Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-6/2025 28.01.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, Rəhimov Arif Rəfail oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Khani Mortozanın, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin təhqiqatçısı X2, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən daxil olmuş Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsindən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə material daxil olmuşdur. Daxil olmuş inzibati xəta haqqında iş üzrə material və xx.xx.2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC-nin (VÖEN:**********) ünvanına idxal edilmiş və Sumqayıt Gömrük İdarəsində xx.xx.2024-cü il tarixli **********0832 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda bəyan edilmiş mallara daxil olmuş əməliyyat məlumatına əsasən Qaradağ rayonu Xocəsən gömrük terminalında gömrük yoxlaması tətbiq edilmişdir. Yoxlama zamanı xx.xx.2024-cü il tarixli **********0832 sorğu nömrəli gömrük bəyannaməsinin 3-cü mal mövqeyində netto çəkisi 1060 kq və yer sayı 35 kimi bəyan olunan “polietilen torbalar”ın mikrometr cihazı vasitəsilə ölçülməsi zamanı qalınlığının 15 mikrondan az olduğu müəyyən edilmişdir. Bununla əlaqədar olaraq xx.xx.2024-cü il tarixli **********0832 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş malların Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli “Ətraf mühitin mühafizəsi” haqqında 678-İQ nömrəli Qanununun 46-cı maddəsinin təsir dairəsinə düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə xx.xx.2024-cü il tarixli 3-33-1800/2-001627/2024 saylı məktubla müraciət edilmiş, həmin İdarədən daxil olmuş xx.xx.2024-cü il tarixli 3-33- 5300/2-003893/2024 №-li ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixli 1496 nömrəli invoys sənədinin 6-cı mal mövqeyi üzrə idxal olunan “Naylonan Paket 30 micron” adlı, “X6 Bag” nişanlı, polietilen (CAS 9002-88-4) tərkibli, qalınlığı 11.9 (0,0119) mikron olan, düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torba Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən İran İslam Respublikasında fəaliyyət göstərən “X4” şirkətindən 64AA745/44AB232 nömrə nişanlı yük avtomaşınında xx.xx.2024-cü il tarixli 1496 nömrəli invoys sənədinin 6-cı mal mövqeyi üzrə idxal edilmiş xx.xx.2024-cü il tarixli 3-33-5300/2-003893/2024 №-li ekspert rəyində göstərilən, çəkisi 1060 kq təşkil edən “Naylonan Paket 30 micron” adlı, “X6 Bag” nişanlı, polietilen (CAS 9002-88-4) tərkibli, qalınlığı 11.9 (0,0119) mikron olan, düzbucaqlı formalı, rəngsiz, şəffaf, qulpsuz torbalar Azərbaycan Respublikasının 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli “Ətraf mühitin mühafizəsi” haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aiddir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Sumqayıt Gömrük İdarəsinin təhqiqatçısı X3 inzibati protokolu müdafiə edərək Şəxs MMC-nin inzibati qaydada cərimə edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin direktoru Khani Mortoza hüquqi şəxs barəsində tərtib edilmiş inzibati protokolu qəbul etməyərək iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.B Məhkəmə hesab edir ki Şəxs MMC tərəfindən inzibati xətanın törədilməsi inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallarla tam təsdiq olunur. Belə ki, məhkəmədə müəyyən olunmuşdur ki, Şəxs MMC tərəfindən İran İslam Respublikasından Azərbaycan Respublikasinin 8 iyun 1999-cu il tarixli 678-İQ nömrəli "Ətraf mühitin mühafizəsi" haqqında Qanununun 46-cı maddəsinə əsasən qadağan olunmuş mallar siyahısına aid olan polietilen torbalar idxal etmiş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsinə əsasən, qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, qaşıq, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalına, istehsalına, həmçinin ticarət, ictimai iaşə və digər xidmət obyektlərində istehlakçıya satılmasına və ya verilməsinə görə – inzibati xətanın bilavasitə obyekti olan plastik materiallar müsadirə edilməklə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan dörd min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İnzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən olunmadı. Azərbaycan Respublikası İXM-nin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, inzibati xəta haqqında iş üzrə icraat zamanı toplanmış sənədləri tədqiq edərək hesab edir ki, hüquqi şəxs olan Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Qeyd olunanlara əsasən, Azərbaycan Respublikasının İXM-nin 18.5, 114-115 və 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 275.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək, inzibati xətanın bilavasitə obyekti olan polietilen torbalar müsadirə edilməklə 3000 (üç min) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Qaradağ Rayon Məhkəməsinin vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Teymur Qurbanov
Məhkəmə qərarları › İş №3(002)-6/2025
Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-6/2025
28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver