olmadan, tikintinin yardımçı obyektlərinin yanğın təhlükəsizliyi tələbatı nəzərə alınmaqla tərtib olunmuş və təsdiq edilmiş baş tikinti planına müvafiqliyi pozulmaqla aparılması müəyyən edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli, KY201543267 nömrəli “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən” çıxarışından görünür ki, Şəxs MMC barəsində sahibkarların plandankənar (növbədənkənar) yoxlamanın aparılması barədə yoxlayıcı orqana müraciət daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsinə əsasən İnşaat işlərinin aparılması məqsədi ilə torpaq sahələrinin ayrılması, layihələndirilməsi, habelə ərazilərin, müəssisələrin, binaların və qurğuların tikintisi, yenidən qurulması, genişləndirilməsi, texniki cəhətdən dəyişdirilməsi və ya onların istismara verilməsi zamanı yanğına qarşı standartların, normaların və qaydaların tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər iki yüz manatdan üç yüz manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. “Yanğın Təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinin 5-ci bəndinə əsasən binaların və qurğuların tikilməsinə, yenidən qurulmasına, təmirinə və yeni texnika ilə təchiz edilməsinə dair müvafiq orqanların və təşkilatların hazırladığı investisiya layihələri, o cümlədən xarici təşkilatların investisiya layihələri yanğından mühafizə tələblərinə, yanğın təhlükəsizliyi normalarına və standartlarına riayət olunması hissəsində hökmən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Qeyd olunan Məcəllənin 9.1-ci maddəsinin tələbinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.3-cü maddəsinin tələbinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətanın xarakterini və işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və ona həmin maddənin sanksiyasında olan inzibati cərimə tənbeh növü tətbiq olunmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 43, 49-51, 114-115, 117, 128, 129 və 130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 2000 (iki min) manat miqdarında inzibati qaydada cərimə edilsin. Qərardan, onun surətinin rəsmi qaydada alındığı vaxtdan 10 (on) gün müddətində Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-6/2021
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-6/2021
10.02.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver