Məhkəmə qərarları › İş №3(002)-6/2023

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-6/2023

11.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-6/2023 11.01.2023 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Dadaşova Şəfa Əliövsət qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi, Qaradağ rayon İcra şöbəsinin böyük icra məmuru X1 iştirakı ilə, xx xxxx 1993-cü il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, FİN xxxxxxx, subay, orta təhsilli, Bakı şəhəri, Qaradağ rayonu, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Qaradağ Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs Bakı şəhəri Binəqədi RPİ-nin 6cı PB-nin MN ******* saylı, xx.xx.2021-ci il tarixli və Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PBnin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati xəta haqqında qərarlarını icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Həmin qərarlara əsasən Şəxs ümumilikdə 250 manat tutularaq dövlət büdcəsinə ödənilməlidir. ******* saylı, xx.xx.2020-ci il tarixli icra sənədinin icrasına xx.xx.2020-ci il tarixli qərarla, ******* saylı, xx.xx.2021-ci il tarixli icra sənədinin icrasına isə xx.xx.2021-ci il tarixli qərarla başlanmış və qanuna müvafiq qaydada borcluya könüllü icra üçün müəyyən olunmuş vaxtda tələbin icrası ilə bağlı bildirişlər göndərilmişdir. Buna baxmayaraq borclu icranı könüllü icra etməmiş və icranın təmin edilməməsinə heç bir üzrlü səbəb göstərməmişdir. Məcburi icra hərəkətləri zamanı sorğuların cavablarına əsasən borcluya məxsus hər hansı əmlak, banklarda pul vəsaiti aşkar olunmamış və iş yerini müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən borclu Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında Qaradağ rayon İcra şöbəsinin icra məmuru A.A.Əlizadə tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək, borclu Şəxs barəsində qanuna uyğun tədbir görülməsini məhkəmədən xahiş etdi. Barəsində inzibati icraat aparılan şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxsin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, inzibati protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, Şəxs müvafiq olaraq 50 manat cərimə edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında 26 oktyabr 2020-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarı üzrə cəriməni könüllü ödəməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarında olan Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin MN MN ******* saylı, xx.xx.2021-ci il tarixli inzibati tənbeh verilməsi haqqında qərarından görünür ki, Şəxs müvafiq olaraq 200 manat cərimə edilmişdir. İş materiallarında olan Qaradağ rayon İcra şöbəsinin Şəxs ünvanladığı tələbin könüllü icrası haqqında 04 iyun 2021-ci il tarixli bildirişdən görünür ki, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin MN MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarı üzrə cəriməni könüllü ödəməsi üçün Şəxs xəbardarlıq edilmişdir. Həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarının qərəzli icra edilməməsinə görə qanunvericilikdə nəzərdə tutulmuş müvafiq məsuliyyətə cəlb oluna biləcəyi onun nəzərinə çatdırılmışdır. İş materiallarına əlavə edilmiş izahatdan görünür ki, 09 dekabr 2022-ci il tarixdə Şəxs icra şöbəsinə gələrək izahat vermiş, izahatında 250 manat cərimə edilməsi barədə xəbərdar olduğunu lakin ödəməyəcəyini qeyd etmişdir. Beləliklə müəyyən edilmişdir ki, Bakı şəhəri Binəqədi RPİ-nin 43-cü PB-nin MN ******* saylı, xx.xx.2020-ci il tarixli qərarına əsasən Şəxs 50 manat, Bakı şəhəri Binəqədi RPİ-nin 6-cı PB-nin MN MN ******* saylı, xx.xx.2021-ci il tarixli qərarına əsasən 200 manat olmaqla ümumilikdə 250 manat cərimə edilmişdir. Qeyd edilən qərarların icrası ilə əlaqədar Qaradağ rayon İcra şöbəsi tərəfindən Şəxs tələbin könüllü icrası barədə bildirişlər göndərilməsinə, şöbəyə dəvət olunmasına baxmayaraq o, icranı könüllü təmin etməmiş və heç bir rəsmi əsas təqdim etmədən qərarların icrasını təmin edə bilməyəcəyini bildirmişdir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-1-ci maddəsinə əsasən inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 5 (beş) il müddətində icra edilməmişdirsə, daha icra edilmir. Göründüyü kimi hazırki iş üzrə cərimə növündə inzibati tənbeh vermə haqqında qərarın icra müddəti keçməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların və bu Məcəllənin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsinə görə inzibati cərimə istisna olmaqla, inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarının qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə yüz altmış saatdan iki yüz qırx saatadək ictimai işlər tətbiq olunur. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 32 və 33-cü maddələri ilə nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İXM-nin 529.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş ictimai işlər növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədə müvafiqdir. Həmin Məcəllənin 28.3-1-ci məhkəmə tərəfindən ictimai işlər növündə inzibati tənbeh tətbiq olunmuş şəxslərin üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 48- 51, 114-117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.1-ci maddəsi ilə təqsirli bilinərək barəsində 200 (iki yüz) saat müddətində ictimai işlər növündə inzibati tənbeh tədbiri tətbiq olunsun. Şəxs üzərinə həmin işlərin yerinə yetirildiyi yerlərdə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulsun. Qərarın icrası Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində şikayət verilə bilər. Hakim: Şəfa Dadaşova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar