Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-6/2022 17.01.2022 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Mürsəlov Rufan Kamil oğlunun sədrliyi, Mustafayeva Sevda Bahaddin qızının katibliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin nümayəndəsi X1, Şəxs MMC-nin etibarnamə üzrə nümayəndəsi X15 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətindən Qaradağ rayon Məhkəməsinə Şəxs MMC-in İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokol daxil olmuşdur. İnzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Əmək Məcəlləsinin 49-cu maddəsinin tələbi pozularaq əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən V.C. Abasov və S.C.Abasov 02 noyabr 2021-ci il tarixədək Cəmiyyətin Qaradağ rayonu ərazisində yerləşən iş sahəsində işlərin yerinə yetirilməsinə cəlb edilmişdirlər. Nəticədə Şəxs MMC tərəfindən İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Ona görə də Şəxs MMC barəsində 08 dekabr 2021-ci il tarixdə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Məhkəmə iclasında iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinin nümayəndəsi X5 öz izahatında tərtib olunmuş protokolu müdafiə edərək bildirmişdir ki, 02 noyabr 2021-ci il tarixdə Şəxs MMC-yə məxsus daş karxanasında baş vermiş bədbəxt hadisə nəticəsində vətəndaş X18 vəfat etmişdir. Bundan sonra onlar tərəfindən araşdırma aparılması nəticəsində X18 və qardaşı X11 əmək müqaviləsi olmadan Şəxs MMC-yə məxsus daş karxanasında işlədiyi aydın olmuşdur. Bu hal X11 Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X24 Xidmətinə verdiyi yazılı izahatda da öz əksini tapmışdır. O öz izahatında daha sonra göstərmişdir ki, məhkəməyə təqdim etdiyi X11 yazılı izahatında onun və qardaşı X9 daş karxanasının müdiri kimi tanıdıqları Rza adlı şəxsin razılığı əsasında həmin daş karxanasında işlədikləri qeyd edilmişdir. Həmin izahatda göstərilmişdir ki, X9 vəfatından sonra həmin daş karxanasının Şəxs MMCnin balansında olduğu bilinmişdir. Bütün bu hallar X18 və qardaşı X11 əmək müqaviləsi olmadan Şəxs MMC-yə məxsus daş karxanasında işlədilməsi faktını sübut edir. Odur ki, Şəxs MMC barəsində inzibati tənbeh tədbirinin tətbiq olunmasını xahiş etmişdir. O öz izahatında daha sonra göstərmişdir ki, Rza adlı şəxs həmin MMC-nin rəhbəri X21 oğlu olmaqla həmin daş karxanasında işləyir və Rza vəzifəli şəxs olmasa da belə Şəxs MMC yuxarıda qeyd olunan inzibati pozuntuya görə İXM-nin 18.2.4-cü maddəsinə əsasən məsuliyyət daşıyır. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X25 bildirmişdir ki, barələrində əsassız yerə inzibati xətalar haqqında protokol tərtib edilmiş və bu səbəbdən başlanılmış icraata xitam verilməlidir. İnzibati xəta haqqında 08 dekabr 2021-ci il tarixli protokola əlavə edilmiş və izahatı alınmış X10 izahatında göstərilir ki, o, Rza Həsənova məxsus daş karxanasında maşinist işləyir. 28 oktyabr 2021-ci il tarixdə mərhum qardaşı Seymur Abbasov onlara gələrək müdir ilə danışdığını və birlikdə işə çağırıldıqlarını bildirmişdir. Qeyd etmişdir ki, Rza Həsənov MMC-nin vəzifəli və səlahiyyətli şəxsi deyil, həmin MMC-də fəhlə işləməklə MMC-nin direktoru tərəfindən ona hər hansı bir rəsmi və ya qeyri-rəsmi qaydada heç bir səlahiyyət verilməmişdir. X22 MMC-yə məxsus daş karxanasında hər hansı işə başlaması üçün nə vəzifəli şəxs tərəfindən nədə ki digər səlahiyyətli şəxs tərəfindən hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməmişdir. Belə ki, Rza Həsənov, heç bir zaman Vaqif və Seymur Abasov qardaşları ilə hər hansı bir əlaqə saxlayaraq daş karxanasında işlərin yerinə yetirilməsinə cəlb etməmiş, onlarla əmək haqqı danışmamış və onların hansı halda daş karxanasına gəldiyindən məlumatı olmamışdır. Daha sonra bildirmişdir ki, hazırda daş karxanalarında mütəmadi işlər görülmədiyindən respublikanın rayon və kəndlərindən fəhlə kimi işləməyə gələn vətəndaşlar yol qıraqlarında dayanaraq yük maşınlarının dəvəti ilə istənilən daş karxanasına gələrək yerindəcə görülən işlərin müqabilində ödənişlərini sürücüdən alırlar. Özünündə izahatında qeyd etdiyi kimi, noyabr ayının 1-də saat 14:30 radələrində daş karxansına gəlmişlər və ora gəldikdə Rza Həsənov orda olmamışdır. Halbuki, onlar daş karxanasına işləməyə gələndə müdirə əmək kitabçasını, şəxsiyyət vəsiqəsinin, olduğu halda sığorta şəhadətnaməsinin surətini təqdim edərək, onlarla əmək müqaviləsinin bağlanılmasını tələb edə bilərdilər. Bundan başqa X22 izahatında bildirir ki, 21 ildir ki Qaradağ rayonu ərazisində əmək fəaliyyəti ilə məşğul olur. Belə olan halda, X24 Xidmətinin işə baxan müfəttişi ondan əmək kitabçasını tələb etməli və müəyyən etməli idi ki, izahat aldığı şəxs ümumiyyətlə ifadələrində səmimidirmi? Onun ifadələrində həqiqəti və ya qərəzi müəyyən etməli idi. Bundan başqa X22 izahatında bildirir ki, 2021-ci ilin iyun ayında MMC-yə məxsus daş karxanasında işləmişlər. Belə olan halda X19 həmin vaxt nə səbəbdən X24 Xidmətinə müqavilə bağlanılmadan işə cəlb edilməsi barədə məlumat verməmişdir. Bu səbəbdən X10 məhkəmə iclasına dəvət edilərək izahatını bir daha məhkəmə tərəfindən alınması zərurəti vardır. Digər bir tərəfdən mərhum Seymur Abbasovun ölümünə səbəb olmuş yük maşının sürücüsü X6 barəsində CM-nin 263.2-ci maddəsi ilə cinayət işi açılmış, təqsirləndirilən şəxs kimi cəlb edilmiş və barəsində “başqa yerə getməmək haqqında” qətimkan tədbiri seçilmişdir. Qeyd etmişdir ki, X6 həmişə bizə “üzə duran” kimi tanınan və qərəzli olan X3 oğludur. Belə ki, Qaradağ RPİ-nin 24 oktyabr 2019-cu il tarixli cinayət işi üzrə icraata xitam verilməsi haqqında qərarı sübut növü kimi məhkəməyə təqdim edərək bildirirəm ki, X7 artıq bir dəfə X26 qarşı ziddiyətli ifadələr verməsi bu qərarla müəyyən edilmişdir. Həmin qərarda göstərilmişdir ki, “iş üzrə şahid qismində dindirilmiş X7 ilkin olaraq Rəşid Həsənovla birlikdə törətdiyi əməli etiraf etməsədə, sonradan həmin ifadələrin yanlış olduğunu və bu əməli törətdiklərini bildirir. Həmin şəxsin istintaq zamanı bir-biri ilə ziddiyət təşkil edən ifadələr verməsi onun gətirdiyi dəlilərin həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi üsullarına aradan qaldırılması mümkün olmayan şübhələr yaradır”. Göründüyü kimi X19 birbaşa X3 təsiri altında bu izahatları vermişdir. Çünki qardaşının ölümü üzrə X2 xeyli miqdarda dəymiş ziyan almışdır və belə olan halda, X7 istənilən vaxt onu yönəldərək bizə qarşı qərəzli ifadələr verməsini tələb edə bilər. Göründüyü kimi həmin şəxsin ifadəsi hər zaman bizə qərəzli olmuş və bundan sonra da qərəzli olması sübuta ehtiyac olmadan müəyyən edilir. Buna sübut kimi qeyd etmişdir ki, heç bir halda X19 üçün işləməyə getdiyi daş karxanalarının hansı hüquqi şəxsə aid olub-olmadığı maraqlı olmamışdır. Məhkəmə iclasında sual olunsa ki, 21 ildir işlədiyin daş karxanalarının adını denən, deyə bilməyəcək. Bundan başqa X21 həbsdə olmasını hər bir halda X2 öyrənə bilərdi. İzahatı alınmış şəxs X10 əmisi oğlu X20 ərazisində kirayədə yaşayaraq yuraxırda vurğuladığım kimi briqada şəklində günə müzd işləyərək dolanışıqlarını təmin edir. Həmin vaxt məhz iki qardaşlar Əlisurət Abbasovun dəvəti ilə Bakı şəhəri Qaradağ rayonu ərazisində gəlmişlər. Qeyd edilən halı məhkəmə iclasına tərəfimdən dəvət edilməklə Əlisurət Abbasov təsdiq edə bilər. Qeyd etdiklərindən və sadalananlardan göründüyü kimi, ümumiyyətlə inzibati xəta tərkibinin olması sübuta yetirilmir və bu hal iş üzrə icraata xitam verilməsinə birbaşa əsasıdır. Həmçinin, İnzibati Xətalar Məcəlləsində inzibati xəta haqqında iş üzrə sübut edilməli olan halların dairəsi açıq şəkildə göstərilmiş və bu zaman; inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri, inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar, inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı, inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar, işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait müəyyən edilməlidir. Həmin məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir və qanuna zidd olaraq əldə edilmiş sübutların istifadə edilməsinə yol verilmir. Həmin məcəllənin 78.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı iş üzrə ona məlum olan hallar və işdə olan sübutlar üzrə şifahi və ya yazılı formada verilən məlumatlardan ibarətdir. O öz izahatında daha sonra göstərmişdir ki, Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru X30 faktiki olaraq 10 iyun 2021-ci il tarixdən həbsdədir və hal-hazırda azadlıqdan məhrumetmə növündə cəza çəkir. X13 yaşlı və xəstə olmaqla onun tutulmasından sonra MMC-nin fəaliyyəti demək olar ki, tamamilə dayanmış, arada bir sifariş olduğu təqdirdə sürücülər gəlib oradan daş aparmışdır. Atasının həbsindən sonra MMC-nin fəaliyyəti ilə bağlı heç kimə, nə də ki qaradaşı Rzaya bu barədə rəsmi və ya qeyri-rəsmi qaydada səlahiyyət verilməmişdir. Hal-hazırda atası ümumiyyətlə MMC-nin fəaliyyət göstərib-göstərməməsi barədə də heç bir məlumata malik deyildir. Qeyd etdiklərinə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinin tələblərinin pozulmasına dair inzibari xəta haqqında başlanılmış iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şahid X12 öz izahatında bildirmişdir ki, X18 və X22 onun əmisi oğlanlarıdır. Hadisədən bir gün qabaq Seymur ona zəng vuraraq işləmək istədiyini bildirmiş və o da əvvəllər tanıdığı X27 zəng vuraraq karyerdə iş olub-olmadığını, yəni daş satıb-satmadıqlarını soruşmuş, Rza da öz növbəsində ona öz briqadası ilə birlikdə işləyə biləcəyini bildirmişdir. Hadisə günü o da hadisə baş verən daş karxanasında olmuş və X18 və X22 ilə birlikdə işləmişdir. Hadisə sürücünün diqqətsizliyi nəticəsində baş vermişdir. Bundan əlavə o öz izahatında göstərmişdir ki, karyerdə avtomaşınlara daş yüklənməsi müqabilində Rza onlara hər hansı bir ödəniş etməmiş, onlar bu ödənişi sürücüdən almışlar. Məhkəmə iclasında iştirak edən şahid X31 öz izahatında bildirmişdir ki, atası həbs olunandan sonra Şəxs MMC-nin fəaliyyəti demək olar ki, dayanmış və arada sifariş olduğu təqdirdə sürücülər gəlib oradan daş aparmışlar. O, özü həmin MMC-də fəhlə işləməklə atası tutulduqdan sonra MMC-ni işlətməsi barədə ona hər hansı bir rəsmi və yaxud qeyrirəsmi göstəriş və ya sənəd verməmişdir. X4 və onun qaradaşı X22 onun razılığı olmadan daş karxanasına gələrək avtomaşınlara daş yükləmişlər. O öz izahatında daha sonra göstərmişdir ki, ümumiyyətlə daş karxanasında avtomaşınlara daş yükləmək üçün fəhləni sürücülər özləri təşkil etməklə zəhmət haqqı da sürücülər tərəfindən ödənilir. Məhkəmə tərəflərin izahatını və iş materiallarına əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, Şəxs MMC-nin barəsində tərtib olunmuş protokol əsassız olduğundan iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 15 yanvar 2014-cü il tarixdə dövlət qeydiyyatına alınmış Şəxs MMC-nin nizamnaməsinin 3-cü bəndindən aydın olur ki, cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə, o cümlədən xüsusi icazə alınmasını tələb edən müəyyən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər. Şəxs MMC-nin nümayəndəsi X25 tərəfindən məhkəməyə təqdim edilmiş X8 20 oktyabr 2014-cü il tarixli Dövlət Reyesterindən çıxarışından aydın olur ki, qeyd olunan hüquqi şəxsin qanuni təmsilçisi X28r. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinə dair bildirişdən aydın olur ki, X30 12 aprel 2020-ci il tarixdən həmin müəssisənin direktorudur. İş materiallarına əlavə edilmiş əmək müqaviləsinin bağlanması ilə bağlı əmək müqaviləsinə dair bildirişdən aydın olur ki, X31 31 yanvar 2015-ci ildə Şəxs MMC-yə fəhlə peşəsinə qəbul edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Qaradağ rayon Məhkəməsinin 29 iyul 2021-ci il tarixli 1(002)-64/2021 saylı hökmündən aydın olur ki, X30 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, ona təyin olunmuş cəza Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının 10 iyun 2021-ci il tarixli qərarı ilə təyin edilmiş 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanılmaqla CM-nin 69.3-cü maddəsinə əsasən qəti olaraq 03 il 02 ay 29 gün müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Həmin hökmlə X21 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzasının əvvəli 10 iyun 2021-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.1-ci maddəsinə əsasən hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. 18.2. Hüquqi şəxs inzibati məsuliyyətə həmin hüquqi şəxsin xeyrinə və ya onun maraqlarının qorunması üçün aşağıdakı şəxslər tərəfindən törədilən inzibati xətalara görə cəlb edilir: 18.2.1. hüquqi şəxsi təmsil etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.2. hüquqi şəxsin adından qərarlar qəbul etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.3. hüquqi şəxsin fəaliyyətinə nəzarət etmək səlahiyyətinə malik olan vəzifəli şəxs; 18.2.4. bu Məcəllənin 18.2.1-18.2.3-cü maddələrində nəzərdə tutulmuş vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi. 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə araşdırması zamanı müəyyən edildi ki, X18 və qardaşı X22 Şəxs MMC-də fəhlə kimi fəaliyyət göstərən X23 dolayı yolla, şifahi razılığı əsasında yük maşınlarına daş yükləmə fəaliyyəti ilə məşğul olmuşlar. Lakin tərəflərin izahatı və iş materiallarından da aydın olur ki, X31 Şəxs MMC-də fəhlə kimi işləmiş, MMC-nin rəhbəri tərəfindən ona rəsmi və ya qeyri-rəsmi qaydada hər hansl bir səlahiyyət verilməmişdir. O cümlədən X18 və X22 gördükləri işin müqabilində zəhmət haqqı kimi pulu MMC-dən deyil, daş yüklədikləri maşınların sürücülərindən almışlar. Həmçinin iş materiallarından aydın olur ki, Şəxs MMCnin qanuni təmsilçisi X30 10 iyun 2021-ci il tarixdən hal-hazıradək azadlıqdan məhrumetmə növündə cəza çəkir. Bu hal İXM-nin 18.2.4-cü maddəsinin tətbiqi halını istisna edir. Belə ki, həmin maddəyə əsasən vəzifəli şəxslər tərəfindən nəzarətin həyata keçirilməməsi nəticəsində hüquqi şəxsin işçisi tərəfindən törədilən inzibati xətaya görə hüquqi şəxs inzibati məsuliyyətə cəlb edilir. Şəxs MMC-nin vəzifəli şəxsi statusunda olan qanuni təmsilçisi və direktoru X30 isə cəzaçəkmə müəssisəsində olmaqla onun tərəfindən nəzarətin həyata keçirilməsi obyektiv səbəblərdən qeyri-mümkün olmuşdur. Məhkəmə araşdırması zamanı X27, həbsdə olan X30 tərəfindən MMC-nin fəlaiyyəti ilə bağlı rəsmi və yaxud qeyri-rəsmi formada hər hansı bir tapşırığın verilməsi öz təsdiqini tapmamışdır. Eləcə də iş materiallarında olan X11 izahatından da aydın olur ki, o, həmin daş karxanasında qardaşı ilə birlikdə sonuncu dəfə 2021-ci ilin iyun ayında işlədiyini göstərmişdir. Bu fakt öz təsdiqini tapmış olsaydı belə, yenə də həmin dövr MMC-nin qanuni təmsilçisi və direktoru X21 həbsdə olduğu müddətə təsadüf edir ki, bu da onun yuxarıda qeyd olunan inzibati hadisəyə görə təqsirli olmasını istisna edir. Belə ki, Azərbaycan Respublikası İXM-nin 12.1-ci maddsində göstərilir ki, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Göründüyü kimi X18 və qardaşı X11 həmin MMC-nin ərazisində qeyri-rəsmi qaydada hər hansı bir əmək fəaliyyəti ilə məşğul olmasına görə Şəxs MMC deyil, həmin MMC-də fəhlə kimi fəaliyyət göstərən fiziki şəxs X23 inzibati məsuliyyəti yarana bilərdi. Odur ki, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair iş üzrə icraata əməldə inzibati xətanın tərkibi olmadığına görə xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəllənin 53.0.1 və 53.0.2-ci maddələrinin tələblərindən aydın olur ki, inzibati xəta hadisəsi və inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ: Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığından başlanmış inzibati xəta haqqında icraata xitam verilsin. Qərardan, onun surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Qaradağ rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hakim: Rufan Mürsəlov
Məhkəmə qərarları › İş №3(002)-6/2022
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-6/2022
17.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver