Məhkəmə qərarları › İş №3(002)-600/2025

Bakı şəhəri Qaradağ Rayon Məhkəməsi Qərar — İş №3(002)-600/2025

22.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(002)-600/2025 22.04.2025 BAKI ŞƏHƏRİ QARADAĞ RAYON MƏHKƏMƏSİ Hakim Qurbanov Teymur Əhməd oğlunun sədrliyi, İlyasov Ceyhun Bəhruz oğlunun katibliyi ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYP tərəfindən qəbul edilmiş EQ 26103730 saylı, xx.xx.2025-ci il tarixli qərarından verilmiş şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ tərəfindən qəbul edilmiş EQ 26103730 saylı, xx.xx.2025-ci il tarixli qərardan şikayətlə məhkəməyə müraciət etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2025-cı il tarixində Bakı Qazax yolu 29.5-ci km, Qazax ist ərazisində, etibarnamə əsasında idarə etdiyi BYD QİN PLUS PLUG- İN hibrid minik markalı, **-UY-*** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə 2 bal, 50 manat məbləğində cərimə edilmişdir.Bundan sonra Bakı şəhəri BPİ DYPİ-nin qərarı ona rəsmi müraciətimdən sonra xx.xx.2025-cİ İl tarixdə təqdim edimişdir.Hesab edir ki, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsinə əsasən qəbul edilmiş xx.xx.2025 -ci il tarixli, EQ26103730 nömrəli inzibatı tənbeh tətbiq etmə haqqında qərar ləğv edilməli barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir.Belə ki, xx.xx.2025 -ci il tarixdə BYD QİN PLUS PLUG- İN hibrid minik markalı, **-UY-*** Dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinə dair, inzibati xətanı aşkar edən xüsusi texniki vasitənin qeydə aldığı foto görüntülərə baxış keçirdikdə aşkar surətdə məlum olur ki, onun tərəfindən heç bir inzibati xəta törədilməmiş, qeyd olunan İXM- nin 328.2-ci ci maddəsinin pozuntusuna yol verilməmişdir. O, həmin tarixdə həmin ərazidə olmamış və EQ26103730 nömrəli çıxarılmış qərar ona məxsus deyildir, belə ki, ona məxsus nəqliyyat vasitəsi **-UY-*** Dövlət qeydiyyat nişanlıdır, lakin sms radar foto görüntülərdən göründüyü kimi, cəriməni **-UT-*** Dövlət qeydiyyat nişanlı avtomobil etmişdir, lakin səhfən cərimə məbləği ona yazılmışdır.Qeyd edilənlərə əsasən barəsində qəbul edilmiş EQ 26103730 saylı, xx.xx.2025-ci il tarixli qərarın ləğv edilməsini və işin icraatına xitam verilməsini xahiş edir. Məhkəmə iclasında şikayət verən şəxs X3 ərizəsinin məzmununa uyğun izahat verərək Baş Dövlət Yol Polisi İdarəsinin EQ 26103730 saylı, xx.xx.2025-ci il tarixli inzibati tənbeh haqqında qərarının ləğv edilməsi və barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, şikayət verən şəxs X3 və BDYPİ-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməmələrinin səbəbləri barədə də məhkəməyə heç bir məlumat verilməmiş və eləcə də inzibati orqan tərəfindən qeyd olunan inzibati işlə əlaqədar məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir. Məhkəmə işə şikayət verən şəxs X3 və BDYPİ-nin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin EQ 26103730 saylı, xx.xx.2025-ci il tarixli qərarı əsassız olduğundan ləğv edilməli və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materillarında olan xüsusi texniki vasitə ilə qeydə alınmış fotoşəkildən görünür ki, ** UT *** dövlət nömrə nişanlı avtomobil Bakı Qazax yolu 29.5-ci km, Qazax ist ərazisində70 km/s nəzərdə tutulmuş yolda hərəkət surətini aşmışdır.Lakin EQ 26103730 saylı, xx.xx.2025-ci il tarixli qərarda inzibati xətanın törədilməsində iştirak etmiş avtomobilin dövlət nömrə nişanı ** UT *** qeyd olduğu halda, ** UY *** kimi qeyd edilmiş və bununla da ** UY *** nömrə nişanı avtomiobilin sahibi X2 inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İXM-nin 8.1-ci maddəsində göstərilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsində göstərilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətmiş şəxs, inzibati xəta törətməkdə şəxsin təqsiri mütləq sübuta yetirilməlidir. Həmin Məcəllənin 84-cü maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinin tələbindən aydın olur ki, inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Beləliklə məhkəmə yuxarıda qeyd olunanlara əsasən və İXM-in 8, 114, 115, 128-131ci və 134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nin EQ 26103730 saylı, xx.xx.2025-ci il tarixli qərar ləğv edilsin və X3 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.2-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BDYPİ-nə həvalə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Teymur Qurbanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar